Üçüncü dövrənin başlamasıyla turnir cədvəlinin lideri yenidən dəyişdi. Belə ki, “qış çempionu”, ikinci dövrənin qalibi olan "Neftçi" "Qarabağ"ın ilk dövrədən "Səbal"lə təxirə salınan ev matçında 4:0 hesablı qələbəsindən sonra liderliyi qaytarmışdı. Ancaq Samir Abasovun komandası məhz bu rəqibi onun meydanında 2:1 hesabıyla yenməklə zirvədəki yerinə döndü.
15-ci tur ərəfəsində son pilləni üç komanda bölüşürdü. Bunlar "Səbail", "Keşlə" və "Sabah" idi. Dənizçilər”lə “qırmızı-ağlar” hesabat turunda da uduzdusa, "tələbələr” hesabına 1 xal yaza bildi. Nəticədə Visente Qomesin komandası uzun fasilədən sonra son pillədən yaxasını qurtardı. İndi həmin yerdə "Səbail"dən şəxsi oyunlardakı nəticəyə görə geri qalan "Keşlə" qərarlaşıb. Bu, yeni baş məşqçinin rəhbərliyi altında paytaxt təmsilçisinin cari çempionatda ilk belə uğursuz nəticəsidi. “Keşlə” Sənan Qurbanovun rəhbərliyi altında kubokda mərhələ adlasa da, premyer-liqada debütündə məğlub oldu. Gənc mütəxəssis üçün Qəbələdəki matç yenə uğursuz alındı. O, ilyarım əvvəl "Qəbələ"nin baş məşqçisi qismində "Keşlə"yə 0:4 uduzandan sonra istefa vermişdisə, bu dəfə əks düşərgədə sabiq komandasından məğlubiyyət aldı - 0:2.
“Sumqayıt” ölkə kubokunun ardından çempionatda da “Səbail”i yendi. Ayxan Abbasovun komandası bu qələbə sayəsində 3-cü pillədə qərarlaşan “Zirə” ilə xal fərqini 2-yə endirdi. “Zirə” isə “Sabah”la matçda daha üstün oyun sərgiləməsinə baxmayaraq, sonda qazandığı 1 xala sevinməlidi. Qonaqlar iki dəfə hesabda önə çıxmağı bacardılar. Lakin “qartallar” birinci və ikinci hissnin sonlarında tarazlığı bərpa etdilər.
Üçüncü dövrənin ilk turu vərəqələr baxımından antirekordla yadda qaldı. Belə ki, 6 futbolçu meydandan qovuldu. Hakimlər “Qarabağ” - “Neftçi” oyununda 4, “Sumayıt” – “Səbail” oyununda isə 2 futbolçunu vaxtından əvvəl paltardəyişmə otağına yolladı. Özü də bunlar ilk oyun günündə qeydə alındı. Maraq üçün onu da qeyd edək ki, cari mövsümdə daha çox "qırmızı" 6-cı turda olmuşdu - o da indikindən 2 dəfə az. Maraqlıdı ki, onda qırmızı vərəqə alan "Neftçi"nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane yenə eyni aqibətlə üzləşib - 2 "sarı"ya görə meydanı vaxtından əvvəl tərk edib.
Azərbaycan premyer-liqası
3-cü dövrə, 15-ci tur
13 fevral
Sumqayıt – Səbail 3:0
Qarabağ – Neftçi 1:2
14 fevral
Qəbələ - Keşlə 2:0
Zirə – Sabah 2:2
1. Neftçi 15 9 3 3 20-16 30
2. Qarabağ 15 8 5 2 38-13 29
3. Zirə 15 6 6 3 20-16 24
4. Sumqayıt 15 6 4 5 20-20 22
5. Qəbələ 15 4 6 5 15-22 18
6. Sabah 15 4 2 9 16-21 14
7. Səbail 15 3 4 8 15-26 13
8. Keşlə 15 3 4 8 13-23 13
Növbəti turun oyunları: 19 fevral – Səbail – Sabah, Sumqayıt – Qarabağ; 20 fevral – Keşlə - Zirə, Neftçi – Qəbələ.
Bombardirlər: Mahir Emreli (Qarabağ) – 11, Namiq Ələsgərov (Neftçi) – 10, Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) – 7.
RƏŞAD

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
“Neftçi” 2021-ə lider kimi qədəm qoyur
- 27 dek 2020 01:39
“YAŞAT turu”nda “Neftçi” liderliyə yüksəldi
- 23 dek 2020 04:32
“Sumqayıt” ilk dövrənin qalibidi!
- 29 okt 2020 02:55
Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi
- 05 fev 2020 08:23
Üçüncü dövrənin lideri “Qarabağ”dı
- 19 mar 2019 01:04
Zirvədə ikihakimiyyətlik yarandı
- 17 mar 2019 01:54
“Qəbələ” və “Sabah”ın liderlik mübarizəsi
- 03 mar 2019 01:34
Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı
- 12 fev 2019 05:34
“Neftçi” liderliyi əldən vermədi
- 05 fev 2019 02:33
"Keşlə"nin rəqibi dəyişdi
- 17 yan 2019 10:26
"Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı
- 11 dek 2018 04:18
Olaylar və qollar ilə zəngin nəhs tur
- 05 dek 2018 12:41
“Keşlə” iki yaş qrupunda liderdi
- 01 dek 2018 03:24
Favoritlər sensasiyaya imkan vermədi
- 05 noy 2018 08:52
“Keşlə”də istefa: Milinkoviç 100-ə çatmadı
- 30 okt 2018 06:27