Xəbər verdiyimiz kimi, 21 yaşlılardan ibarət yığmamız Bakıda təlim-məşq toplanışındadı. U-21 martın 20-də “Qarabağ”, 27-də “Qaradağ Lökbatan”, 29-da isə “Qəbələ” ilə yoldaşlıq oyunlarında gücünü sınayacaq.
Milan Obradoviçin komandasının planında dəyişiklik olub. Yığma daha bir yoxlama oyunu razılaşdırıb. Martın 24-də rəqib “Neftçi” olacaq. Bunu “Futbol+”ə eksklüziv açıqlamasında Obradoviç söylədi: “Qarabağ”la yoxlama oyunundan sonra boş vaxt çox idi. Bundan istifadə etmək qərarına gəldik. Bu səbəbdən də “Neftçi” ilə yoxlama görüşündə gücümüzü sınayacağıq”.
İLKİN SULTANLI