Sizin reklam burada

“Bakcell Arena” AÇ-2020 üçün hazırlanır

Title
Kamran Vəliyev: “Ot örtüyünün də daha dayanıqlı olmasını təmin etmək istəyirik”
"Neftçi"nin ev oyunlarını keçirdiyi "Baksell Arena" yenidən təmirə bağlanır. Bu səbəbdən komandanın növbəti ev oyunlarının da yeri dəyişdirilib. Belə ki, stadionda aparılacaq təmir və yenidənqurma işləri ilə bağlı premyer-liqada 3-cü dövrənin 19-cu turunun oyunu “Neftçi” – “Keşlə”, 4-cü dövrənin 25-ci turunun görüşü isə “Keşlə” – “Neftçi” olacaq. Bununla bağlı PFL məlumat yayıb.
Bəs stadionda hansı işlər görüləcək? Çempionatın davam etdiyi müddətdə bu işləri zəruri edən nədi? Bununla bağlı AFFA-nın infrastruktur direktoru Kamran Vəliyevlə əlaqə saxladıq: "Bildiyiniz kimi, Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi nəzərdə tutulub. Həmin qarşılaşmalar ərəfəsində və matçlar zamanı "Baksell Arena" da istifadə ediləcək. Stadiondan təlim-məşq bazası kimi yararlanmaq planlaşdırılıb. Stadionun təmiri də aprel-may aylarında görüləcək işlərlə, hazırlıqlarla bağlıdı. Arenada böyük təmir işləri planlaşdırılmayıb. Stadionu təmirə bağlayaraq, mövsümü işlər görəcəyik. Sadəcə, ot örtüyünün yüklənməməsi üçün hazırlıqlar, həmçinin kiçik təmir işləri aparılacaq. Avropa çempionatının oyunları yayda keçiriləcəyindən ot örtüyünün də daha dayanıqlı olmasını təmin etmək istəyirik. Bu proses uzun müddət davam etməyəcək. Çünki çempionata hazırlıq mərhələsi üçün stadion hazır olmalıdı. Yaxın günlərdə başlayacaq işlər ən qısa müddətdə yekunlaşacaq".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.