"Zirə"nin zədəli futbolçularının durumuna aydınlıq gəlib. Klubdan verilən məlumata görə, "Neftçi" ilə son onunda zədələnən Davit Volkov Türkiyədə əməliyyat olunub. Çiynində körpücük sümüyü qırılan 26 yaşlı gürcü hücumçunun iki ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Məşqdə zədələn Filipe Pahtmanın durumu isə daha ciddidi. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə cari mövsümün onun üçün erkən başa çatması anlamına gəlir.