Sizin reklam burada

“Qarabağ”ın böyük üstünlüyü qola çevrilmədi

Title
62. Sumqayıt – Qarabağ (Ağdam) 0:0
1. Mehdi Cənnətov – 6,0
18. Süleyman Əhmədov – 5,0
5. Camaləddin Xocaniyazov – 5,0
4. Höccət Haqverdi – 5,0
(33. Eltun Turabov, 71) – 5,0
14. Elvin Bədəlov – 5,0
78. Dmitri Nağıyev – 5,0
6. Vüqar Mustafayev (k) – 5,5
17. Murad Xaçayev – 5,0
97. Xəyal Nəcəfov – 5,0
(22. Cavid İmamverdiyev, 90) – qiymətsiz
10. Rəhim Sadıxov – 4,5
(11. Mehdi Şərifi, 80) – qiymətsiz
9. Əli Qurbani – 4,5
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
8. Səbuhi Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov

1. Şahruddin Məhəmmədəliyev – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
(27. Toral Bayramov, 83) – qiymətsiz
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,5
30. Abbas Hüseynov – 5,5
2. Qara Qarayev – 5,5
6. Patrik Andrade – 5,0
(19. Filip Ozobiç, 78) – qiymətsiz
18. İsmayıl İbrahimli – 5,5
9. Xayme Romero – 5,5
10. Abdulla Zubir – 6,0
11. Mahir Emreli – 5,5
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
8. Uroş Matiç
66. Cavid Bayramov
39. Zaur Fərzəliyev
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Vərəqələr: M.Emreli, 44 (hakimin qərarına etiraz). E.Turabov, 84 (qeyri-idman hərəkəti). M.Cənnətov, 90+6 (oyunun bərpasının ləngitmək) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
19 fevral. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən tur “Neftçi”yə uduzmaqla lider kürsüsünü “ağ-qaralar”a təhvil verən “Qarabağ”ın Sumqayıtda xal itirəcəyini az adam güman edirdi. Çoxları elə düşünürdü ki, paytaxt təmsilçisi ilə matçda məğlubiyyət acısı dadan ağdamılılar yenilgidən dərs çıxarmarğı bacaracaq. Ancaq premyer-liqada “bərk qoz” kimi tanınan “Sumqayıt” son illərin dəyişməz çempionu ilə bərabərə qalaraq, hesabına 1 xal yazdı. Bəli, “doğma divarlar” arasında oynamasına baxmayaraq, Ayxan Abbasovun komandasının məhz bəxtinin gətirdiyini, bunun sayəsində “köhlən atlar”dan xal aldığını vurğulamaq lazımdı.
İlk yarı ağdamlıların böyük üstünlüyü şəraitində keçdi. “Kimyaçılar” 45 dəqiqə boyunca, demək olar ki, bir dəfə də Şahruddinin qoruduğu qapı istimətində zərbə endirmədi. Meydan sahibləri ilk hissədə mərkəz xəttin rəqibə aid hissəsində iki-üç dəfə göründülər, ya yox. Əvəzində qonaqlar ilk dəqiqələrdən Mehdini top atəşinə tutmuşdular. Xaymenin təhlükəli cərimə zərbəsi, Mahirin zərbəsindən sonra dirəyi “yalayıb” keçən top yadda qaldı. Qurbanovun komandası fasiləyə minimum 3 top üstünlüyü ilə yollanmalıydı. Sadəcə, idman xoşbəxtliyi həmin gün “kimyaçılar”ın tərəfindəydi. Fasilədən sonra da ssenari dəyişmədi. Ağdamlıların üstünlüyü şəraitində keçən ikinci yarıda sumqayıtlılar bir qədər fəallaşsalar da, qonaqlar real qol şanslarını əldən verdilər və oyun başladığı hesabla da bitdi. Xüsusilə Mahirin 90+1-ci dəqiqədə dirəkdə “partlayan” baş zərbəsi meydan sahiblərinə həyəcan yaşatdı.
RƏŞAD

Reaksiyalar
Qurban Qurbanov: “Bu oyunda, sadəcə, qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Görmək istədiyim dinamikanı və komandanı gördüm. Qarşıdakı oyunlarda bu tempi saxlasaq, daha yaxşı nəticə görəcəyik. Çempionat sona doğru daha maraqlı alınır. Oyunun nəticəsi ədalətli idimi, bilmirəm. Mən komandamdan razı qaldım. Bir xal da irəli getdik. Hər zaman yaxşı oynayıb, qələbə qazanmaq olmur. Fasilə dönəmində heyətə yeni oyunçu dəvət etmədiyimizə görə heyifsilənmirəm. Bizim kimi hamı futbolçu axtarışındadı. Pandemiya ilə bağlı çox dəyişikliklər oldu. Bu gün üçün əsas odu ki, əlimizdə olan futbolçuları qoruyub saxlaya bilək. Abbasın cərimə meydançasında yıxıldığı anı görmədim. Abbas dedi ki, müdaxilə var idi. Bu matçı idarə etmək hakim üçün də çətin idi. Çünki çox dinamik oyun gedirdi. Baş hakimdən daha çox laysman epizodu görə bilərdi. Təkrara baxandan sonra daha düzgün fikir söyləyə bilərik. İndi oyun bitib və kimdəsə günah axtarmaq bizə yaraşmaz. İstəmirəm ki, belə epizodları futbolçular üçün bəhanəyə çevirək... Kevin Medinanın cəzası nə oldu? 4 oyunda meydana çıxmayacaq. Həmin görüşlərdə komanda qələbə qazanacağı halda “premiya”alacaqsa, o bundan məhrum olacaq (gülür). Onun kimi təcrübəli futbolçular belə səhvlər etməməlidi. Futbol aqressiv oyundu. Həmin hərəkətə görə Medinadan narazı qaldım və cəzası da var. Bu, onun üçün bir dərs olacaq. Bu haqda çox danışmaq istəmirəm. Çox müzakirəyə çıxdıqca futbolçuya psixoloji təsir göstərə bilər”.
Ayxan Abbasov: “Çətin oyun idi. “Qarabağ”ın gücünü bilirdik. İki fərqli hissə oldu. Rəqibin ilk dəqiqələrdəki təzyiqini gözləyirdik. İlk yarı onların üstünlüyü şəraitində keçdi. Fasilədən sonra isə komandam pis təsir bağışlamadı. Qapıçımızın son dəqiqələrdə yaxşı qurtarışları oldu. “Qarabağ”la oyunda qol imkanın az olur. Bir xal bizim üçün önəmlidi. Qış fasiləsindən sonra pis başlamamışıq. Bu gün xal qazanmaqla yolumuza davam edirik. Son 10 dəqiqədə meydana hücumameyilli futbolçuları buraxmağıma gəlincə, açğı, bilirdim ki, Xəyal, Rəhim sona yaxın yorulacaqlar. İrəlidə çox iş gördülər. Höccətin zədələnməsi bir az planımızı pozdu. İstəmirdim futbolçulara siqnal verim ki, müdafiəyə çəkilmək lazımdı. Hücumçuları meydana buraxmaqla irəlidə rəqibə təzyiq etmək istəyirdik”.

Gözdən qaçmadı
* Yığmanın baş məşqçisi Canni de Byazi də “Kapital Bank Arena”dakı qarşılaşmanı diqqətdən kənarda qoymamışdı. İtalyan mütəxəssis matçın başlamasına təxminən 15 dəqiqə qalmış özünü arenaya çatdırdı ki, onu girişdə “Sumqayıt”ın prezidenti Riad Rəfiyev qarşıladı.
* Sona yaxın Əli Qurbani rəqibin cərimə meydançasında dizini tutub yerdə qalmışdı. Bunu görən Toral Bayramov topu meydandan çıxardı ki, həkimlər Əliyə yardım üçün meydana girsinlər. Gənc yarımmüdafiəçinin bu hərəkəti Maksimin xoşuna gəlmədi və Bayramovu “özfəaliyyət”ə görə danladı.
* Oyunun başa çatmasına 10 dəqiqə qalmış media tribunasında oturub oyunu izləyən həmkarımız Anar Xanlarovla “Qarabağ”ın futbolçusu Rahil Məmmədov arasında yaşanan insident az qala əlbəyaxa davaya çevriləcəkdi. Rahilə yardım etmək üçün “köhlən atlar”ın əməkdaşları da press-lojaya axın etdilər. Yaxşı ki, klubun baş direktoru Əmrah Çəlikəl vaxtında olaya müdaxilə edib tərəfləri sakitləşdirdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.