Sizin reklam burada

Anatoli Nuriyev yığmaya martın 21-də qoşulacaq

Title
“De Byazini və azarkeşləri üzməməyə çalışacam”
Ukrayna "Minay"ının kapitanı Anatoli Nuriyev milliyə dəvət alması barədə danışıb. 26 yaşlı forvard etimadı doğrultmağa çalışacağını söyləyib: "Yeni çağırışları bəyənirəm. Əvvəlcə "Minay"ın heyətində ilk dəfə kubokun yarımfinalında oynadım, daha sonra isə premyer-liqaya vəsiqə qazandım. Artıq iki dəfə baş məşqçi Canni de Byazi ilə görüşmüşəm. O, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə ilham verir. Onu və azarkeşləri üzməməyə çalışacam. Komandaya martın 21-də qoşulacam. Bundan 3 gün sonra Turində Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcəyik. Ümid edirəm ki, beynəlxalq oyunlardakı təcrübə özümü inkişaf etdirməyimə kömək edəcək".
Qeyd edək ki, yığma Portuqaliya ilə oyundan 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. De Byazinin komandası martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiyanı sınağa çəkəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.