Sizin reklam burada

Mahmud Qurbanov çempionu “taxt”dan sala biləcəkmi?

Title
Turun mərkəzi oyunu Orxan Məmmədova tapşırıldı
Bu gün birinci divizionda 16-cı tura start veriləcək. Qarşılaşmalar iki günə bölüşdürülüb. Bu gün 3, sabah 2 oyun baş tutacaq. PFL rəsmi saytı vasitəsilə 4 görüşü canlı yayınlayacaq.
Bugünkü qarşılaşmalardan ən maraqlısı Bakı Olimpiya stadionunda keçiriləcək. İkinci dövrədə qələbəyə həsrət qalan, mükafatçılar sırasına düşmək şansı möcüzəyə bağlı “Kəpəz” “Qarabağ-2”nin qonağı olacaq. Nəticədən asılı olmayaraq, Yaşar Vahabzadənin komandasının mövqeyi dəyişməyəcək. Bununla belə, uğursuz oyunlarla azarkeşlərini üzən Gəncə təmsilçisi 3 xal qazanmaqla bu rəqibinə yaxınlaşmaq fürsəti əldə edəcək. Liderin əsas izləyicisi “Zaqatala” isə doğma meydanda “Sumqayıt-2” ilə münasibətləri aydınlaşdıracaq. Uğurlu qrafik cızan meydan sahiblərinin bu rəqibini də itkisiz keçmək ehtimalı böyükdü. Nəhayət, günün üçüncü oyununda MOİK Binə qəsəbə stadionunda “Keşlə-2”ni sınağa çəkəcək.
Sabahkı qarşılaşmalara gəlincə, “Sabah-2”nin “Qaradağ Lökbatan” ilə görüşdə çətinliklə üzləşəcəyi o qədər də inandırıcı deyil. “Turan Tovuz”u isə əksinə, ciddi sınaq gözləyir. Son çempion Tovuz şəhər stadionunda “Neftçi-2” ilə münasibətləri aydınlaşdıracaq. Mahmud Qurbanovun komandası turun mərkəzi oyununda qələbə qazansa, “Turan Tovuz” zirvəni tərk edəcək. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsi də görüşün önəmini nəzərə alıb. Oyunu təcrübəli referilərdən Orxan Məmmədov idarə edəcək.
Birinci divizion
2-ci dövrə, 16-cı tur
5 mart
Qarabağ-2 – Kəpəz (canlı/pfl.az)
Hakimlər: NAMİQ BƏKİROV, Namiq Hüseynov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. Olimpiya stadionu (ehtiyat meydan). Saat 15.00
MOİK – Keşlə-2
Hakimlər: TURAL QURBANOV, Zöhrab Abbasov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə. Qəsəbə stadionu. Saat 13.00
Zaqatala – Sumqayıt-2 (canlı/pfl.az)
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Müslüm Əliyev, Taleh Məmmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 13.00
6 mart
Sabah-2 – Qaradağ Lökbatan (canlı/pfl.az)
Hakimlər: FƏRİD HACIYEV, Pərvin Talıbov, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Olimpiya stadionu (ehtiyat meydan). Saat 15.00
Turan Tovuz – Neftçi-2 (canlı/pfl.az)
Hakimlər: ORXAN MƏMMƏDOV, Vüqar Bayramov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz. Şəhər stadionu. Saat 13.00
1. Turan Tovuz 14 9 5 0 23-6 32
2. Zaqatala 15 10 1 4 31-15 31
3. Neftçi-2 14 9 3 2 24-10 30
4. Sabah-2 14 9 2 3 25-13 29
5. Qarabağ-2 15 7 1 7 21-17 22
6. Kəpəz 13 4 4 5 17-16 16
7. Keşlə-2 14 3 2 9 14-33 11
8. Qaradağ Lökbatan 14 2 4 8 10-21 10
9. Sumqayıt-2 13 2 3 8 14-26 9
10. MOİK 14 1 3 10 13-35 6
Bombardirlər: Vidadi Cəfərov (Turan Tovuz), Bəhruz Teymurov (Zaqatala) – 10, Kamran Quliyev (Sabah-2) – 8, Fərid Kərimzadə (Sabah-2) – 6.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.