“Xəstəliyin yüngül formasını keçirdiyim üçün ev şəraitində karantinə alındım”
Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə 3-cü dalğası gözlənilir. Martın 7-də Azərbaycanda COVID-19 infeksiysına 403 yeni yoluxma qeydə alınıb. Nəticələrə baxıb deyə bilərik ki, vəziyyət get-gedə daha da qəlizləşir. Koronavirusa yoluxanlar arasında futbol ictimaiyyətinin nümayəndələri də var. “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov da xəstəlikdən əziyyət çəkir. Vəziyyəti ilə maraqlanmaq üçün dünən onunla əlaqə saxladıq. Abbasov COVID-19-u yüngül keçirdiyini söylədi: “Fevralın 23-də testdən keçdim. Ondan iki gün öncə özümü pis hiss etdiyimə görə işə çıxmırdım. Daha sonra telekanal rəhbərliyinə məlumat verərək koronavirus testindən keçdim. Xəstəliyin yüngül formasını keçirdiyim üçün ev şəraitində karantinə alındım. TƏBİB tərəfindən də rəsmi qeydiyyata alınmışam. Gələn həftə 14 günüm bitir. Qurumdan sağlamlığımla bağlı sms gələndən sonra “CBC Sport” rəhbərliyini məlumatlandıracam. Artıq onların razılığından sonra işimə davam edəcəm. Telekanal rəhbərliyi, orda çalışanlar vəziyyətimlə tez-tez maraqlanırlar. Onlara xüsusi təşəkkürümü bildirirəm. Hazırda durumum yaxşıdı. Təbii ki, belə olan halda da ev şəraitində bəzi işləri yerinə yetirirəm. Evdən çölə çıxmamaqla karantin qaydalarına riayət edirəm. Fürsətdən istifadə edib, bu müddət ərzində durumumla maraqlanan bütün dostlara təşəkkür edirəm. Bu barədə heç yerə açıqlama verməmişdim. Düşündüm ki, bu xəstəliklə bağlı narahatlıqlar çoxdu. Mən koronavirusun yüngül formasını keçirirəmsə, dostları, qohumları, tanışları narahat etməyə haqqım yoxdu. Çox sağ olun ki, siz də maraqlandız”.
İLKİN SULTANLI

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər