Sizin reklam burada

“Keşlə” yenə qələbə hesabını qoruya bilmədi

Title
70. Səbail – Keşlə 1:1 (0:0)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,5
16. Peyman Keşavarzi – 6,0
4. Ali Sisey – 5,5
55. Adil Nağıyev – 5,5
28. Məqsəd İsayev – 5,0
(9. Florian Kadriu, 76) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 5,0
22. Əfran İsmayılov – 5,0
(20. Ruslan Hacıyev, 65) – 5,0
27. Hendrik Ekşteyn – 5,5
23. Milovan Petroviç – 5,0
29. Amil Yunanov – 5,0
(11. Rauf Əliyev, 65) – 5,0
Ehtiyat oyunçular
1. Kamran Ağayev
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
19. Luka İmnadze
77. Ədilxan Qarəhmədov
44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Peyman Keşavarzi

1. Stanislav Namaşko – 5,5
19. Azər Salahlı - 5,0
3. Tərlan Quliyev (k) – 5,5
4. Şəhriyar Əliyev – 6,0
2. İlkin Qırtımov – 5,5
8. Tural Axundov – 5,5
25. Con Kamara – 5,0
23. Nicat Qurbanov – 5,0
(17. Vüsal İsgəndərli, 46) – 4,5
10. Sezar Meza Kolli – 5,5
99. Rafael Məhərrəmli – 5,5
(79. Bahadur Həziyev, 76) – qiymətsiz
9. Anatole Abanq – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
7. Rəhman Hacıyev
20. Rail Məlikov
32. Elvin Yunuszadə
21. Miyuşko Boyoviç
14. Turan Vəlizadə
78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Şəhriyar Əliyev
Qollar: T.Axundov, 54 (0:1). P.Keşavarzi, 75 (1:1, R.Hacıyev).
Vərəqələr: Ş.Əliyev, 72 (qeyri-idman hərəkəti). R.Əliyev, 75 (qeyri-idman hərəkəti). A.Abanq, 75 (qeyri-idman hərəkəti). P.Keşavarzi, 78 (qeyri-idman- hərəkəti). T.Quliyev, 81 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
2 mart. Bakı. ASCO Arena. Tamaşaçısız
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Çərşənbə axşamı keçirilən ilk oyunda qapı toru artıq 50-ci saniyədə silkələnsə də, laysman bayrağını qaldıraraq Kamaranın ofsayddan fərqləndiyinə işarə etdi. Qol hesaba alınmasa da, bundan ruhlanan qonaqlar ilk dəqiqələrdən üstünlüyə yiyələnərək “Səbail”i geri çəkilməyə məcbur etdlər. 10-cu dəqiqədə isə Abanq Azərin qapı önünə ötürməsinə vaxtında yetişmədi. 27-ci dəqiqədə “Keşlə”nin daha bir qolu qeydə alınmadı. Bu dəfə laysman Abanqın oyundankənar vəziyyətdə olduğunu bildrib, qonaqların sevinməsinə imkan vermədi. “Dənizçilər” məcburiyyətdən müdafiəyə çəkilsə də, meydanda çox sürətli oyun gedirdi. “Səbail”in ilk təhlükəli hücumu 30-cu dəqiqəyə təsadüf etdi. Çoxgedişli kombinasiyanın sonunda Rahid cərimə meydançasının yaxınlığından “çərçivə”ni nişan alsa da, Namaşko inamlı oynayaraq, topun qapı xəttini keçməsinə mane oldu. 5 dəqiqə sonra moldovalı qapıçı Petroviçin zərbəsini zərərsizləşdirməklə diqqət mərkəzinə düşdü.
Komandalar ilk yarıda fərqlənə bilməsə də, 54-cü dəqiqədə hesab açıldı. Tural Axundov təxminən 25 metrdən topu “9-luğ”a sancdı. Yeri gəlmişkən, Axundov bu matçda bir qədər fərqli, Koçukun yoxluğunda dayaq yarımmüdafiəçişi mövqeyində çıxış etsə də, heç də pis təsir bağışlamadı. Qoldan sonra meydan sahibləri sanki yuxudan oyandılar. Hesabda geri düşən Aftandil Hacıyevin yetirmələri ehtiyatlı oyundan əl çəkib, böyük qüvvə ilə irəli getməyə başladılar. Artıq Namaşkonun qapısı önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi. 62-ci dəqiqədə Peymanın qapıya parallel ötürməsinə Məqsəd toxunsa da, top cüzi fərqlə dirəyin yanında keçdi. “Dənizçilər”in ardıcıl hücumları 75-ci dəqiqədə bəhrə verdi. Ruslanın sol cinahdan qapı önünə asmasını Keşavarzi başla dəqiq tamamladı. Həmin an Abanqın iranlı futbolçunu nəzarətsiz buraxdığını qeyd etmək lazımdı. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, tabloda hesab dəyişmədi və matç heç-heçə başa çatdı.
RƏŞAD

Reaksiyalar
Sənan Qurbanov: “Oyun, gözlədiyimiz kimi - gərgin keçdi. Hər iki komandanın turnir cədvəlində mövqeyi elədi ki, 3 xala ehtiyacı var idi. Rəqib meydanında 1 xal alsaq da, mövqeyimiz dəyişmədi. Gərək heç vaxt əlllərimizi yanımıza salmayaq. Futbolçulara həmişə bir şeyi aşılamağa çalışıram ki, zəiflik insanı aşağı dartır. Amma gördüyümüz işə inanmalıyıq və azı bu inanc bizi məğlubiyyətdən xilas edəcək. İnandığımız iş bizə qələbə gətirəcək. İnanırıq və davam edirik, futbolçular əllərindən gələni edirlər. Bəlkə də yeni sistem, sxem təsir göstərir. Komanda mübarizə aparır, buna görə onları təbrik edirəm. Qarşıda oyunlarımız var və dediyim kimi, zəiflik göstərə bilmərik. Bəli, düz qeyd etdiz ki, artıq 3 oyundu hesabda önə çıxsaq da, qələbəni sona qədər qoruya bilmirik. Qalib gəlmək üçün nə çatmır? Məncə, bu psixoloji durumdan irəli gələn problemdi. Biz rəqibin qapısına ikinci qolu vurmaq haqda düşünərkən qapımızda qol görürük. Həm hücumda, həm də müdafiədə intizamlı oynamağa çalışırıq. Ancaq artıq üçüncü matçdı ki, bunu bacarmırıq, məyus oluruq. Koçukun hərarəti olduğundan, oyun günü özünü pis etdiyindən oynaya bilmədi. O bizim üçün vacib oyunçudu. Ancaq bu gün onun mövqeyində çıxış edən Tural həm qol vurdu, həm də ümumiyyətlə, yaxşı oyun göstərdi. Komanda olaraq turnir cədvəlində mövqeyimiz heç də ürəkaçan deyil. Qalib gəlmədikcə həm futbolçuların, həm də məşqçinin üzərində təzyiq olacaq. Amma biz işimizə davam etməli, “qara zolaqdan çıxmağı” bacarmalıyıq. Koçukun qızdırması sadə dədə-baba qızdırmasıdı”.
Aftandil Hacıyev: “Bilirdik ki, rəqib yeni məşqçi ilə yeni dönəmə qədəm qoyub. Sənan Qurbanovu istəkli komanda formalaşdırması münasibəti ilə təbrik edirəm. Hər iki tərəf 3 xal istəyirdi. Qarşılaşma əsəbi keçdi. Bu da turnir cədvəlindəki mövqedən irəli gəlirdi. Artıq neçənci oyundu ki, xeyli qol vəziyyəti yaradırıq. “Qarabağ” kimi rəqibə qarşı belə 3-4 şansımız oldu. Bəlkə də son nöqtəni qoymağa ustalıq səviyyəmiz çatmadı. Bu gün də 5-6 epizodu boşa verdik. Sevindirici hal budu ki, məğlubiyyətdən qaçmağı bacardıq. Növbəti oyuna hazırlaşacağıq. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm. Mudafiədəki səhvləri minimuma endirmişik. Kamran Ağayev “Sumqayıt”la oyunda kiçik zədə almışdı. Məşqlərə qoşulub, tədricən özünə gəlir. Kamran əsas futbolçularımızdandı”.

Gözdən qaçmadı
* Matçboyu 4-cü hakim funksiyasını yerinə yetirən Rəhim Həsənov ehtiyat oyunçular skamyasında olan Ruslan Əmircanovu yerində oturda bilmirdi. Həsənov hər dəfə Ruslana xəbərdarlıq edincə, o “oldu” deyib, bir neçə saniyəliyə yerini tutsa da, Həsənovun fikri yayınan kimi ayğa durub texniki zonadan komanda yoldaşlarına göstərişlər verirdi.
* Əvəzetmə zamanaı istifadə olunan elektron tablonun bir tərəfi işləmədiyindən Rəhim Həsənov hər dəfə məcburiyyətdən geri çevrilərək tribunada oturanlara nömrələri göstərmək məcburiyyətində qalırdı.
* 55-ci dəqiqədə Kamran Ağayev gözlənilmədən media sektoruna baş çəkib, “CBC Sport”un şərhçisi olan yerə yaxınlaşdı. Bir neçə saniyədən sonra məlum oldu ki, təcrübəli qapıçı bir dəqiqə əvvəl baş verən epizodun təkrarına baxmaq istəyir.
* 75-ci dəqiqə meydanda insident yaşandı. Abanqla Rauf bir-birinə xoşagəlməz sözlər deyib, əlbəyaxa olmaq istəsələr də, komanda yoldaşları onları sakitləşdirdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.