Sizin reklam burada

“Zaqatala” “Turan Tovuz”u zirvədən qovdu

Title
Martın 18-19-da birinci divizionda 18-ci turun oyunları keçirildi. Doğma meydanda “Keşlə-2” ilə münasibətləri aydınlaşdıran “Kəpəz”, nəhayət, ümidsizliyə qapılan azarkeşlərini sevindirdi. Gəncəlilər qarşılaşmanın gedişində hesabda geri düşsələr də, 3 qol vuraraq “şeytanın qıçını qırdılar”. Maraq üçün qeyd edək ki, Yaşar Vahabzadənin komandası son dəfə ötən il noyabrın 19-da qələbəyə sevinmişdi. “Kəpəz” 6-cı turun görüşündə MOİK-i 1:0 hesabı ilə üstələmişdi.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan günün digər oyununda isə qol səsi çıxmadı. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada “Qarabağ-2” ilə “Sumqayıt-2” hərəyə 1 xalla kifayətləndi.
MOİK Binədə “Qaradağ Lökbatan”la münasibətləri aydınlaşdırdı. Turnir mövqeyi ürəkaçan olmayan “hərbçilər”in qış fasiləsindən sonra inamlı çıxış edən qonaqlara nə “təklif edəcəyi” maraq doğururdu. Oyun qolsuz bitdi və MOİK 1 xal sayəsində “Sumqayıt”ın əvəzedicilərini arxada qoydu.
Turun mərkəzi görüşü isə Tovuzda keçirildi. Son çempion əsas izləyicilərindən “Zaqatala”nı sınağa çəkdo. Liderlik kürsüsünü ötən tur bu rəqibdən təhvil alan meydan sahibləri qələbə qazanmaqla fərqi açmağı düşünürdü. Artıq 6-cı dəqiqədə qonaqlar hesabı açsa da, İlham Yadullayevin komandası 9-cu dəqiqədə bərabərlik qolunu vurdu. İlk yarı 1:1 hesabıyla bitdi. Amma zaqatalalılar 2-ci hissənin lap əvvəlində və sonunda qol vurmaqla “Turan Tovuz”u şoka saldı, liderliyi bu komandadan aldı. Düzdü, “Zaqatala” rəqibindən bir oyun artıq keçirib.
Birinci divizion
2-ci dövrə, 18-ci tur
18 mart
Kəpəz – Keşlə-2 3:1
Elcan Rəhimov, 31. Əli Səmədov, 58. Orxan Abdullayev, 90+3 - Bəşir Ayralov, 27.
Qarabağ-2 – Sumqayıt-2 0:0
19 mart
MOİK – Qaradağ Lökbatan 0:0
Turan Tovuz – Zaqatala 1:3
Ramin Süleymanov, 9 – Xəqani Sadıxov, 6. Xəlil Bəşirov, 46. Əsədulla Heydərov, 90+5.
1. Zaqatala 18 12 1 5 38-19 37
2. Turan Tovuz 17 10 6 1 27-11 36
3. Neftçi-2 16 10 4 2 29-12 34
4. Sabah-2 16 9 2 5 26-16 29
5. Qarabağ-2 18 8 3 7 23-18 27
6. Kəpəz 16 5 5 6 21-21 20
7. Qaradağ Lökbatan 17 4 5 8 15-24 17
8. Keşlə-2 17 3 3 11 18-40 12
9. MOİK 17 2 5 10 17-38 11
10. Sumqayıt-2 16 2 4 10 14-29 10
Bombardirlər: Bəhruz Teymurov (Zaqatala) – 11, Vidadi Cəfərov (Turan Tovuz) – 10, Kamran Quliyev (Sabah-2) – 9.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.