Yaponiya yığmasının sabiq futbolçusu Keysuke Honda “Neftçi”yə təklif olunub. Dünən bununla bağlı yayılan xəbərləri paytaxt təmsilçisinin mətbuat katibi Rüstəm Allahverdiyev də təsdiqlədi. Klub rəsmisi qəzetimizə açıqlamasında ulduz futbolçunun “Neftçi”yə meneceri tərəfindən təklif olunduğunu və hazırda tərəflər arasında danışıqlar getdiyini söylədi. Baş məşqçi Samir Abasov da təcrübəli futbolçunu komandada görməyin əleyhinə olmadığını rəhbərliyə çatdırıb.
34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva/Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya) və “Vitess” (Niderland) klublarının şərəfini qoruyub. 2020-ci ildə Braziliya “Botafoqo”sunda çıxış edən Honda 18 oyunda 2 qol vurub. ÇSKA-nın heyətində 2 dəfə ölkə çempionu olan, 1 dəfə ölkə kuboku və Superkubokunu qazanan yapon futbolçu “Milan”la 2016-cı ildə İtaliya Superkubokuna da yiyələnib. 2011-də millinin heyətində Asiya kubokunun qalibi olan Keysuke həmçinin dünya çempionatlarında ən çox qol (4) vuran yapon futbolçudu.

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
“Neftçi” Əhmədi 150 min avroya ala bilər
- 14 fev 2021 12:17
Azərbaycanlı futbolçu Gürcüstan klubunda
- 12 fev 2021 02:12
Əliyevlə Nuriyev milli üçün nə dərəcədə yararlıdı?
- 08 fev 2021 11:49
Kramarenkonun ÇSKA-ya keçidini kim təşkil edib?
- 23 yan 2021 02:30
“Qarabağ” “Kyevo”nun hücumçusu ilə maraqlanır
- 23 sen 2020 09:43
Əmir Ağayev “Sumqayıt”a mesaj göndərdi
- 02 avq 2020 08:39
Geryenin “Neftçi”yə keçidi rəsmiləşdi
- 06 sen 2019 11:20
Xorvatlar yığmamızla oyun üçün heyəti açıqladı
- 21 avq 2019 10:23
Şeydayev Samaranı Moskvaya dəyişir
- 04 iy 2019 01:22
“Qəbələ” bu gün gürcü forvardla müqavilə imzalayacaq
- 12 yan 2019 02:50
İtalyanlar yığmamıza heç bir şans vermədi
- 09 okt 2018 02:22
Həftənin idman proqramı
- 01 okt 2018 11:39
Şehiçlə La Liqa təmsilçisi maraqlanır
- 30 may 2018 11:04
“Neftçi”nin futbolçusu “Milan”da
- 29 mar 2018 11:00
Fineo Yaponiya klubundan ayrıldı
- 11 fev 2018 12:39