Sizin reklam burada

Pavelin komandası yarımfinala yüksəldi

Title
Ukrayna kubokunda 1/4 final oyunları keçirilib. Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” səfərdə “Dnepr”lə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Aleksandriya” 4:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Paşayev start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Aleksandriya” yarımfinalda “Zarya” ilə qarşılaşacaq. Digər cütü “Dinamo” - “Aqrobiznes” təşkil edib. Yarımfinal görüşləri martın 17-də keçiriləcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.