Sizin reklam burada

“Qarabağ” Romeronun möhtəşəm qolu ilə “Neftçi”yə çatdı

Title
68. Qarabağ (Ağdam) - Səbail 1:0 (0:0)
1. Şahruddin Məhəmmədəliyev - 5,5
44. Elvin Cəfərquliyev - 5,5
5. Maksim Medvedev (k) - 5,5
55. Bədavi Hüseynov - 5,0
30. Abbas Hüseynov - 5,0
2. Qara Qarayev - 5,5
10. Abdullah Zubir - 5,5
(7. Kvabena Ovusu, 88) - qiymətsiz
9. Xayme Romero - 6,0
(27. Toral Bayramov, 82) - qiymətsiz
6. Patrik Andrade - 5,5
18. İsmayıl İbrahimli - 5,0
(19. Filip Ozobiç, 62) - 5,0
11. Mahir Emreli - 5,5
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
8. Uroş Matiç
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Xayme Romero

96. Nikolas Hagen - 5,0
3. Turan Manafov - 5,0
55. Adil Nağıyev - 5,0
4. Ali Sisey - 5,0
34. Urfan Abbasov - 5,0
14. Rahid Əmirquliyev (k)) - 4,5
28. Məqsəd İsayev - 5,0
(20. Ruslan Hacıyev, 82) - qiymətsiz
19. Luka İmnadze - 5,0
(22. Əfran İsmayılov, 74) - 4,5
23. Milovan Petroviç - 4,5
27. Hendrik Ekşteyn - 5,5
29. Amil Yunanov - 5,0
(11. Rauf Əliyev, 86) - qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
16. Peyman Keşavarzi
9. Florian Kadriu
77. Ədilxan Qarəhmədov
44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn
Qol: X.Romero, 72.
Vərəqələr: Q.Qarayev, 82 (qeyri-idman hərəkəti). U.Abbasov, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
25 fevral. Bakı. “Azərsun Arena”. Tamaşaçısız.
Oyunun qiyməti: 5,5.
17-ci turun bağlanış matçında “Qarabağ” Suraxanıda “Səbail”i qəbul edirdi. Lider “Neftçi”nin Rauf Cabbarovun start fitindən təxminən 40 dəqiqə əvvəl meydandan məğlub ayrılması ağdamlıların oyuna daha istəkli başlamasına səbəb olmuşdu. Qurban Qurbanov 4-5-1 taktiki sxeminə üstünlük vermişdi. Cəzalı Kevin Medinanın yoxluğunda Maksim Medvedev müdafiənin mərkəzində yer almışdı. Aftandil Hacıyev isə ötən tur “Sabah”ı məğlub edən heyəti meydana buraxmışdı.
Oyun ağdamlıların topa nəzarəti ilə başladı. “Qarabağ” xırda ötürmələrlə “Səbail”in müdafiəsini yarmağa çalışırdı. Bəzən Zubir sol cinahda xüsusi fəallıq göstərərək fərdi reyd sayəsində “dənizçilər”in müdafiəçiləri çaş-bas salırdı. Buna baxmayaraq, “Səbail” futbolçuları ehtiyatı əldən vermirdilər. Aftandil Hacıyevin yetirmələri rəqibin cərimə meydançasına yaxınlaşmasına mane olurdular. Təsadüfü deyil ki, qapıya ilk zərbə 12-ci dəqiqədə vuruldu. Zubir sağ cinahla reyd edərək Mahirə ötürmə etdi. Forvardın zərbəsini tutmaq Hagen üçün çətin olmadı. “Qarabağ” 26-cı dəqiqədə hesabı aça bilərdi. Xaymenin künc zərbəsi zamanı Zubir dabanla qol vurmağa çalıçsa da, top dirəyin yanından keçdi.
“Səbail” kəsərli hücumlar qura bilməsə də, İmnadzenin fəallığı diqqəti cəlb edirdi. Gürcüstanlı yarımmüdafiəçi fərdi ustalığı sayəsində “Qarabağ” müdafiəsinin sağ cinahında yer alan Abbasla Maksimə problem yarada bilirdi.
35-ci dəqiqədə sağ cinahda üç rəqibini geridə qoyan Romero Mahirə ötürmə etdi. Sisey ona qarşı kobud oynasa da, Rauf Cabarovun fiti susdu. İlk yarının qalan dəqiqələrində maraqlı heç nə yaşanmadı.
Fasilədən sonra “Qarabağ”ın hücumların kəsərini artıracağı, “Səbail”i qapısına doğru sıxışdıracağı gözlənilsə də, belə olmadı. “Dənizçilər” ağdamlılara açıq oyun təklif etdi. İlk hissədən fərqli Hacıyevin komandası “Qarabağ”ın hücumlarına hücumla cavab verirdi. 50-ci dəqiqədə Maksim mərkəzə doğru ötürmə edərkən səhvə yol verdi. Topu ələ keçirən Ekşteyn dərhal boşda olan Yunanovu gördü. Forvardın zərbəsini Şahruddin zərərsizləşdirdi. Lakin yan xətt hakiminin bayrağı ötürmə anında qalxmışdı.
Oyunda ən real qol vəziyyətini isə “Səbail” yaratdı. Petroviçin mərkəzdən ötürməsindən sonra Məqsəd ani toxunuşla Yunanovu zərbə mövqeyinə çıxartdı. Sonuncu isə yüzfaizlik şansdan yararlana bilmədi. “Səbail”in üstünlüyü ələ aldığını görən Qurban Qurbanov İsmayılı Ozobiçlə əvəzlədi. Bundan sonra “Qarabağ” topa daha çox nəzarət etməyə başladı. 69-cu dəqiqədə ağdamlılar hesabı açmağa yaxın olsa da, Mahirin zərbəsini Hagen zərərsizləşdirdi. 1 dəqiqə sonra çempion “Səbail”in qapısı qarşısında daha bir real qol vəziyyəti yaratdı. Xaymenin sağ cinahdan ötürməsinə Zubir başla zərbə endirsə də, qvatemalalı qolkiper möhtəşəm reaksiya ilə topun qapıdan keçməsinin qarşısını aldı. 1 dəqiqə sonra isə “köhlən atlar” hesabı açdı. Xayme təxminən 23-24 metrdən yerinə yetirdiyi cərimə zərbəsi zamanı topu elə yerə göndərdi ki, Hagenin komandasını xilas etməsi mümkün deyildi.
Oyun qalan vaxtında komandalar bir-birini əks-hücumda tutmağa cəhd etdi. Lakin hər iki müdafiə xətti etibarlı oyun nümayiş etdirdi. Beləliklə, oyun ağdamlıların minimal qələbəsi ilə başa çatdı. Bununla da “Qarabağ” xal sayını 33-ə çatdırdı və “Neftçi”ni zirvədə tək qoymadı. Xatırladaq ki, çempion əvvəlki iki oyunda qələbəyə həsrət qalmışdı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Komandalar meydana çıxarkən PFL-in himni səslənmədi. Daha sonra futbolçular gözləsələr də, dövlət himnimiz də səslənmədi.
*"Qarabağ" "Səbail"lə oyununda təqdirəlayiq addım atmışdı. Ağdam təmsilçisinin futbolçuları Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı meydana üzərində faciə qurbanlarının sayı (613) və "Justice for Khojaly" (Xocalıya ədalət) sözləri yazılmış xüsusi forma ilə çıxmışdı.
* 65-ci dəqiqədə ehtiyat oyunçular skamyasında oturan Emil Balayev rus dilində “davay da, Rauf”, - deyə etiraz etdi. Buna əsəbləşən Qurban Qurbanov üzünü qapıçıya tərəf döndərdi, “sən sakit qal”, - deyə xəbərdarlıq etdi.
* Son dəqiqələrdə Elvin Cəfərquliyev yerdə qaldı. Qurban Qurbanov ona qışqıraraq “qalx, Elvin, qalx, əks-hücumdayıq”, - deyə çağırış etdi.

Reaksiyalar
Aftandil Hacıyev: "Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Uzun illərdi bunu qeyd edirik. Ötən il torpaqlarımızı geri ala bildik. Matçdan zövq ala bildik. "Qarabağ" favorit olsa da, bura məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik. "Qarabağ" vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik. Amma rəqibdə ustalıq yüksək səviyyədədi. Amil Yunanov yüzfaizlik qol fürsətini boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bunun davamını gətirək. Yeni transferlər komandaya gec qoşuldular. İki ay komandasız qalmışdılar. Görünür ki, vaxt lazımdı. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlər etdik. İnanıram ki, hamısı komandama kömək edəcək".
Qurban Qurbanov: "Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir. Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdı. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Futbolçularım bu gün çox əziyyət çəkdi. Medinanın məsələsini bağlamaq lazımdı. Klubun daxili nizam-intizam məcəlləsi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqəni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. özlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.