• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” Mahir Emreliylə yeni müqavilə haqda danışmayıb

Aktual

22-02-2021, 09:0

Onun ilk seçimi Şərqi Avropa ölkələrinin klubları olacaq
“Transfer pəncərəsi” bağlansa da, Mahir Emreli ilə bağlı xəbərlər hələ də medianın gündəmindən düşmür. 23 yaşlı forvardın ağdamlıların yeni müqavilə təklifindən imtina etdiyi deyilir. Premyer-liqanın bombardiri klub rəhbərliyinə ölkə xaricində çıxış etmək istədiyini bildirib.
Məsələ ilə bağlı “Qarabağ”a müraciət etdik. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Mahir Emreliye yeni müqavilə təklifi olunub və o bundan imtina edibmi” sualımızı belə cavabladı: “Mövsümün sonunda futbolçunun “Qarabağ”la müqaviləsinin müddəti bitir. Qış “transfer pəncərəsi” müddətində hücumçunun kifayət qədər ciddi təklifləri oldu. Danışıqlardan sonra onun “Qarabağ”da qalmasıyla bağlı razılıq əldə olundu. Mahir Emreli ilə yeni müqavilənin bağlanması məsələsinə mövsümün sonunda yenidən baxılacaq. Onunla klub arasında bu haqda danışıq olub. İndi bu məsələni müzakirə etmək düzgün deyil. Hazırda komanda çempionata köklənib. Mövsümün sonuna kimi bizi bir-birindən çətin oyunlar gözləyir. Futbolçunun klubla müqaviləsinin müddətinin bitəcəyi ərəfədə yeni sazişlə bağlı danışıqlar olacaq. İndiki halda “futbolçu müqaviləni uzatmır, klubda qalmaqdan imtina edib”, - deyə qələmə vermək düzgün deyil. Sadəcə, onunla danışılıb, mövsümün sonunda müqavilənin yenilənməsi ilə bağlı ortaq məxrəcə gəlməyə çalışacağıq”.
Bəs mediada yayılan xəbərlər hardan qaynaqlanır? Doğrudanmı Mahir karyerasını ölkə xaricində davam etdirmək niyyətindədi? Mövsümün sonunda “Qarabağ”la müqaviləni yeniləməsə, klubunu xeyir vermədən tərk edəcək? Cavabsız qalan suallar və sirli məqamlar çoxdu. Məsələni tam aydınlaşdırmaq üçün Mahir Emrelinin meneceri Tural Əsgərovla da əlaqə saxladıq. Agent bir sıra məsələlərə aydınlıq gətirdi: “Əvvəla, fürsətdən istifadə edib, sizin timsalınızda bütün jurnalistlərə müraciət edirəm. Proseslə əlaqəsi olan, danışıqlarda birbaşa iştirak edən tərəflər mətbuata açıqdısa, dedi-qodulara qulaq asmaq, inanmaq düzgün deyil. Mən hamıya rəsmi şəkildə bildirmişəm ki, Mahir Emreli mövsümün sonuna kimi “Qarabağ”da qalacaq. Amma yenə xəbərlər çıxır ki, futbolçu başqa komandaya transfer olunacaq. Mahirin “Qarabağ”la razılaşa bilməməsinə gəlincə, futbolçu bir çox azərbaycanlı gənc oyunçular kimi uzun illərdi Avropada çıxış etmək arzusundadı. Bu vaxta kimi Mahirə kifayət qədər təkliflər olub. Bunlar arasında elələri olub ki, onlarla futbolçunun özü belə maraqlanmayıb. Zaman-zaman da Mahirin bəyəndiyi komanda “Qarabağ”ı razı sala, klubun istəklərini həyata keçirə bilməyib. Daha doğrusu, Ağdam təmsilçisi bir sıra məsələlərdə razılaşmayıb. Biz sonda klubla razılıq əldə etdik ki, Mahir mövsümün sonuna kimi “Qarabağ”da qalır, komandasını yarıyolda qoymur. Burda qalmaqla yanaşı, karyerası ilə bağlı növbəti addımın hansı istiqamətdə olacağını qərarlaşdıracaq. Bu gün Mahirin “Qarabağ”da qalmayacağını demək düzgün deyil. Amma onun klubu ilə yeni sözləşməsi yoxdu, hazırda bu barədə söhbət də getmir. Çünki razılaşmışıq ki, mövsümün axırında bu məsələyə bir də qayıdılsın. Bu gün bu məsələ müzakirə mövzusu deyil. Ancaq mövsümün sonunda bilinəcək ki, Mahir “Qarabağ”da qalır, ya yox? Bəli, Emrelinin meneceri kimi müxtəlif klublarla danışıqlar aparıram. Hamısına deyirəm ki, oyunçum sizin üçün maraqlıdısa, təklifinizi göndərin. Düşünürəm ki, yaya kimi bu məsələdə hansısa yenilik olmayacaq. Çünki indidən növbəti mövsümün planlarını cızan tək-tük klub var. Buna baxmayaraq, Mahiri media 100 dəfə harasa göndərdi. Amma futbolçu hələ də “Qarabağ”dadı. Bəli, yay üçün işlər görürəm. Amma aprelə və maya kimi bu mövzuda ciddi nəsə olmayacaq”.
Tural bəy futbolçu ilə klub arasında yeni müqavilənin detalları barədə danışıqların olmadığını da söylədi: “Yenə deyirəm, bu barədə heç nə danışılmayıb. Mahir mövsümün sonuna kimi “Qarabağ”da qalacaq. Biz etiraf edirik ki, onun ilk seçimi Şərqi Avropa ölkələrinin klubları olacaq. Belə bir təklif olarsa, dəyərləndiriləcək. Amma indi futboldu, Allahın işidi. Hərəmizin qismətinə bir şey yazılıb. Yayda nələrin baş verəcəyini dəqiq biləcəyik”.
Emrelinin meneceri sonda Polşa klubları ilə danışıqlar aparmadıqlarını da dedi: “Bu informasiya əsassızdı. Heç bir anlaşma, təklif yoxdu. Təəssüf, amma məhz belədi. İnformasiya birmənalı şəkildə düzgün deyil”.
İLKİN SULTANLI

Oxunub: 493
Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

30-01-2021, 17:0

Mahirə İsraildən təklif var - ÖZƏL

Aktual

31-05-2021, 08:0

Mahir Emreli ikinci dərəcəli əzələ yırtığından əziyyət çəkir

Aktual

6-02-2021, 16:0

“Qarabağ” Mahir Emrelini satmaqdan imtina edib

Aktual

11-04-2021, 12:0

Mahir Emreli hələ məşqlərə başlamayıb

Aktual / Manşet / Günün xəbəri

22-12-2021, 23:0

Mahir Emreli "Qarabağ"a qayıdır? - Özü açıqladı

Premyer-liqa

19-01-2021, 15:0

Mahir Emrelinin “Zaqlebiye”yə keçidi alınmayıb

Aktual
Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
"Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik" - Çu Çunq-Von
“Səbail” azarkeşləri Tovuz səfərinə gecikdiklərinə görə sevinirlər
Aslan Kərimov: “Qarabağ”ı tərk edirsə, daha yaxşı kluba keçməliydi”
“Zirə” azarkeşləri bunu həmişə edir
Son xəbərlər
  • Bu gün, 17:22
    "Qəbələ"nin azarkeşləri niyə aranı qarışdırıb? - AÇIQLAMA
  • Bu gün, 17:19
    “Neftçi” hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 16:51
    “İrəvan”, “Araz” və “Karvan”a kim qoşulacaq?
  • Bu gün, 16:21
    Koman ardıcıl 11 ildi, çempion olur!
  • Bu gün, 15:51
    Messi Ronaldonun rekordunu ələ keçirdi
  • Bu gün, 15:21
    ''İnter''in qələbəsi Türkiyə çempionunun işinə yaradi
  • Bu gün, 14:51
    Kılıçdaroğlu: ''Qalib gəlsəm, oyunlar TRT-də yayımlanacaq''
  • Bu gün, 14:21
    Ronaldo Ərəbistanda ilk mövsümü titulsuz başa vurdu
  • Bu gün, 13:51
    ''Prezident məni yaxın münasibət üçün transfer etmişdi''
  • Bu gün, 13:21
    “Sumqayıt” sabiq qapıçısını qaytarır
  • Bu gün, 12:51
    "Barselona"dan Fati qərarı
  • Bu gün, 12:21
    Rekord ilə premyer-liqaya
  • Bu gün, 11:55
    Messi Alveşə çatdı
  • Bu gün, 11:21
    "Lans" 24 ildən sonra
  • Bu gün, 10:52
    Neveşə iki müştəri
  • Dünən, 23:53
    Sakanın satış qiyməti bəlli deyil
  • Dünən, 23:42
    Salahın aqibəti necə olacaq?
  • Dünən, 23:31
    “Real”ı tərk edəcək
  • Dünən, 23:20
    Para-atletimiz dünya çempionatına lisenziya qazanıb
  • Dünən, 23:09
    "Səbail" "Şamaxı"nı belə məğlub etdi - VİDEO
  • Dünən, 22:58
    "Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm" - Şahin Diniyev
  • Dünən, 22:47
    Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
  • Dünən, 22:36
    "İstəyərdik ki, çempionatda 12 komanda olsun" - Vüqar Əsgərli
  • Dünən, 22:25
    "Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi
  • Dünən, 22:14
    Ağır atletika üzrə ölkə birincilikləri tarixində yeni rekordlar
  • Dünən, 21:53
    "Bu gün qınanılası bir şey yoxdu" - Samir Abasov
  • Dünən, 21:32
    "Zirə"nin "Sumqayıt" üzərində böyükhesablı qələbəsi - VİDEO
  • Dünən, 21:11
    "Qəbələ" avrokuboklara belə vəsiqə qazandı - VİDEO
  • Dünən, 20:50
    "İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdı" - Elmar Baxşıyev
  • Dünən, 20:29
    "Şamaxı" əsas qapıçısını itirdi - FOTO
  • Dünən, 20:18
    "Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu" - Rəşad Sadıqov
  • Dünən, 19:57
    "Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov
  • Dünən, 19:36
    Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı
  • Dünən, 19:05
    Misli premyer-liqasında 36-cı turun son iki oyununun təyinatları
  • Dünən, 18:54
    “Səbail” – “Şamaxı” oyununun heyətləri
Daha çox
Oxunub: 2 838
Şeydayev nə üçün "Qarabağ"dan ayrılmaq eşqinə düşüb?
Oxunub: 2 366
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 033
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 488
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 968
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 558
“Mən olduğum masada heç bir futbolçu milli ilə bağlı pul söhbəti edə bilməz!”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə