“Bu üzdən komanda oyun ritmindən düşdü”
“Kəpəz” ölkə kubokunun 1/8 finalında “Sabah”ı mübarizədən kənarlaşdırarkən bir inda idman mediasının bütün diqqəti Gəncə təmsilçisinə yönəldi. Telekanallarda, saytlarda, qəzetlərdə Yaşar Vahabzadənin komandasının tərifi göyə yüksəldi. Bir çoxları artıq elə düşünürdü ki, premyer-liqa təmsilçisinə qalib gələn komandanın birinci divizionda qarşısına çıxan olmayacaq. Ancaq çempionatda tam fərqli mənzərəyə şahidlik edirik. “Kəpəz” qış fasiləsindən sonra keçirdiyi oyunlarda qələbəyə həsrət qalıb. Yaşar Vahabzadənin komandasının martın 1-də səfərdə “Turan Tovuz”a uduzması isə odun üstünə benzin tökməyə bənzədi. Gəncəli azarkeşlər komandalarının prinsipial qərb derbisində yenilgisini həzm edə bilmirlər və bunu sosial şəbəkələrdəki paylaşımları ilə büruzə verirlər.
Bəs “Kəpəz”də nə baş verir, komanda niyə qələbəyə həsrət qalıb? Onu da qeyd edək ki, hazırda hesabında 16 xal olan və 6-cı pillədə qərarlaşan “sarı-göylər” lider “Turan Tovuz”dan 16 xal geri qalır. İknci pillədə olan “Zaqatala” ilə fərq 15, “Neftçi-2”I ilə 14-dü. Başverənlərə aydınlıq gətirmək üçün “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadəni aradıq. Onu da bildirək ki, kluba yaxın mənbələrdən əldə etdiymiz bilgiyə görə, Tovuzda qeydə alınan məğlubiyyət baş məşqçini özündən çıxarıb və Yaşar bəy bugünlərdə çox əsəbidi. Ancaq bizmlə söhbətdə bunun ötəri bir hiss olduğunu, növbəti oyuna hazırlaşdıqlarını söylədi: “Uduzmaq həmişə pis təsir edir. Ola bilsin, Tovuzdakı matçdan sonra bir qədər əsəbləşmişəm. Ancaq indi olanları yaddan çıxarıb növbəti qarşılaşmalara hazırlaşmaq lazımdı. Sizinlə danışmamış məşqdə idim. Uşaqlara uduzduğumuz oyunları unutmalarını tapşırmışam. Niyə qalib gələ bilmirik? Yaxşı sualdı, özüm də neçə vaxtdı bu sual ətrafında baş sındırıram. Komanda şəklində, futbolçularla fərdi söhbət edirəm. Çalışıram onları psixoloji cəhətdən qarşıdakı matça hazırlayım. “Sabah”la oyunda çox yaxşı təsir bağışladıq. Uduzsaq da, “Keşlə” ilə matçlarda da pis oynamadıq. Ancaq çempionatda işimiz yaxşı getmir. Mənə elə gəlir, “Zaqatala”ya yenilgi uşaqlara pis təsir göstərdi. Həmin oyunun acısını unuda bilmədilər. Bundan başqa, hava şəraiti səbəbindən iki görüşümüz təxirə düşdü ki, bu üzdən komanda oyun ritmindən düşdü. İndi çalışırıq ki, “qara zolaqdan çıxaq”. Bəli, ilk “üçlük”də qərarlaşan komandalarla aramızdakı xal fərqi çoxdu. Ancaq qarşıdakı turlarda qələbələr qazansaq, fərqi azalda biləcəyik. “Turan Tovuz”la matçda futbolçularım çox çalışsalar da, nəticə ürəkaçan olmadı. Ümidszliyə qapılmaq düz olmaz. Nikbin olub qarşıdakı oyunlar barədə düşünməliyk. Ən əsası buraxdığımız səhvlərdən dərs çıxarmalı, onları təkrarlamamalıyıq. Komandanın potensialı var və inanıram ki, uşaqlar özünə gəlib azarkeşləri sevindirəcəklər”.
RƏŞAD
Yaşar Vahabzadə qələbənin reseptini tapa bilmir

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Gəncəli azarkeşlər baş məşqçi və rəhbərlik ilə görüşəcək
- 09 mar 2021 02:24
Mahmud Qurbanov çempionu “taxt”dan sala biləcəkmi?
- 06 mar 2021 11:24
Diniyev premyer-liqa ilə divizion arasında uçurum görmür
- 06 fev 2021 10:54
“Kəpəz” yenə büdrədi, çempion isə dayanmır
- 17 dek 2020 12:46
Üçqat ölkə çempionunun qara günü…
- 07 dek 2020 12:16
Vahabzadə hakim səhvinə görə uduzduqlarını düşünür
- 01 dek 2020 02:55
Vahabzadə Mirzəyevin cavabını verdi
- 04 sen 2020 10:00
“Turan Tovuz” Gəncədəki qələbəyə görə mükafat alacaq
- 02 mar 2020 08:39
Gəncəli azarkeşlər “Kəpəz”i elitada görmək istəyirlər
- 01 noy 2019 09:28
“Kəpəz” avqustun 1-dən məşqlərə başlayacaq
- 29 iy 2019 09:29
Gəncə derbisində darmadağın
- 19 noy 2018 11:57
Yaşar Vahabzadə Yunis Hüseynovun köməkçisi oldu
- 21 dek 2017 03:42
U-21-in üzvləri Vahabzadənin istefasına münasibət bildirdi
- 10 sen 2017 02:04
Yaşar Vahabzadə İsrailə 22 nəfərlə gedir
- 28 avq 2017 06:54