“Sumqayıt” Əsasnamənin 9-cu bəndini pozub
Dünən AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan premyer-liqasının 18-ci, birinci divizionun 15-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibi klub 4000 manat cərimələnib.
“Sumqayıt” – “Zirə” görüşündə Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğuna görə meydan sahibləri 800 manat ziyana düşüb.
Birinci diviziona gəlincə, “Keşlə-2” – “Zaqatala” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb ki, buna görə klub 80 manat cərimə olunub. “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasında isə meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığından eyni məbləğdə “tərləyəcək”.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununda Nazim Məmmədzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, “ağ-qaralar” 20 manat cərimələnib. “Neftçi-2”nin digər futbolçusu Əmrah Bayramov da ikinci “sarı”dan sonra meydandan qovulub ki, komitə ona və klubuna eyni sanksiya tətbiq edib. Qonaqlar isə sarı vərəqə alan 4 futbolçusuna görə 80 manat cərimə olunub.
Beləliklə, klublara ümumilikdə 5 min 80 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 96 min 300 manata çatıb.

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Matiç “Qarabağ”ı 3000 manat ziyana saldı
- 27 fev 2021 12:33
“Qəbələ”ni “yanğınsöndürən” və Rövlan ziyana saldı
- 25 dek 2020 03:10
AFFA-da 260 manatlıq iclas
- 18 dek 2020 11:54
Divizionda topdaşıyan, xərəkdaşıyan və diktor problemi
- 17 dek 2020 12:42
Divizionda qaydalara riayət olunmur
- 11 dek 2020 10:25
İntizam Komitəsi “Keşlə”ni 3400 manat cərimələdi
- 04 dek 2020 02:40
Premyer-liqanın bir oyunu “qarmağa keçdi”
- 06 noy 2020 07:05
“Qarabağ” 1600 manat ziyana düşdü
- 18 sen 2020 12:18
Tofiq Fətullayev istefa verdi
- 11 sen 2020 10:34
Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat!
- 21 fev 2020 08:51
Mahmud Qurbanov hakimi təhqir etdiyinə görə cəzalandı
- 06 dek 2019 09:18
İntizam Komitəsi sərt üzünü göstərdi
- 08 noy 2019 09:29
İki dəqiqənin qiyməti: 800 manat
- 01 noy 2019 09:45
3120 manatlıq iclas
- 11 okt 2019 09:49
Cərimələr 100 mini ötdü
- 28 fev 2019 08:44