“Dostlar məni görmək istəyəndə həmin məkanda görüşürük”
Vətən müharibəsi zamanı “feysbuk”da yazdığı statusa görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılan “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov özünü fərqli sahədə sınamaq niyyətindədi. Əldə etdiyimiz məlumata görə, Ağdam təmsilçisinin sabiq rəsmisi “Ağdaş” ailəvi restoranı açıb.
Xəbəri təsdiqləmək üçün dünən Nurlan bəylə əlaqə saxladıq: “Restoran mənim deyil. Yaxınlarım işlədir. Mən də bekar adam kimi orda oluram. Dostlar məni görmək istəyəndə həmin məkanda görüşürük. Hazırda CAS-ın məsələmlə bağlı qərar verməsini gözləyirəm”.
İLKİN SULTANLI