Sizin reklam burada

“Azərsun Arena”da birdəqiqəlik sükut…

Title
Gözəl: “Xocalıda başverənlərə biganə qalmaq utancvericidi”
"Qarabağ"ın fevralın 26-da "Azərsun Arena"da baş tutan məşqindən əvvəl Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı faciə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub. “Qarabağ”ın viste-prezidenti Tahir Gözəl isə klubun mətbuat xidmətinə açıqlama verib: "Biz Qarabağ barədə fikir bildirməyə çətinlik çəkirdik. Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində bu gün azad Qarabağdan qürurla danışırıq. Artıq o torpaqlara qayıtmışıq. “Qarabağ” futbol klubu olaraq fərqli missiya daşıdığımızın həmişə fərqində olmuşuq. İşğal dönəmində “Qarabağ” məcburi köçkünlərin Qarabağ sevdasının təsəllisi oldu. “Qarabağ” adı bizi daha məsuliyyətli olmağa vadar etdi. Cənab Prezidentin “Qarabağ Azərbaycandı!” çağırışının təbliğatçısı olmaqdan qürur duyuruq. Şükürlər olsun ki, 2020-ci il şanlı zəfərimizlə yadda qaldı. Daha əvvəl “Qarabağ”ın kuboklarını azad Ağdama, Qarabağa aparmaq qismət olsun” arzusu ilə danışırdıqsa, bu gün arzumuz dəyişib. Artıq abad Qarabağa tezliklə getmək haqda düşünürük. Ali Baş Komandanın güclü siyasəti, müdrikliyi və səbri, Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti, fədakarlığı, verdiyimiz şəhidlər və itkilər hesabına bu arzumuz gerçək oldu.
29 il əvvəl yaşanan, bəşər tarixinin ən dəhşətli faciələrindən birini heç vaxt unutmayacağıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda başlayan soyqırımda 613 günahsız insanın, özü də cavan-qoca, uşaq-qadın fərqi qoymadan vəhşicəsinə qətlə yetirilməsini, 100 ailənin tam məhv edilməsini yaddan çıxara bilmərik. Bir daha vurğulayıram ki, bu, tək Azərbaycanın yox, bəşəriyyətin faciəsidi. Şəhidlərimizi ehtiramla yad edirik. Xocalıda başverənlərə biganə qalmaq utancvericidi. Hər birimiz insanıq, yaradılış qayəmizdə qan tökmək, pislik etmək yoxdu. Tarixi yaşatmaq, tarix üçün şəhid düşənlərin xatirələrinin yaşadılması uğrunda hər birimizin üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməliyik. Xocalıda yaşananları hər kəs düşünməlidi. Ümid edirəm ki, dünya dövlətləri Xocalıda başverənlərə hüquqi qiyməti verəcək. Tarixdə bir daha belə faciələr yaşanmaması arzusu ilə…”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.