Elmar Baxşıyev hələ də komandasının potensialından danışır
Oyunsonrası mətbuat konfransında media mənsublərinin önünə əvvəlcə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxdı. “Qırmızı-qaralar”ın çalışdırıcısı oyun haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavabladı.
- Oyunun çətin keçəcəyini bilirdik. Ona görə ki, heyətimizdə itkilər - cəzalı və zədəli futbolçular vardı. "Qarabağ" da yaxşı təşkilatlanmış komandadı. Heyətimiz kasad olduğundan rotasiya etməyə məcbur idik. İki fərqli hissə oldu. İlk yarıda oyunumuzdan bir az narazı qaldıq. "Qarabağ" bizdən hər cəhətdən üstündü. Ancaq yenə təslim olmuruq. Oyunumuzla turnir cədvəlində yuxarı qalxmağa çalışacağıq.
- "Qəbələ"nin oyunu göz oxşayır. Maraqlıdı ki, baş məşqçi olaraq qarşınıza avrokuboklara düşmək məqsədi qoyulub?
- Sizi inandırım, bu hədəf qarşımızda durmayıb ki, nəyin bahasına olur-olsun, Avropa Liqasına vəsiqə qazanaq. Sadəcə, komandanı qarşıdakı oyuna hazırlayırıq. Öz oyun dəst-xəttimiz var. İnanıram ki, hücum planında daha məzmunlu olacağıq. Komandanın potensialı var, Avroliqaya gedə bilərik. Niyə də yox?!
- Avrokuboklara bu mövsüm düşəcəyinizə inanırsız?
- Niyə də yox?! Büdcə düşsə də, potensialımız var. Oyunlarda göstəririk ki, rəqiblərimizdən geri qalmırıq.
Daha sonra jurnalistlərin önünə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxdı. Təcrübəli mütəxəssis də oyunu şərh etdikdən sonra sualları cavabladı.
- Pis oyun alınmadı. Oyunun tempi sona qədər düşmədi. İlk hissədən sonra rəqib hesabda geri olsa da, yaxşı oyununu sona kimi saxladı. Rəqibə uğurlar arzulayıram. Futbolçularımdan razı qaldım, çox istəkliydilər və düzgün oynamağa çalışırdılar. Bəzən 3-4 qolluq oyunlarımız olur, bəzən də qol vurmağa çətinlik çəkirik. Bu da rəqiblərin bizə qarşı daha diqqətli olmasından irəli gəlir. Qarşıda vacib oyunlarımız var.
- “Neftçi"yə məğlubiyyətdən sonra komandada oyun baxımından irəliləyiş hiss olunur. Bu məğlubiyyətin "Qarabağ"ı "qış yuxusundan ayıltdığını” demək olar?
- Bəzən belə qarşılaşmaların müsbət təsiri olur. "Neftçi" ilə görüşə qədər də məhsuldarlığımız pis deyildi. Sadəcə, bəzən belə derbilərdə düşünmədiyin nəticə olur və bu da futbolçulara psixoloji təsir edir. Həmin məğlubiyyətin komandaya faydalı olub-olmadığını mövsümün sonunda görəcəyik. Tam deyə bilmərəm ki, o məğlubiyyətin çox qol imkanları yaratmağımıza təsiri olub.
- 11 metrlik cərimə zərbəsini Mahir Emreli yerinə yetirmədi. Halbuki premyer-liqanın bombardiridi və qol ehtiyatını artıra bilərdi. Penaltini Filip Ozobiçin yerinə yetirməsinə əvvəldən qərar verilmişdi?
- Bəli, paltardəyişmə otağında qərar verilmişdi ki, penalti olacağı halda onu kim yerinə yetirəcək. Orda olan lövhədə zərbəni yerinə yetirəcək şəxsin adı qeyd olunmuşdu. O da Ozobiç idi ki, penaltini yerinə yetirdi.
İLKİN SULTANLI
Qurban Qurbanov: “Həmin məğlubiyyətin komandaya faydalı olub-olmadığını mövsümün sonunda görəcəyik”

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” “Qəbələ”ni 38 dəqiqəyə diz çökdürdü
- 05 mar 2021 03:04
Qomes: “Bu qədər qol imkanlarından istifadə etməyəndə…”
- 03 dek 2020 12:28
Elmar Baxşıyev üçün ayda 8 min dollar
- 06 noy 2020 06:00
“Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı
- 22 yan 2020 08:44
Aftandil Hacıyev heyət kasadlığından şikayətləndi
- 02 okt 2019 08:41
Aftandil Hacıyev UEFA-dan pul gözləyir
- 25 sen 2019 09:01
Turun məşqçisi
- 20 sen 2019 09:32
“Qəbələ” müvəqqəti Elmar Baxşıyevə tapşırıldı
- 04 sen 2019 09:02
Ayxan Abbasov “Sumqayıt”dan gedir
- 21 may 2019 03:03
Ayxan Abbasov “Zirə”də qalacaq
- 22 may 2018 04:35
"Zirə" daha bir transfer edəcək
- 21 yan 2018 02:24
Elmar Baxşıyev Qriqorçukun köməkçisi oldu
- 05 yan 2018 10:26
Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı
- 26 iy 2017 03:18
Tahir Baxşıyev ümidini gələn ilə bağlayıb
- 14 iy 2017 03:29
“Qəbələ” Kiyev “Dinamo”suna uduzdu
- 07 iy 2017 02:19