Artıq bir ilə yaxındı Azərbaycan premyer-liqasının oyunlarına azarkeş buraxılmır. Ümumiyyətlə, ölkədə faktiki bütün idman yarışları təxirə salınıb. İctimaiyyət nümayəndələri, tanınmışlar, deputatlar bu durumdan narazıdı. Millət vəkili Fazil Mustafa Milli Məclisin ötən həftə keçirilən plenar iclasında idman zallarının qapalı olmasına toxunub: “Qapalı idman komplekslərində insanların idmanla məşğul olmasını qadağan ediblər. 1 ildi məkanların hamısı bağlıdı. Niyə bağlıdı? Burda nə yoluxma ola bilər ki?”
Fazil Mustafa ilə yanaşı, millət vəkili, həm də qızğın futbol azarkeşi olan Aqil Abbas da dəfələrlə narazılığını dilə gətirib. Bəs görəsən, azarkeşsizlik nə vaxta qədər davam edəcək? Onsuz da ölkə çempionatının oyunlarını izləmək istəyən azarkeşlərin sayı stadionunun tutumunun 15-20 faizi etmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qərarlarına riayət etməklə azarkeşlər tribunalara buraxıla bilər.
Xəbər verdiyimiz kimi, ölkəmizdə yeni birlik fəaliyyətə başlayıb. Azərbaycan Azad Azarkeşlər Birliyi adlanan qurum fanatlarla bağlı xüsusi təşkilati işlər görməyi planlaşdırırdı. Həmin qurumun ölkəmizdə keçirilən futbol matçlarına azarkeşlərin buraxılmamasına münasibəti necədi? Opertativ Qərargaha bununla bağlı müraciət edib, ya edəcəkmi?
Suallarımızı Azad Azarkeşlər Birliyinin rəhbəri Atanur Cəfərliyə ünvanladıq: “Bu istiqamətdə işlərə başlamışıq. İki gün əvvəl idarə heyətinin üzvləri məsələ ilə bağlı qərar qəbul etdi. Müraciətin yazılmasını, hansı instansiyalara göndəriləcəyini danışıb, müzakirə etmişik. Bizim üçün də çətin durumdu. Ötən həftə premyer-liqada “Qarabağ”la “Neftçi” arasında çox maraqlı oyun keçirildi. Lakin qarşılaşmaya stadiondan baxmaq imkanımız olmadı. Onsuz da ölkə çempionatının oyunlarında stadionun 10 faizi dolur. Pandemiya şəraitində də həmin rəqəmlər əsas götürülsün və azarkeşlər arenalara buraxılsın. Bütün karantin qaydalarına riayət olunsun. Maska taxılsın, sosial məsafə gözlənilsin, stadion ərazisində müxtəlif təmizlik ləvazimatları qoyulsun. Oyunlara giriş biletlə olsun. Girişdə sadaladıqlarımın hamısı yoxlanılsın. Bunların hamısı müraciətimizdə qeyd olunacaq. Yəqin ya sabah, ya da birisigün məktubu Operativ Qərargaha göndərəcəyik. Müraciətin mətnini də Azad Azarkeşlər Birliyinin “feysbuk” səhifəsində paylaşmağı planlaşdırırıq”.
İLKİN SULTANLI
Azad Azarkeşlər Birliyi Operativ Qərargaha müraciət edəcək

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Futzal çempionatıyla bağlı Operativ Qərargaha müraciət edilməyəcək
- 12 fev 2021 01:40
Futzal Federasiyası Operativ Qərargaha müraciət edib
- 11 fev 2021 10:26
Qəzet redaktorları hökumətə müraciət etdi
- 15 dek 2020 02:31
AFFA azarkeşlərə müraciət etdi
- 18 sen 2020 12:23
“Azərbaycanda futbol öldü, qızım”
- 04 iy 2020 09:24
Millət vəkillləri çempionatın bərpasını istəyir
- 20 may 2020 08:17
Brifinqdə yenə futbol unudulmadı
- 20 may 2020 08:09
Futbolla bağlı qadağa bu həftə götürüləcək
- 18 may 2020 10:32
Gənclər Liqasının bərpası nəzərdə tutulur
- 28 apr 2020 12:12
Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü
- 19 iy 2019 10:39
Millət vəkilləri KİVDF-nin qərarına münasibət bildirdi
- 08 fev 2019 04:36
Fazil Mustafa müsəlman ölkələrinin problemlərini incələdi
- 27 in 2018 01:22
Tanınmışlar da uğura biganə qalmadı
- 17 avq 2017 07:47
Millət vəkili də legionerləşmənin əleyhinədi
- 16 avq 2017 03:51