U-17 martın 20-də də Tovuza üz tutacaq
17 yaşadək futbolçulardan ibarət yığma fevralın 20-dən martın 2-dək “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında oldu. Aqil Nəbiyevin yetirmələri bu müddət ərzində üç yoxlama görüşündə gücünü sınadı. “Turan Tovuz”u 2:0 hesabıyla məğlub edən U-17 “Qəbələ”nin U-19 komandasına uduzdu - 2:3. Son qarşılaşmada isə Gəncədə “Kəpəz”lə heç-heçə qeydə alındı (1:1).
Təlim-məşq toplanışının milli üçün hansı mənfi və müsbət tərəfləri oldu? Yoxlama oyunlarındakı nəticələr qənaətbəxşdi? Sualları Aqil Nəbiyevə ünvanladıq: “11 günlük proses xeyrimizə oldu. Çünki 17 yaşlılardan ibarət millinin üzvləri ötən ilin martından futbolsuz qalıblar. Oktyabrda seçmə mərhələ oyunları var. Belçika, Norveç və Lüksemburq yığmaları ilə qarşılaşacağıq. Həmin matçlara hazır olmaq üçün bu toplanışa ehtiyac var idi. Əsas futbolçuların mental olaraq fikirlərini toparlamağa çalışdıq. Çünki uzun müddətdi futbolsuz qalıblar. Daha sonra praktiki cəhətdən onların hazır vəziyyətə gəlməsi üçün çalışdıq. Toplanış ərzində oyunçuları taktiki və fiziki hazırladıq. Fikrimcə, bu, onlar üçün qənaətbəxş oldu. Çünki onlardan tələb etdiklərimi tam olmasa da, yerinə yetirə bilirdilər. 3 yoxlama oyunu keçirdik. Birinci divizion təmsilçiləri “Turan Tovuz” və “Kəpəz”lə qarşılaşdıq. “Qəbələ”nin 19 yaşlı futbolçuları ilə üz-üzə gəldik. Belə matçlarda nəticə önəmli olmasa da, futbolçularımın qələbə əzmini görmək mənim üçün xoş oldu. Düzdü, komanda oyun praktikasının azlığından əziyyət çəkir. Uzun müddətdi beynəlxalq yarışlarda çıxış etmirik. Açığı, pandemiya ən çox bu yaşda olan futbolçulara təsir etdi. Çünki çempionat oyunları keçirilmədi, beynəlxalq yarışlar olmadı. Bu səbəbdən də onları hazırlamaq çətindi. Amma ümumilikdə yığma üzvlərindən istədiyimi ala bildim”.
Mütəxəssis martın 20-də yenidən toplaşacaqlarını söylədi: “Bəlkə də təkrarçılıq olur, amma bizi qarşıda çətin oyunlar gözləyir. Rəqiblərimiz güclüdü. Düzdü, Lüksemburqla başabaş mübarizə aparmaq əzmindəyik. Amma Belçika və Norveç bizdən güclüdü. Bu, heç kimə sirr deyil. Bu ölkələrin futbolçuları Avropanın müxtəlif komandalarının U-19 və əvəzedici heyətlərində çıxış edirlər. Ötən toplanışla müqayisədə daha çox futbolçudan yararlandıq. Onlar da öz komandalarının heyətində daim meydanda olmayıblar. Klublar toplanış keçiblər, amma bu da yetərli deyil. Belə olan təqdirdə komandamızın daha da hazırlıqlı olması üçün növbəti təlim-məşq toplanışının keçirilməsinə qərar verdik. Martın 20-də yenidən Tovuzda yığışacağıq. Ordakı şərait bizi qane edir. Örtük suni olsa da, o qədər də pis vəziyyətdə deyil. Akademiyada vəziyyət isə idealdı. Növbəti 12 günlük toplanışda yenidən 3 yoxlama görüşündə gücümüzü sınayacağıq. Bakıya dünən gəlmişik, indi rəqiblərin rəsmiləri ilə danışıqlar aparacağıq. Yəqin ki, yenə “Turan Tovuz”, “Kəpəz”in əsas və “Qəbələ”nin U-19 komandası ilə qarşılaşacağıq. Bu toplanış futbolçularıma xeyir verəcək. Onların oyun praktikası yox səviyyəsindədi. Nəticə qazanmaq üçün hazırlıqlı olmalıyıq, yoxlama oyunlarında gücümüzü sınamalıyıq. İstərdik ki, xarici komandalarla qarşılaşaq. Amma pandemiya bizə mane olur. Belə olan təqdirdə Tovuz toplanışı ən yaxşı variantdı”.
İLKİN SULTANLI

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
“İndiki məqamda sabitlikdən söhbət edə bilmərik”
- 20 fev 2021 09:45
Samir Əliyev toplanışdan razı qalıb
- 13 fev 2021 10:06
Adil Şükürov “Turan Tovuz” Futbol Akademiyasının rəhbəri oldu
- 11 fev 2021 10:24
PFL divizionun təqvimini açıqladı
- 12 okt 2020 10:43
U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi
- 29 yan 2020 03:59
Samir Əliyev BƏƏ ilə oyunları dəyərləndirdi
- 28 mar 2019 08:41
Kamran U-21-dən ayrıldı
- 25 yan 2019 01:13
“Kəpəz” Tovuzda uduzdu
- 16 yan 2019 10:46
Aqil Məmmədovun keçidi rəsmiləşdi
- 09 yan 2019 01:39
Yığma uduzdu, baş məşqçi razı qaldı
- 26 okt 2018 09:10
U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi
- 17 iy 2018 05:12
“Sabah” gücünü əvəzedicilərinə göstərdi
- 04 iy 2018 07:21
U-16 "Səbail"ə uduzdu
- 06 apr 2018 11:46
U-16 noyabrda “Ege Kuboku”nda iştirak edəcək
- 02 okt 2017 08:29
Milli "Şüvəlan"ı yendi
- 03 avq 2017 01:58