Sizin reklam burada

Qəsəbələrin duelində qazanan olmadı

Title
63. Keşlə - Zirə 2:2 (1:2)
1. Stanislav Namaşko - 5,0
99. Rafael Məhərrəmli - 5,0
4. Şəhriyar Əliyev - 5,0
3. Tərlan Quliyev (k) - 5,0
8. Tural Axundov - 5,5
25. Con Kamara - 5,0
91. Sadio Tounkara - 5,0
(17. Vüsal İsgəndərli, 33) - 5,0
29. Yevgeni Koçuk - 5,0
(11. Silvio Rodriges, 77) - qiymətsiz
23. Nicat Qurbanov - 6,0
10. Sezar Meza Kolli - 5,5
9. Anatole Abanq - 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
27. Əkpər Vəliyev
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
21. Miyuşko Boyoviç
14. Turan Vəlizadə
79. Bahadur Həziyev
78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Nicat Qurbanov
1. Mateus Albino - 5,5
32. Qismət Alıyev - 5,5
26. Nemanya Andelkoviç - 5,0
77. Cəlal Hüseynov - 5,0
(44. Dmitrios Çantakias, 55) - 2,5
2. Sərtan Taşkın - 5,0
(12. Lazar Corceviç, 80) - qiymətsiz
8. İlkin Muradov - 5,0
4. Elvin Camalov - 5,0
(21. Hacıağa Hacılı, 46) - 5,0
30. Riçard Almeyda - 5,5
10. Ağabala Ramazanov (k) - 5,5
11. Klesio Bauk - 5,5
9. Davit Volkov - 6,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
20. Əli Şirinov
29. Musa Qurbanlı
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: K.Bauk, 14 (0:1, S.Taşkın). N.Qurbanov, 17(1:1). S.Tounkara, 21 (1:2, A.Abanq). D.Volkov, 73 (2:2, A.Ramazanov).
Sezar Meza Kolli 19-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: S.M.Kolli, 24 (hakimin qərarına etiraz). E.Camalov, 33 (qeyri-idman hərəkəti). S.Rodriges, 78 (qeyri-idman hərəkəti) - sarı. D.Çantakias, 61 (təcavüzkar davranış) - qırmızı.
Hakimlər: ELÇİN MƏSİYEV, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
20 fevral. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Son nəticələrə əsasən paytaxt derbisində “Zirə”nin “Keşlə”dən üstün oyun sərgiləyib, qələbə qazanacağını demək olardı. Lakin qarşılaşma başlayan kimi bunun əksini izləməyə məcbur olduq. Sənan Qurbanovun komandası ilk dəqiqələrdən ərazi üstünülüyünə yiyələndi. “Keşlə”nin baş məşqçisinin meydana çıxardığı heyətdə dəyişikliklər diqqəti çəkirdi. Qurbanov son vaxtlar formada olmayan İsgəndərlini ehtiyatda saxlayıb, Tounkranı sol, Qurbanovu sağ cinahda oynadırdı. Mərkəzdə yer alan Kamara, Koçuk, Meza Kolli “üçlüy”ü topu özlərində saxlayaraq hücumların qurulmasına şərait yaradırdılar. “Zirə” isə 5-li müdafiə sistemindən imtina etmişdi. Rəşad Sadıqov 4-4-3 taktiki sxeminə üstünlük vermişdi. Yalnız Pahtmanın zədəli olması hücumun mərkəzində Volkovun yer almasına səbəb olmuşdu.
İlk 13-14 dəqiqədə “Keşlə” böyük ərazi üstünlüyünə malik idi. Lakin Sənan Qurbanovun komandası bu təzyiqi qola çevirə bilmirdi. Məhz bundan istifadə edən “Zirə” hesabı açdı. Ağabalanın cərimə zərbəsindən ötürməsi zamanı Namaşko səhvə yol verdi ki, Taşkın başla topu Bauka göndərdi. Sonuncu isə boş qapını nişan almaqda çətinlik çəkmədi.
Qoldan sonra ruhdan düşməyən “Keşlə” hücumlarının kəsərini artırdı. 16-cı dəqiqədə sol cinahdan qapı istiqamətində irəliləyən Turalın qarşısını Camalov kobudluqla aldı. Elçin Məsiyev tərəddüd etmədən penalti təyin etdi. Topun arxasın keçən Meza Kollinin zərbəsini Albino dəf etsə də, Nicatın zərbəsinin qarşısını ala bilmədi. Bu sanki “Zirə”də şok effekti yaratdı. “Qartallar”ın oyununda pərakəndəlik hiss olunurdu. Bundan istifadə edən Sənan Qurbanovun komandası ikinci qolu vurdu. Mərkəzdə topu ələ keçirən Abanq Tounkaraya ötürmə etdi. Sonuncu mükəmməl zərbə ilə uzaq “doqquzluğ”u nişan aldı. Bundan sonra komandaların oyunu bərabərləşdi. “Zirə” hücum edir, “Keşlə” müdafiə olunurdu. Bəzi hallarda “qırmızılar” sürətli əks-həmlələr edərək Albinonu daim həyəcan içində saxlamağa çalışırdı. Buna baxmayaraq, ilk hissədə başqa qol vurulmadı.
İkinci yarı başlamamış Rəşad Sadıqov Camalovu Hacılı ilə əvəzlədi. Bu dəyişiklik komandanın hücumlarının kəsərini artırdı. Lakin “qartallar”ın müdafiəsində boşluqlar yaranırdı. Bu səbəbdən də Sadıqov Cəlalı Çantakiasla əvəzlədi. Dəyişiklikdən 6 dəqiqə sonra yunan müdafiəçi Abanqa qarşı etdiyi hərəkətə görə meydandan qovuldu. Amma “Keşlə” say üstünlüyündən yararlana bilmədi. Əvəzində rəqibi əks-hücumda tutan “Zirə” bərabərlik qolunu vurdu. Ağabalanın ideal ara ötürməsini Volkov dəqiq zərbə ilə tamamladı.
Sənan Qurbanov müdaxilə etməyin lazım olduğunu anlayıb, meydana ikinci hücumçunu buraxsa da, artıq gec idi. Düzdü, oyuna sonradan qoşulan Silvio qol vurdu. Lakin hakim oyundankənar vəziyyətə işarə etməklə qolu qeydə almadı. Beləliklə, paytaxt derbisində qalib müəyyənləşmədi - 2:2.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* “ASK Arena”nın tablosu matçın 2-ci dəqiqəsinə kimi işləmədi. Məhz bu andan sonra ekranda olan texniki problem həllini tapdı.
* “Zirə”nin zədəli futbolçuları Ruslan Qurbanovla Tural Bayramlı oyunu izləmək üçün tribunada əyləşmək istəyərkən poblemlə üzləşdi. Arenanın mühafizə xidmətinin əməkdaşlar onları tibbi maskadan istifadə etmədiklərinə görə tribunaya buraxmırdılar. “Qartallar”ın əməkdaşının futbolçuları maska ilə təmin etməsindən sonra problem yoluna qoyuldu.

Reaksiyalar
Rəşad Sadıqov: "Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməliydilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq. Amma istədiyimiz kimi alınmadı. Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, belə ağır səfər matçından xalla ayrıldıq. Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardı. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var. Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm. Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar. Təəssüf ki, Pahtman 2 gün öncə məşqdə zədələnib. Sabah, ya da birisigün onu İstanbula müayinəyə göndərəcəyik. Qəti fikir ondan sonra bilinəcək. Əslində bu gün əsas heyətdə meydana çıxmalıydı. Təəssüf ki, futbolda belə hallar olur. Amma onun zədələnməsini istəməzdim. Gəncdi, böyük ümidlərlə transfer etmişik. Özü də məşqlərdə böyük istək göstərirdi. Ümid edək ki, əməliyyata ehtiyac olmayacaq. Amma burdakı həkimlərin verdiyi ilkin rəy bizim üçün ürəkaçan deyil… Sevimli sistemim 4-3-3 və ya 4-2-3-1-di. Bəzən rəqibə görə dəyişiklik edirik. Hərdən limit də bizi sıxır. Buna baxmayaraq, gənclərin hamısını şans verməyə çalışırıq. Yəni onlar sırf limitə görə oynamırlar. Hamısına güvənirəm. Sadəcə, bütün oyunlar gərgin keçdiyi üçün onları meydana buraxa bilmirik. Oyunlarımızda qəribə qərarlar olur. Baxırsan, rəqib qapıçı topu 10 saniyə əlində saxlayır, cərimə zərbəsi təyin etmirlər. Bizə gələndə isə qayda pozuntusu qeydə alınır. Yaxud da 3 dəqiqəyə 2 penalti və ya sarı vərəqə verirlər. İnanıram ki, bunlar sırf səhvdi. Əsas odu ki, qərəz olmasın. Hakim qərarlarına fikir verməməyə çalışırıq. Bu gün qırmızı vərəqədən sonra futbolçuların özündən çıxmaması, əsəbləşməməsi komandanın hazırlıqlı olmasından xəbər verir. Buna görə çox sevinirəm… Komanda azlıqda qalmasaydı, Musa Qurbanlını meydana buraxacaqdıq. Artıq məşqçilərlə də danışmışdım. Musanı meydana buraxıb, yenidən hücumameyilli oyuna keçmək istəyirdik. Amma Çantakias qırmızı vərəqə aldı. Əslində Musanın oyuna daxil olması hücumların sürətini artırmaq məqsədi daşıyırdı. Bilirsiz ki, özü də sürətli oyunçudu… Cəlal Hüseynovun "Benfika"ya gedə bilməməsi pandemiya ilə bağlıdı. Son anadək gözləyirdilər ki, yumşalma olsa, çağırsınlar. Amma qərara aldıq ki, məsələ ertələnsin. Onunla bağlı böyük planlarım var. Növbəti mövsüm daha çox şans vermək, böyüməsi üçün kömək etmək istəyirəm. Yayda yenidən bu məsələyə qayıdacağıq".
Sənan Qurbanov: "Həftə ərzində futbolçularımıza "Zirə"yə qarşı necə oynayacaqlarını aşılamağa çalışdıq. Mənə elə gəlir ki, ilk yarıda oyunumuz daha yaxşı alındı. Futbolçular həm aqressiv, həm də taktiki cəhətdən düzgün oynadılar. Bu cür kollektivə qarşı oynamaq asan deyil. Futbolçular bunu dərk etdilər. Rəqib 10 nəfərlə qalandan sonra daha da aqressivləşdi və adi səhv qapımıza qolla nəticələndi. Bugünkü istəyi komandada saxlamağa çalışacağıq. Hər şey bu oyunla bitmir. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı. Amma alınmadı. İnanıram ki, bu cür komanda ruhu bizə qələbələr gətirəcək. Futbolçuları öndə basqı etməyə hazırlamağa çalışırıq. Bu, yalnız optimal formamıza çatdıqdan sonra mümkün olacaq… Həm ötən turda "Qəbələ"yə məğlubiyyətə, həm də bugünkü xal itkisinə görə məsuliyyəti üzərimə götürürəm. Çünki baş məşqçi mənəm, futbolçuları meydana mən buraxıram. Nəticəyə görə də mən cavabdehəm".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.