Sizin reklam burada

İspanlar millimizə divan tutdu

Title
Azərbaycan - İspaniya 0:13 (0:6)
Azərbaycan: 1. Aytac Şərifova, 23. Yeliz Açar (5. Ayşən Əhmədova, 77), 18. Alina Dorofeyeva, 13. Nərgiz Hacıyeva, 4. Nigar Mirzəliyeva, 17. Vüsalə Seyfəddinova, 2. Diana Məmmədova, 21. Aysun Əliyeva (k), 14. Nazlıcan Parlak, 7. Vüsalə Hacıyeva (9. Coşqunə Əliyeva, 58), 8. Firəngiz Teymurova.
Ehtiyat oyunçular: 12. Nərgiz Əliyeva, 22. Aytac Feyzullayeva, 3. Lamiyə Əlizadə, 6. Rövşanə Sərdarlı, 10. Kristina Bakarandze, 11. Mislina Gözukara, 15. Kamilla Məmmədova, 16. Alina Nəhmədova, 19. Sona Rəhimova, 20. Roza Quliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.
İspaniya: 1. Mariya Rodriges, 16. Mariya Leon (2. Ona Batl, 58), 20. Andrea Pereyra (3. Laia Alexandri, 77), 5. İvana Andres, 12. Patrisia Qvixarro (22. Maite Oros, 58), 6. Aytana Bonmati, 14. Aleksiya Putellas (21. Nera Eysagirre, 68), 8. Mariona Kaldentey (18. Eva Navarro, 68), 19. Marta Kardona, 10. Cennifer Hermoso (k), 9. Ester Qonsales.
Ehtiyat oyunçular: 13. Sandra Panos, 23. Mariya Lopes, 7. Marta Corredera, 11. Alba Redondo, 15. Leila Ouahabi, 17. Lusiya Qarsiya.
Baş məşqçi: Xorxe Vilda.
Qollar: E.Qonsales, 21; 24; 30; 31; 87. C.Hermoso, 33; 43; 67; 82; 90+3. M.Kaldentey, 57. E.Navarro, 75. N.Eysagirre, 84.
Vərəqələr: V.Seyfəddinova, 56. A.Əliyeva, 60 – sarı.
Hakimlər: MARİYA MAROTTA, Françeska Di Monte, Veronika Vettorel, Valentina Fintsi (hamısı İtaliya).
18 fevral. Bak. ASK Arena.
Qadınlardan ibarət milli komandamız dünən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan yığmamız 7-ci matçında İspaniya ilə münasibətləri aydınlaşdırıb. Siyasət Əsgərovun komandası “ASK Arena”da qrupda ilk xalını qazanmağa köklənsə də, məğlubiyyətsiz irəliləyən lider buna imkan verməyib. İspaniya millisinin baş məşqçisi Xorxe Vildanın oyunöncəsi açıqlamalrından da Bakıya qələbə üçün gəldikləri məlum olur: “Rəqibimiz müdafiə olunmağa öyrəşmiş komandadı və hər oyunda bunu daha çox etməyə çalışır. Əla qapıçıya malik komandadı. Aytac Şərifova artıq ilk oyunda bacarığını nümayiş etdirib. Onlar ultramüdafiə sistemi vasitəsilə qapanırlar. Bizi gözləyən təhlükəni yaxşı bilirik. Ona görə də matça yaxşı başlamaq istəyirik. Elə oynamalıyıq ki, bütün İspaniya bizimlə fəxr etsin. Qrupda rəqabət böyükdü. Azərbaycanla matç bizim üçün finala bərabərdi. Qarşılaşmanın nəticəsi bizi birbaşa final mərhələsinə yüksəldə bilər. Bu bizim arzumuzdu. Təcrübə də göstərir ki, futbolçularım bunun öhdəsindən gələcək və qələbə üçün meydandə ən yaxşısını edəcəklər".
İspaniya yığmasının yarımmüdafiəçisi Aleksiya Putelyas da iddialı fikirlər səsləndirmişdi: "Bu yolda bizə heç nə mane olmamalıdı. Bilirik ki, rəqib meydana güclü müdafiə xətti ilə çıxacaq. Ot örtüyü isə sünidi. Çətin olacaq, amma qalib gəlməliyik. Final mərhələsinə vəsiqə üçün yaxşı imkanımız var".
Qarşılaşmanın start fiti saat 20.00-da səsləndirilib. İtaliyadan olan hakimlər briqadasının iş başında olduğu görüş yığmamızın darmadağını ilə nəticələnib. Rəqib soyuq havada qızınmağın yolunu sıralanan hücumlarda görüb. Ilk yarıda 6 qol vuran ispanlar fasilədən sonra da dayanmayıb. Vildanın komandası daha 7 dəfə fərqlənməklə futbol tariximizə düşəcək ən biabırçı məğlubiyyətlərdən birinə imza atıb.
Qeyd edək ki, bu komandalar arasındakı ilk görüş pireneylilərin 4:0 hesablı qələbəsiyilə başa çatmışdı. Yığmamız qrupda növbəti oyununu fevralın 23-də, yenə “ASK Arena”da Moldovaya qarşı keçirəcək. Həmin gün həmçinin İspaniya – Polşa görüşü baş tutacaq.
1. İspaniya 7 6 1 0 45-1 19
2. Çexiya 8 5 1 2 24-9 16
3. Polşa 7 4 2 1 16-2 14
4. Moldova 7 1 0 6 3-42 3
5. Azərbaycan 7 0 0 7 1-35 0
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.