Sizin reklam burada

Mehman Allahverdiyevin gözü yolda qalıb

Title
“Kəpəz”i himayəyə götürəcəyini deyən şəxs hələ gəlməyib
Ötən saylarımızın birində “Kəpəz”ə sponsorluq etmək istəyən iş adamının olduğunu diqqətinizə çatdırmışıq. Onu da bildirmişdik ki, Rusiyada yaşayan Şahin Məmmədov adlı soydaşımız Gəncə təmsilçinə yatırım etmək niyyətindədi. Onun yalnız bir şərti var ki, klub prezidenti kreslosunda Mehman Allahverdiyev əyləşsin. Həmin vaxt məsələ ilə bağlı Allahverdiyevin də fikrini öyrənmişdik. Mehman bəy deyilənləri təsdiqləmiş, onu da əlavə etmişdi ki, iş adamı fevralın sonunda Gəncəyə gəlməlidi. Onunla görüşdən sonra hadisələrin necə inkişaf edəcəyi məlum olacaqdı.
Artıq martın ilk günləri olduğundan yenidən bu məsələ ilə maraqlandıq. Mehman bəy zənglərimizi cavabsız qoysa da, Gəncədəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan iş adamı hələ Azərbaycana dönməyib. Və bu üzdən məsələ ilə bağlı heç bir yenilik yoxdu.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.