Sizin reklam burada

Respublika Günü yenə qurban getdi…

Title
Premyer-liqanın və ölkə kubokunun təqvimində dəyişiklik edilib. Bununla bağlı PFL-in rəsmi saytında məlumat yerləşdirilib. Səbəb isə AFFA-nın ölkə çempionatını təşkil edən qurumu müaciət etməsidi. Assosiasiya milli komandanın Türkiyə ilə mayın 27-nə nəzərdə tutulan yoxlama oyunu ilə bağlı təqvimdə dəyişiklik etməyi xahiş edib. Ölkənin əsas yığmasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri baxımından vacib olduğunu nəzərə alaraq, PFL premyer-liqanın son iki turunun və ölkə kubokunun final qarşılaşmasının vaxtını dəyişib. 27-ci turun qarşılaşmaları mayın 14-nə, çempionatın son həftəsi isə 5 gün sonraya, daha dəqiq desək, 19-na təyin olunub. Ölkə kubokunun final görüşü əvvəlcədən nəzərədə tutulduğu kimi mayın 28-də yox, 24-də baş tutacaq. Bu isə o deməkdi ki, PFL-in həlledici görüşü Respublika Gününə təyin etməklə bayrama bayram qatmaq planı baş tutmayacaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.