Sizin reklam burada

Ronaldodan Azərbaycanla oyunla bağlı xüsusi istək

Title
DÇ-2022-nin Portuqaliya – Azərbaycan oyununun Turindəki stadiona salınmasının səbəbi bəlli olub.

İtaliyanın “Tuttosport” nəşri xəbər verir ki, bu görüşün “Yuventus”un stadionunda keçirilməsinə komandanın hücumçusu Kriştiano Ronaldo təkid edib.
Məlum olduğu kimi, koronavirus pandemiyasına görə Portuqaliya rəqiblərini evdə qəbul edə bilmir. Bu səbəbdən matçın neytral meydanda keçirilməsi zərurəti yaranıb. Oyunun məhz Turində keçirilməsi təşəbbüsü də Ronaldoya məxsus olub. Bundan başqa, Portuqaliya millisi kapitanın vasitəsi ilə məşqlərini “Yuventus”un bazasında keçirəcək.  Hazırlıq prosesinin martın 22-dən başlanacağı gözlənilir.

Qeyd edək ki, “Yuventus”un hücumçusu olan Ronaldo gündəlik məşqlərini burda keçdiyindən meydana tam uyğunlaşıb. Bildirilir ki, Portuqaliya millisi Turində olduğu müddətdə bazanın yaxınlığındakı oteldə qalacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.