Sizin reklam burada

Stoykoviç rəqibləri təhlil edir

Title
DÇ-2022-nin seçmə mərhələsində milli komandamızın rəqiblərindən olan Serbiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Yerli Futbol İttifaqı dünən doğum gününü qeyd edən Draqan Stoykoviçlə 3 illik müqavilə bağlayıb. Qurumun rəsmi saytına açıqlama verən 56 yaşlı mütəxəssis rəqiblər haqda fikirlərini bölüşüb: "Tezliklə dünya çempionatının seçmə mərhələ görüşləri başlayacaq. Qarşılaşmalara ciddi hazırlaşır, rəqibləri təhlil edirik. İlk iki turda İrlandiya və Portuqaliya ilə qarşılaşacağıq. Bunlar ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimizdi. Bu yaxınlarda dediyim kimi, ölkəmizin forması, gerbi və himni uğrunda ölmək üçün birləşməliyik. Uğura çatmağın başqa yolu yoxdu. Çətin oyunlar olacaq. Daha yaxşı oynamaq və nəticə qazanmaq üçün birlik, inam və nikbinlik lazımdı".
Xatırladaq ki, yığmamız seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə A qrupunda yer alıb. De Byazinin komandası ilk oyunu martın 24-də Portuqaliyaya qarşı keçirəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.