Sizin reklam burada

Elçin Məmmədovu Babək Quliyev əvəz edəcək?

Title
Xəbər verdiyimiz kimi, Elçin Məmmədov Hakimlər və Hakim-İnspektorlar Komitəsindəki vəzifəsindən istefa verib. O, işlərinin çoxluğu səbəbindən qurumun rəhbəri Frits Stuxlikin köməkçiliyindən imtina edib. Redaksiyamıza daxil olan məlumata görə, Məmmədovu sabiq FIFA referisi Babək Quliyev əvəzləyib.
Bu xəbərlə bağlı sabiq hakimlə əlaqə saxladıq. Babək bəy məsələnin dəqiqləşmədiyini söylədi: “Elçin Məmmədov öz istəyi ilə Hakimlər və Hakim-İnspektorlar Komitəsindəki işindən ayrıldı. Hazırda onun yerinə heç kim təyin olunmayıb. Buna AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qərar veriləcək. Qurum kimi bu vəzifəyə layiq görərsə, o da işinin icrasına başlayacaq. Belə təyinatlar İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir. Rəsmi təyinat olan kimi ictimaiyyətə bu barədə məlumat veriləcək”.
Babək bəy Elçin Məmmədovun istefasından da danışdı: “O, işlərinin çoxluğunu əsas tutaraq rəsmi şəkildə ərizə verərək vəzifəsindən getdi. Mediada yazılanlar yox, Elçin Məmmədovun verdiyi açıqlama doğrudu. Kimsə onu işindən azad etmədi. Yenə deyirəm, işlərinin çoxluğunu əsas gətirərək belə qərar verdi”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.