Sizin reklam burada

“Qəbələ” Elmar Baxşıyevə görə şikayət etməyəcək

Title
“Futbol şahmat deyil, emosiya oyunudu”
AFFA İntizam Komitəsinin srağagünkü iclasında "Neftçi" ilə son oyunda (0:1) iki sarı vərəqə alan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevlə bağlı da qərar verilib. Belə ki, o, meydandan kənarlaşdırıldığına görə 1 oyun texniki zonada oturmayacaq klub isə 800 manat cərimələnib.
Qərara münasibətini və həmin an nə baş verdiyini öyrənmək üçün bölgə komandasının çalışdırıcısıyla danışdıq: "İntizam Komitəsinin qərarını anlayışla qarşıladıq. Çünki onlar da hakimin raportuna əsasən qərar veriblər. Oyunun hakimi raportunda birinci sarı vərəqəni xətti tapdaladığıma, ikincisini isə etiraza görə verdiyini qeyd edib. Birinci “sarı”nı alarkən hakimdən soruşdum ki, nəyə görə verirsən, o da etiraz kimi qiymətləndirib ikincini verdi. Futbol şahmat deyil, emosiya oyunudu, emosiyaların pik nöqtədə olduğu idman növüdü. Məncə, belə xırda detallara fikir vermək lazım deyil".
Baxşıyevdən qərardan apellyasiya şikayəti verib-verməyəcəklərini də soruşduq: "Xeyr, belə fikrimiz yoxdu, sadəcə, bildirdiyim kimi, futbol elə oyundu ki, emosiyalar çox yüksək olur. Ona görə belə xırda detalların üzərində çox dayanmağa ehtiyac yoxdu".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.