Sizin reklam burada

Qəhrəman Əliyev komadan ayılmır

Title
Məlum olduğu kimi, futbol mütəxəssisi Qəhrəman Əliyev uzun müddətdi müalicə alır. Bir müddət əvvəl koronavirusa yoluxan Əliyev hələ də sağalmayıb. Əvvəlcə Bakıda müalicə alan mütəxəssis sonradan yaşadığı Masallıya göndərildi. Sonuncu dəfə onun vəziyyəti ilə maraqlananda komada idi. Bugünlərdə yayılan xəbərlərə görə, Əliyev yenidən Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Bu xəbərin nə dərəcədə doğru olduğunu, həmçinin Qəhrəman bəyin hazırkı vəziyyətini öyrənmək üçün Oqtay Abdullayevlə əlaqə saxladıq. Futbol Veteranları İttifaqının sədrinin sözlərinə görə, Əliyevin durumunda dəyişiklik yoxdu: "Onun yenidən Bakıya gətirilmək ehtimalı var, lakin həkimin son qərarını, tövsiyəsini gözləyirik. Bir neçə günə yenidən vəziyyətinə baxılacaq və qərar veriləcək. İndi isə Masallıdadı. Vəziyyəti əvvəlki kimidi, komadan tam ayılmır. Bəzən gözünü açıb baxır, başqa heç bir hərəkət yoxdu. Arada su içir. Ümumilikdə əvvəl necə idisə, indi də elədi. Lakin həkimlər bildirir ki, bütün analiz nəticələri yaxşıdı".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.