Sizin reklam burada

“Neftçi” derbidə inamlı qələbə qazandı

Title
74. Neftçi (Bakı) - Keşlə 3:1 (2:0)
30. Aqil Məmmədov - 5,5
24. Yusuf Laval - 5,5
(10. Saman Nərimancahan, 87) - qiymətsiz
5. Anton Krivotsyuk - 5,0
6. Voislav Stankoviç - 5,0
3. Mamadu Mboc - 5,0
26. Ömər Buludov - 6,0
36. Mamadu Kane - 5,5
8. Emin Mahmudov (k) - 5,5
29. Sabir Buqrin - 5,0
7. Namiq Ələsgərov - 7,0
28. Stiven Jozef-Monroz - 5,5
(22. Mirabdulla Abbasov, 82) - qiymətsiz
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
91. Tallison Dias
20. Mərt Çelik
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
72. Emin Zamanov
70. Asim Əlizadə
87. Nazim Məmmədzadə
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Namiq Ələsgərov

1. Stanislav Namaşko - 4,5
19. Azər Salahlı - 5,5
21. Miyusko Boyoviç - 4,5
3. Tərlan Quliyev (k) - 4,5
8. Tural Axundov - 4,5
25. Con Kamara - 4,5
29. Yevgeni Koçuk - 4,5
(11. Silvio Rodriges, 65) - 4,5
99. Rafael Məhərrəmli - 4,5
(79. Bahadur Həziyev, 68) - 4,0
10. Sezar Meza Kolli - 5,0
(7. Rəhman Hacıyev, 70) - 4,5
17. Vüsal İsgəndərli - 5,0
9. Anatole Abanq - 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
23. Nicat Qurbanov
32. Elvin Yunuszadə
14. Turan Vəlizadə
50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Azər Salahlı
Qollar: N.Ələsgərov, 6 (1:0, S.Buqrin). Ö.Buludov, 19 (2:0, M.Mboc). N.Ələsgərov, 64-p. (3:0). A.Salahlı, 81 (3:1, R.Hacıyev).
Vərəqələr: S.M.Kolli, 8 (qeyri-idman hərəkəti). C.Kamara, 24 (qeyri-idman hərəkəti). E.Mahmudov, 33 (qeyri-idman hərəkəti). M.Mboc, 59 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 69 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Bəhram Qurbanov (Bakı).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
8 mart. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Oyunun qiyməti: 6,5.
Oyun əsl derbi ab-havasında başladı. Komandalar meydana çoxistəkli çıxmışdı. Oyunun axarından hiss olunurdu ki, tərəflər xoşbəxtliyi ilk növbədə rəqib qapısı önündə axtaracaq. Samir Abbasov yenə Lavaldan həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi yararlanırdı. “Qarabağ”la matçdan bəri ilk dəfə “Neftçi” meydana nominal forvardsız çıxmışdı. Jozef-Monroz əsas hücumçu kimi çıxış etsə də, daha çox sol cinahda boy göstərirdi. Namiqin ikinci forvard kimi çıxış etməsi artıq ənənəyə çevrilib.
Sənan Qurbanov isə ənənəvi 4-3-2-1 sxemindən yararlanırdı. Sadəcə, ötən qarşılaşmalardan fərqli Vüsal yarımmüdafiənin sağında çıxış edirdi.
Oyun “Neftçi”nin üstünlüyü şəraitində başladı. Bunun məntiqi nəticəsi kimi flaqman debütdə hesabı açdı. Buqrin möhtəşəm keçiddən sonra cərimə meydanı daxilinə ötürmə etdi. Boş mövqedə olan Namiq hesabı açdı. Bundan sonra “Keşlə” iki real qol vəziyyəti yaratsa da, Abanq əlinə keçən fürsətdən istifadə edə bilmədi. Belədə yenə futbolun “vurmayana vurarlar” prinsipi işə düşdü. Antonun ideal ötürməsindən sonra Ömər dəqiq zərbə ilə fərqi artırdı. Fasiləyə kimi “Keşlə” daha çox qol vəziyyəti yaratdı. Lakin həm Abanq, həm də Meza Kolli fürsətləri boşa verdi.
Fasilədən sonra “qırmızılar” daha çox hücum edən tərəf idi. Lakin “Neftçi”nin müdafiəsi etibarlı oyun nümayiş etdirirdi. Flaqmanın heyətində Buqrinin fərdi oyuna həvəs göstərirdi. Məhz bu taktika 64-cü dəqiqədə işə yaradı. Boyoviç Lavala qarşı kobud oynadı. Rauf Cabbarov penalti təyin etdi. Topun başına keçən Namiq mövsümdə 13-cü qoluna imza atdı. Bundan sonra “Keşlə” üstünlüyü ələ aldı. Qəsəbə klubu ardıcıl hücumlarla “Neftçi” müdafiəsini narahat edirdi. Sənan Qurbanovun komandası 81-ci dəqiqədə qol istəyinə çatdı. Rəhmanın künc zərbəsindən ötürməsindən sonra Azər Salahlı dəqiq baş zərbəsi ilə fərqi azaltdı. Beləliklə, oyun “Neftçi”nin inamlı qələbəsi ilə bitdi. Bu isə o deməkdi ki, “Qarabağ”ın “Zirə” ilə oyununun nəticəsindən asılı olmayaraq, “ağ-qaralar” 19-cu turu da zirvədə başa vuracaq. “Keşlə”nin gününə isə dəsmal çıxarıb ağlayan lazımdı. Bu komanda sonuncu qələbəsini düz dörd ay əvvəl – noyabrın 7-də evdə “Qəbələ” üzərində qazanıb (3:1).
İLKİN SULTANLI

Gözdən qaçmadı
* “Neftçi” futbolçuları meydana “Əziz xanımlar, bayramınız mübarək” yazılı plakatla çıxmışdılar.
* Ömər Buludov qol vurandan sonra birbaşa Samir Abasovun yanına yollandı. Məşqçi də öz növbəsində onu qucaqlayaraq, alnından öpdü.
* 59-cu dəqiqədə Samir Abasov dördüncü hakim Nicat İsmayıllıya “a kişi, özünü kimə göstərirsən?”, - deyə soruşdu. Köməkçi referi öz növbəsində “Samir müəllim, vallah, bizlik deyil! Qaydalar belədi” cavabını verdi.
* “Neftçi”nin oyun ərzində bir də də künc zərbəsi yerinə yetirməməsi diqqəti çəkdi. “Keşlə”də isə bu göstərici 12-yə bərabər idi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.