Sizin reklam burada

“Sabah” da qələbəyə həsrətdi, “Keşlə” də

Title
67. Sabah (Bakı) – Keşlə 1:1 (0:0)
12. Alvaro Vilyet - 5,5
19. Təmkin Xəlilzadə - 5,5
4. Bəhlul Mustafazadə (k) – 5,0
34. Bəxtiyar Həsənalızadə - 5,5
30. Mario Marina – 4,5
(7. Coşqun Diniyev, 73) – 5,0
6. Şakir Seyidov – 5,0
48. Dmitri Klots – 5,5
(9. Xulio Sezar Rodriges, 87) – qiymətsiz
3. Zurab Oçiqava – 5,5
10. Aleksey İsayev – 5,5
28. Kevin Kubemba – 5,0
(90. Ramil Şeydayev, 90+2) – qiymətsiz
26. Fofana Tiemoko – 6,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rüstəm Samiqullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
14. Slavik Alxasov
13. Filip İvanoviç
2. Amin Seydiyev
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Fofana Tiemoko

1. Stanislav Namaşko – 5,5
8. Tural Axundov – 5,0
3. Tərlan Quliyev (k) – 5,0
4. Şəhriyar Əliyev – 6,0
17. Vüsal İsgəndərli – 4,0
25. Con Kamara – 5,5
29. Yevgeni Koçuk – 5,5
23. Nicat Qurbanov – 5,0
10. Sezar Meza Kolli – 5,5
(14. Turan Vəlizadə, 88) – qiymətsiz
99. Rafael Məhərrəmli – 5,5
11. Silvio Rodriqes – 5,0
(9. Anatole Abanq, 58) – 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
32. Elvin Yunuszadə
21. Miyusko Boyoviç
79. Bahadur Həziyev
78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Şəhriyar Əliyev
Qollar: Ş.Əliyev, 79 (0:1, Y.Koçuk). T.Fofana, 90+1 (1:1, Z.Oçiqava).
Vərəqələr: Ş.Seyidov, 5 (qeyri-idman hərəkəti). Z.Oçiqava, 19 (qeyri-idman hərəkəti). T.Quliyev, 36 (qeyri-idman hərəkəti). Y.Koçuk, 38 (qeyri-idman hərəkəti). M.Marina, 48 (qeyri-idman hərəkəti). S.Rodriges, 55 (qeyri-idman hərəkəti). K.Kubemba, 64 (qeyri-idman hərəkəti). R.Məlikov, 79 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Gülağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
25 fevral. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Premyer-liqanın autsayderləri, mövsümün ikinci yarısı başlayandan bəri qələbəyə həsrət qalan komandalar Masazırda üz-üzə gəldi. Açığı, onlar bu oyunda da turnir cədvəlindəki mövqelərinə uyğun futbol sərgilədi. Hər ikisinin heyətində fərdu ustalıq səviyyəsi yüksək olan oyunçular yer alsa da, komanda oyunu baxımından bərbad çıxışla yadda qaldılar. Xüsusilə də birinci hissədə futbol adına meydanda heç nə yox idi. Əsasən mərkəzdə gedən mübarizənin fonunda nə meydan sahibləri, nə də qonaqlar düz-əməlli hücum qura bilirdilər. “Sabah” rəqibin müdafiəsini Aleksey İsayevin ustalığı sayəsində mərkəzdən yarmağa çalışırdısa, Qurbanovun çalışdırdığı komanda daha çox cinahlardan rəqibin müdafiəsini yarmağa cəhd göstərirdi. Son vaxtlar oyununda eniş yaşanan Vüsal İsgəndərlinin keçidləri, ümumiyyətlə, bərbad alınırdı. O ya müdafiəçilərin qarşısında aciz qalırdı, ya da onlardan sıyrılmağı bacarır, amma qapı önünə normal asma edə bilmirdi. İlk yarıda hər iki komandada yetərincə ötürmə səhvi görmək mümkün idi. Sanki futbolçuların ayağını don vurmuşdu, ardıcıl 2-3 ötürmə verməkdə çətinlik çəkirdilər. Ancaq iki komanda arasında müqayisə aparsaq, fasiləyə qədər meydan sahibləri nisbətən üstün təsir bağışladılar.
Fasilədən sonra tərəflər bir qədər fəallaşdı. Bunda da “Keşlə”nin tempi qaldırması başlıca rol oynadı. Qonaqların qol vurmaq istəyi açıq-aşkar hiss olunurdu. Onlar topa daha çox nəzarət edir, Sezar və Koçukun sayəsində təhlükəli hücumlar qururdular. “Tələbələr” isə bu dəqiqələrdə daha çox qapının toxunulmazlığını təmin etmək üçün tər tökürdülər. Qurbanovun komandası qol istəyinə 79-cu dəqiqədə çatdı. Koçukun standart vəziyyətdən cərimə meydançasına asmasını Şəhriyar dəqiq tamamladı. Son 10 dəqiqədə “qırmızı-ağlar” rəqibi əks-hücumda yaxalamaq üçün bir qədər geri çəkilib oyunu müdafiədən qurmağı lazım bildilər ki, bu da onlara baha başa gəldi. Əsas vaxta əlavə olunan 1-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirə bildi. İsayevdən ötürmə alan Oçiqava qapıçı meydançasına ötürmə etdi ki, orda nəzarətsiz qalan Fofana Namaşkonu topu tordan çıxarmağa məcbur etdi. Bu qol həm də matçın yekun nəticəsini müəyyənləşdirdi. Beləliklə, “Sabah”la “Keşlə”nin qələbəsiz oyunlar seriyası davam edir. “Tələbələr” sonuncu qələbəsini dekabrın 24-də “Sumqayıt” üzərində qazanıbsa, “Keşlə”nin sonuncu qələbəsini noyabrın 7-nə təsadüf edib (Qəbələ - 3:1).
RƏŞAD

Reaksiyalar
Sənan Qurbanov: “Bəlkə də bu, bizim üçün bir imtahandı. Çünki klub olaraq bu vəziyyətdən çıxmaq istəyirik və onun yollarını axtarırıq. Əlbəttə, futbolçular çox çalışırlar - həm məşqdə, həm də iclasda. Tam bu oyunu götürsək, ilk yarını "Sabah"ın aktivinə yazmaq olar. Ancaq ikinci hissəylə bağlı bunu deməzdim. Fasilədən sonra daha çox istəkliydik, topa daha çox sahib olduq, qol da vurduq. Əlbəttə, son saniyələrdə qol buraxmaq üzücüdü. Bu, futbolçulara çox pis təsir göstərdi. Çalışacağıq ki, onları bu psixoloji durumdan çıxaraq. Əlbəttə, hər iki komandanın durumu göz qabağındadı. Mübarizəli, çəkişməli oyun oldu. İstənilən halda, səfərdən xaslız dönmədik. Uşaqlar gərək bunu dərk eləsinlər ki, əliboş qayıtmırıq. Psixoloji cəhətdən ayaqüstə durmağı bacarmalıyıq. Qol buraxırıqsa, əlbəttə, hansısa səhvə yol vermişik. Ancaq buna arxayınlaşma deməzdim. Çünki futbolçularımız qələbəyə həddən artıq istəkliydilər, bunun üçün vuruşurlar. Ani bir vəziyyətdə boş oyunçu oldu cərimə meydanımızda və qapımıza yol tapdı. Bunu təhlil edəcəyik və zamanımız olacaq aradan qaldırmağa. Sezar Meza Kollini meydandan tez çıxarmaq istəmirdim. Ayağında ağrı hiss etdiyi üçün əvəzlənməsini özü istədi. Geniş heyətimiz yoxdu. Sezarın əvəzlənmək istəyi planlarımıza daxil deyildi”.
Visente Qomes: “İlk yarı nəzarətimiz altında keçdi. Çox qol imkanı yaratdıq, lakin bunu reallaşdıra bilmədik. İkinci hissədə isə bərabər səviyyəli oyuna tamaşa etdik. Buraxmayacağımız bir qolu qapımızda gördük. Bu oyunda futbolçular buraxılan qola yaxşı reaksiya verdi və hesabı bərabərləşdirə bildik. Çempionat sona yaxınlaşsa da, rəhbərlik etdiyim komanda qol imkanlarını sağa-sola xərcləməklə məşğuldu. "Sabah" nə üçün qol imkanlarından yararlana bilmir? Bu suala cavab vermək çətindi. Düşdüyümüz bu “qara zolaq”da çox səhv edirik. İstədiyimiz yerdə deyilik. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. İlk yarıdakı oyunumuz bizə ümid verir. Bu oyunu davam etdirsək, “qara zolaq”dan çıxa biləcəyimizə inanıram".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.