Sizin reklam burada

800-cü ev qolu “Neftçi”yə 3 xal qazandırdı

Title
64. Neftçi (Bakı) – Qəbələ 1:0 (0:0)
30. Aqil Məmmədov – 5,5
24. Yusuf Laval – 5,0
(10. Saman Nərimancahan, 46) – 5,5
91. Tallison Dias – 5,5
3. Mamadu Mboc – 5,5
20. Mərt Çəlik – 5,5
19. Fəhmin Muradbəyli – 5,0
17. Bruno Teluşi – 5,5
8. Emin Mahmudov (k) – 6,0
28. Stiven Jozef-Monroz – 5,0
7. Namiq Ələsgərov – 5,5
22. Mirabdulla Abbasov – 5,0
(9. Əhməd Əhmədov, 56) – 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
29. Sabir Buqrin
80. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
72. Emin Zamanov
70. Asim Əlizadə
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov

1. Anar Nəzirov (k) – 5,0
71. Rüfət Əhmədov – 5,0
13. Yurgen Qoxa - 5,5
28. Murad Musayev – 5,0
9. Ehtiram Şahverdiyev – 5,0
77. Merab Qiqauri – 5,0
26. Stefan Vukçeviç – 5,0
32. Nikolas Raysel – 5,0
99. Ceyms Adeniyi – 4,0
(10. Rövlan Muradov, 69) – 4,0
11. Asif Məmmədov – 5,0
(74. Yusif Nəbiyev, 90+2) – qiymətsiz
23. Rafael Utriq – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
14. Cavid Hüseynov
2. Vinko Medimoreç
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Yurgen Qoxa
Qol: E.Mahmudov, 90+4 (N.Ələsgərov).
Vərəqələr: Y.Qoxa, 26 (qeyri-idman hərəkəti). R.Əhmədov, 27 (qeyri-idman hərəkəti). N.Ələsgərov, 33 (qeyri-idman hərəkəti). C.Adeniyi, 45+2 (hakimin qərarına etiraz). R.Muradov, 82 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
20 fevral. Bakı. Bakcell Arena. Tamaşaçısız
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Hesabat turunun son qarşılaşması çox dramatik alındı. Son saniyələrə qədər meydanda mübarizə getdi, əsəblər tarıma çəkildi. Bakılılar meydana ciddi itkilərlə çıxmışdı. Əvvəlki turda - “Qarabağ”la görüşdə meydandan qovulan Buludov, Kane və Stankoviç, eləcə də vərəqə limitini aşan Krivotsyuk “Qəbələ” ilə görüşü buraxmaq məcburiyyətində idi. “Neftçi”nin məşqçilər korpusunu məyus edən daha bir xəbər isə matç ərəfəsində gəldi. Sabir Buqrinin də zədə səbəbindən meydana çıxmayacağı Samir Abasovu daha da dilxor etmişdi. Bakılıların sıralarının zəifləməsi “qırmızı-qaralar”a əlavə motivasiya verməliydi ki, belə də oldu. Qonaqlar ilk dəqiqələrdən xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladı. “Ağ-qaralar”ın müdafiə xəttini təzyiq altında saxlayan bölgə təmsilçisi zaman-zaman boşluqlar tapsa da, hücumları məntiqi sonluğa çatdıra bilmirdi. Adeniyinin zəif təsir bağışladığı qarşılaşmada Utriq və Raysel komandanı irəli aparırdı. Lakin onların çoxsaylı cəhdlərinə baxmayaraq, qonaqlar Aqilin qoruduğu qapının torunu silkələməyi bacarmırdı. Meydan sahibləri də rəqibin qapısı önündə təhlükə yaradırdı. Ancaq bunlar yüzfaizlik qol vəziyyətləri deyildi.
İlk yarıda komandalar fərqlənə bilmədiklərindən ümid ikinci hissəyə qaldı. Yeri gəlmişkən, fasilədən sonra “ağ-qaralar”ın yeni tranferi Əhməd Əhmədov da yeni komandasında debüt etmək imkanı qazandı. Bolqarıstanlı hücumçu meydanda hərəkətli olsa da, komanda yoldaşları ilə anlaşma baxımından “axsayırdı”. Hamı güclü yağış altında keçən görüşün 0:0 hesabı ilə başa çatacağını gözlədiyi anda Mahmudov komandasına qələbə qazandıran qolu vurdu. Namiqin çətin vəziyyətdə ona etdiyi ötürməni kapitan layiqincə dəyərləndirdi və topu qüvvətli zərbə ilə “6-lığ”a fırlatdı. Son saniyələrdə vurulan qol həm də matçın yekun nəticəsini müəyyənləşdirdi.
RƏŞAD

Reaksiyalar
Elmar Baxşıyev: “Oyun ağır keçdi. Rəqib yaxşı komandadı. Kollektivi oyuna kökləmişdik. Futbolda vurmayana vurarlar. Məncə, ədalətli nəticə olmadı. Çempionatda heç bir kollektivdən çəkinmirəm. Futbolçulara da inanıram, sadəcə, qol çatmır. Qarşıdakı görüşlərdə bunu aradan qaldıracağıq. Bu gün hakim açıq-aşkar əleyhimizə idi. “Qəbələ” premyer-liqada yeganə komandadı ki, 16 turda bir dəfə də penlti vurmayıb. Yenə deyirəm, hakimlərin bizə antipatiyası var. "Neftçi"nin lehinə bəzi epizodlarda cərimə verdilər, bizə isə yox. Bəlkə "Neftçi" rəsmiləri hakimə təzyiq edir. Bizə kömək lazım deyil. Həmişə hakimlərin bizə qarşı səhvi olur. Səhvlər düzəlmir, davam edir. Biz səhvlərdən nəticə çıxardığımız kimi, hakimlər də nəticə çıxarmalıdı. Oyunumuzla göstərəcəyik ki, "Qəbələ" yaşayır və yaşayacaq. Mən niyə qovuldum? Baş hakim deyir ki, xətti tapdalamısan. Baxıram ki, 5-10 santimetr irəlidəyəm. Buna fikir verirlərsə, futboldan danışmaq olmaz. Bizə kömək lazım deyil. Rəqibi təbrik edirəm. Komandam meydanda futbol adına hər şey etdi".
Samir Abasov: “Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu bizi çətin duruma saldı. Buna baxmayaraq, oyunda qalib gəldik. 3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Növbəti oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm. “Qarabağ"ın bir gün əvvəl xal itirməsinin oyunumuza təsir etdiyini deyə bilmərəm. Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və başqa məsələlər çətinliklər yaratdı. Bu matçda həddən artıq çətin durumdaydıq. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə, futbolçulara da təsir etmişdi. Həmkarımın söylədiklərinə gəlincə, onun dedikləri ilə razıyam. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə də bu matçın ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. Ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qəbələ" olacaq”.

Gözdən qaçmadı
* Emin Mahmudovun qolundan sonra “Neftçi”nin ehtiyat oyunçular skamyasında kim var idisə, özünü meydana atdı. Samir Abasov isə buna görə “sarı” ilə “mükafatlandırıldı”.
* Matçda yeganə qolun müəllifi olan Mahmudov fərqlənəndən sonra meydanda səcdə etməyi də unutmadı.
* İnqilab Məmmədov Elmar Baxşıyevə birinci “sarı”nı göstərəndə baş məşqç özünü saxlaya bilməyərək “niyə də, niyə” deyib səbəbini soruşduqda Məmmədov heç nə demədən ikinci “sarı” ilə 41 yaşlı mütəxəssisi tribunaya yolladı.

Maraqlıdı...
* “Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurdu. “Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atdı. Buna qədər keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi. 800-cü qola 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdi. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadı. Paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”iylə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.