Sizin reklam burada

Cüdoda biabırçılıq: 15 nəfərə 1 medal!

Title
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” başa çatıb. Yarışın ikinci günündə millinin iki üzvü tatamiyə çıxıb. 73 kq çəkidə mübarizə aparmalı olan Telman Vəliyev zədə səbəbindən yarışa qatılmayıb. Onun 1/16 finaldakı rəqibi Lukas Rayter (Avstriya) növbəti mərhələyə yüksəlib. 81 kq-da yığmada debüt edən “milliləşdirilən” legioner Zelim Tokayev 1/32 finalda israilli Seqav Ben Haroça qalib gəlsə də, növbəti qarşılaşmada monqolustanlı Said Mollaeiyə uduzub. Bu çəkidə Hidayət Heydərov 1/16 finalda rumıniyalı Marsel Serseanı məğlub edib. 1/8 finalda niderlandlı Frank de Vitə uduzan idmançımız mübarizəni dayandırıb.
Son yarış günündə də fəxri kürsüyə yüksələn olmayıb. 90 kq-da uyğun ardıcıllıqla Aurelien Diesse (Fransa), Komronşox Ustopiriyon (Tacikistan) və Kristian Tota (Macarıstan) qalib gələn Məmmədəli Mehdiyev yarımfinalda Nikolos Şerazadişviliyə (İspaniya) uduzub. Bürünüc medal uğrunda qarşılaşmada isə Beka Qviniaşviliyə (Gürcüstan) yenilərək 5-ci yeri tutub. 100 kq-da Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) və Toma Nikiforovu (Belçika) üstələyib. Amma təmsilçimiz 1/4 finalda gürcü Onise Saneblidze ilə bacarmayıb. Kotsoyev təsəlliverici görüşdə Tomas Briçeno (Çili) üzərində qələbə qazansa da, bürünc medal uğrunda qarşılaşmada Niyaz İlyasov (Rusiya) səddini keçə bilməyib. Bu çəkidə Elmar Qasımova Yoakim Dvarbiyə qalib gəlsə də, 1/8 finalda Onise Saneblidzeyə (Gürcüstan) yenilib. Nəhayət, +100 kq-da Uşanqi Kokauri ilə Camal Feyziyev ilk görüşdə mübarizəni dayandırıb. Onlar uyğun olaraq, Yur Spiykers (Niderland) və Serafim Kompaneslə (İsrail) bacarmayıb.
Beləliklə, “Böyük dəbilqə”yə 15 cüdoçu ilə qatılan millinin qazancı 1 qızıl medal olub. Yarışın ilk günündə Davud Məmmədsoyun (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəldiyini yazmışdıq. Yığma bu nəticə ilə komanda hesabında 10-cu yeri tutub. Uğursuz çıxışa növbəti sayımızda ətraflı toxunacağıq.
Yeri gəlmişkən, Belnəlxalq Cüdo Federasiyası “Böyük dəbilqə”dən sonra reytinq cədvəlini açıqlayıb. Təmsilçilərimizdən yalnız 4-ü ilk “onluq”da yer alıb. Müsbət məqam kimi Davud Məmmədsoyun 18 pillə irəliləməsini qeyd edə bilərik.
Kişilər
60 kq
32. Davud Məmmədsoy - 1800 xal
41. Kəramət Hüseynov - 1222
66 kq
19. Orxan Səfərov - 2794
24. Nicat Şıxəlizadə - 2582
73 kq
2. Rüstəm Orucov - 6575
14. Hidayət Heydərov - 3346
81 kq
40. Murad Fətiyev - 1416
71. Hidayət Heydərov - 600
90 kq
10. Məmmədəli Mehdiyev - 4309
76. Tural Safquliyev - 436
100 kq
10. Zelim Kotsoyev - 4447
11. Elmar Qasımov - 4100
+100 kq
22. Uşanqi Kokauri - 2518
56. Şahin Qəhramanov - 644
Qadınlar
48 kq
26. Aişə Qurbanlı - 1753
31. Leyla Əliyeva - 1670
52 kq
38. Gültac Məmmədəliyeva - 1310
79. Aleksandra-Larisa Florian - 329
57 kq
45. Aleksandra-Larisa Florian - 1020
53. İçinxorlu Munxtsedev - 741
+78 kq
2. İrina Kindzerska – 2564
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.