Türkiyə çempionatının 1-ci liqasında 21-ci turun oyunları keçirilib. Yığmamızın yarımmüdafiəçisi Araz Abdullayevin formasını geydiyi “Boluspor” doğma meydanda “Girəsunspor”a 0:1 uduzub. Araz 65-ci dəqiqədə oyuna qoşulub. Hesabında 19 xal olan “Boluspor” 18 komandanın sıralamasında 15-ci pillədə qərarlaşıb.
Niderlandın 2-ci liqasında 24-cü turun görüşləri reallaşıb. Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” doğma meydanda “Breda”ya uduzub – 1:2. Oyuna start heyətində başlayan millinin yarımmüdafiəçisi 78-ci dəqiqədə əvəzlənib. “Telstar” 20 komanda arasında 33 xalla 9-cu yerdədi.
Legionerlərdən söz düşmüşkən, İspaniya "Albasete"sində çıxış edən Eddi İsrafilovun məhkəmədə bəraət aldığını xəbər vermişdik. Millinin 29 yaşlı yarımmüdafiəçisi son açıqlamasında günahsız olduğu sübuta yetirildikdən sonra futbola daha yaxşı kökləndiyini söyləyib: "Məhkəmədən sonra özümü yaxşı hiss edirəm. Artıq meydana daha sakit çıxır, nə etdiyimi bilirəm. Meydana çıxanda xoş olmayan sözlər eşidir, istəmədiyim hadisələrin şahidi olurdum. Əslində kənardan göründüyü qədər sakit deyildim. Bəraət alandan sonra isə vəziyyət dəyişdi. Burda baş məşqçinin mənə yanaşması, komandanın inamı və qazanılan nəticələr də müsbət rol oynadı. Artıq hər şey çox yaxşıdı".
Qeyd edək ki, 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda suçlanan İsrafilov yanvarın 19-da bəraət alıb. Digər futbolçular isə 2 illiyə həbs olunub.

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Kökçü “Telstar”da debüt etdi
- 27 yan 2021 06:53
Nicat “Samtredia”dan ayrıldı
- 10 dek 2020 01:43
Nazarovun narazılığı nəzərə alınmadı
- 03 dek 2020 12:37
Nazarov qol vursa da, məmnun deyil
- 26 noy 2020 01:46
Araz Abdullayev ilk dəfə 90 dəqiqə oynadı
- 05 noy 2020 04:42
Eddi komandasının ikinci qolunu vurdu
- 29 okt 2020 03:00
Pərdis Almaniyada əsgər salamı verdi
- 22 okt 2020 01:51
Legionerlərdən qol vuran olmadı
- 07 okt 2020 10:15
Rüfət Dadaşov 11-ci qolunu vurdu
- 01 okt 2020 03:55
Legionerlərimiz üçün uğursuz həftəsonu
- 23 sen 2020 10:28
Nazarovun komandası mövqeyini qorudu
- 20 in 2020 11:32
Renat “yatır”, komandası toparlana bilmir
- 12 dek 2019 09:06
Emil Balayev əla başladı, pis bitirdi
- 13 noy 2019 08:18
Emildən növbəti “quru” oyun
- 17 sen 2019 10:49
Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı
- 21 yan 2019 09:50