“Açığı, həmin toplanışda futbolçular məşqdən çox yeməyə aludə olmuşdular”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı veteran futbolçu, karyerası ərzində “Neftçi”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” kimi klubların şərəfini qoruyan, İranda legioner həyatı yaşayan, millinin uğurları üçün çalışan Xaqani Məmmədovdu. Hazırda “Qəbələ”də Elmar Baxşıyevin köməkçisi olan Xaqani bəy karyerası ərzində üzləşdiyi maraqlı hadisələrdən bəzilərini yada saldı.
“Üzünü qıza tutaraq, bir neçə dəfə “miss, votə qaz pliz” demişdi ki...”
Bir dəfə yığma ilə səfər oyununa yollanmışdıq. Oyunöncəsi məşqdən sonra komanda şam yeməyinə yollanmalıydı. Gəldik otelin restoranına. Həmin vaxt da ingilis dilini o qədər yaxşı bilmirdik. Daha doğrusu, “salam, sağ ol”dan başqa, demək olar, heç nə bilmirdik. Təsəvvür edin, suya ingiliscə “votə” deyildiyini orda öyrənmişik. Bizə xidmət edən qıza bir neçə dəfə “votə, votə” deyib, su verməsini xahiş edirdik. Bizim masada da məndən başqa Hüseyn Məhəmmədov, İlyam Yadullayev və bir neçə başqa futbolçu əyləşmişdi. Birdən “Qusi” qazlı su içmək istədi. Və üzünü qıza tutaraq bir neçə dəfə “miss, votə qaz pliz” demişdi ki, hər kəs bir-birinin üzünə baxdı. Görəsən, Hüseyn nə demək istəyir. “Qusi” bunu görüb “mənə niyə elə baxırsız? Qızdan qazlı su istəyirəm, burda nə var axı?” dedi. Ani sükutdan sonra komanda üzvləri özündən asılı olmadan onun bu sözlərini dəli gülüşlə qarşıladı. Məhəmmədov öz aləmində “votə qaz” deməklə guya qızı ingiliscə başa salmaq istəyirdi.
“Siz bir az mənsiz oynayın, yorğunluğumu çıxarım, sizə kömək edəcəm”
Sumqayıt “Xəzər”ində oyndığım illər idi. Bizi İrana turnirə apardılar. Səhv etmirəmsə, yay idi və bu üzdən hava isti idi. Oyunun gedişində 0:1 hesabı ilə uduzurduq. Rəhmətlik İlham Qəmbərov var idi, onu daha çox “Torpedo” ləqəbi ilə tanıyırdılar. O, həmin matçı çox zəif keçirirdi. Hava çox isti olduğundan rəhmətlik, demək olar ki, qaçmırdı. Qarşılaşmanın sonlarına təxminən 2-3 dəqiqə qalmış çətinliklə də olsa, hesabı bərabərləşdirə bildik. Təsəvvür edin: nə qədər yorulmuşuqsa, qol sevincini bölüşmək üçün hamımız bir araya gələndə bir-birimizə deyirdik ki, bir az da qucaqlaşaq, bir yerdə qalaq, qoy vaxt getsin, istirahət edək. Elə bu vaxt rəhmətlik qayıtdı ki, “siz bir az mənsiz oynayın, yorğunluğumu çıxarım, sizə kömək edəcəm”. “Hə, yaxşı” deyib onunla razılaşmışdıq ki, birdən uşaqlardan biri “oyunun sonuna 3 dəqiqə qalıb, sən nə vaxt bizə kömək edəcəksən” dedi. Elə bil bizi yuxudan oyatdılar. Məcbur etdik ki, “Torpedo” sona qədər meydanda qaçsın.
“Bunun içini ..., nə qədər yemək olar?”
Kazbek Tuayevin baş məşqçisi olduğu “Neftçi” müstəqillik illərinin əvvəlində ilk dəfə Antalyaya - təlim-məşq toplanışına yollanmışdı. Mən də onda “ağ-qaralar”ın şərəfini qoruyurdum. Çatmışıq Türkiyəyə, oteli görüb çaşmışıq. Hər şey yüksək səviyyədə. Xidmət, otaqlar, başqa gördüklərimiz bizi təəccübləndirib. Yeməyə də söz ola bilməz. “İsveç stolu”nun nə olduğunu ilk dəfə orda görmüşük. Növbənöv o qədər yemək təqdim olunur ki, adam bilmir ki, nədən başlasın, nədə qurtarsın. Masaya “quş südü, ceyran əti”, hər şey düzülüb. Baxırıq gözlərimiz parıldayır. Açığı, həmin toplanışda futbolçular məşqdən çox yeməyə aludə olmuşdular. Hər gün müxtəlif çeşidli, bol yemək səhər-axşam biz gözləyir. Hər dəfə futbolçular yeyib qurtarandan sonra “Allah artıq eləsin” deyib, dururlar. Bir gün elə alındı ki, mən Mehman Yunusovla eyni masada əyləşməl oldum. Mehmanın da necə söyüşkən olduğunu onunla eyni vaxtda oynayanların hamısı bilir. Yeməyimi yeyib ayağa duranda adətim üzrə “Allah artıq eləsin” dedim. Məndən bir neçə saniyə sonra Yunusov ayağa durdu və “bunun içini..., nə qədər yemək olar?” söyləyib, heç nə olmayıbmış kimi otelin restoranın qapısına tərəf getdi. Gənc vaxtlarım olduğundan onun bu sözləri məni şoka salmışdı. Sonradan, Mehmanı yaxından tanıyandan sonra bildim ki, söyüşkən olsa da, çox qəlbitəmiz biridi, söymək, sadəcə, onda vərdişdi.
“Sizə demişdim axı, rəqib qapıçının əlini oxuyub”
İranda legioner həyatı yaşadığım mövsüm idi. Məşqçimiz də rəhmətlik Böyükağa Hacıyevdi. Qapıçımızın bir zəif cəhəti var idi ki, uzaqdan vurulan zərbələri birdəfəyə tuta bilmirdi, yalnız ikinci cəhddə topu götürürdü. Gərgin oyun gedir və qol vurub hesabı açdıq. Hissənin ortalarında hesab arasında fərqi iki topa çatdırdıq. Birinci hissənin sonlarına yaxın rəqib komandanın futbolçusu uzaqdan “çərçivə” istiqamətində o qədər də güclü olmayan zərbə vurdu. Qolkiperimiz onun zərbəsini zərərsizləşdirsə də, komanda yoldaşı geri dönən topu tora qovuşdurdu. Fasilədə Böyükağa müəllim mənimlə Füzulini kənara çəkərək, “rəqib bizim qapıçımızın əlini oxuyub, odu ki, imkan verməyin uzaqdan zərbə vursunlar” söylədi. Bu ifadəni, adətən, kart oynayanlar dediyinə görə məşqçinin sözlərinə Füzuli ilə xeyli güldük. İkinci yarıda ilk korner vuruşunda qapıçımız çıxışda “quşladı”, yenə topu əlindən qaçırdı və qapımızda qol gördük. Rəqib hiss etdi ki, bizim qokiper “quşbazdı”, istənilən məsafədən vurulan zərbəni ən yaxşı halda iki dəfəyə tuta bilir. Odu ki, biri uzaqdan “paraşüt” atır, o biriləri qayıdan topu gözləyir. Oyunun sonuna bir neçə dəqiqə qalmış qolkiperin eyni səhvindən qapımızda 3-cü qolu gördük və 90 dəqiqəni məğlub başa vurduq. Paltardəyişmə otağına yollananda Hacıyev üzünü mənə və qardaşıma tutaraq, “sizə demişdim axı, rəqib qapıçının əlini oxuyub” söylədi. Uduzsaq da, onun bu sözləri yenə bizi istər-istəməz gülməyə vadar etdi.
“Dolu tribunalar qarşısında dayanmadı və lüt-üryan irəli atılıb qapımıza qol vurdu”
Daha bir olay yenə İranda oynadığım dönəmlə bağlıdı. Adını unutduğum şəhərdə matça çıxmalıydıq. Ora çox isti bölgə olmasına baxmayaraq, oyunu günorta saatlarına salıblar. Yalan olmasın, 35-40 dərəcə yandırıcı istidə futbol oynayırıq. İranda olanlar, yəqin ki, bunu hiss ediblər. Matçın gedişində isti kələyimiz kəsib, o qədər yorulmuşuq ki, ayağımızı çəkib gedə bilmirik. İkinci hissənin ortalarında elə oldu ki, rəqib futbolçu bizim hücum zamanı topu ələ keçirib qapımıza doğru qaçmağa başladı. Gördüm buna çatmayacam, əlimi atıb onu saxlamağa çalışanda şortiki əynindən çıxdı. Buna baxmayaraq, həmin futbolçu dolu tribunalar qarşısında dayanmadı və lüt-üryan irəli atılıb qapımıza qol vurdu.
RƏŞAD


Son xəbərlər

"İmişli" qalib gəlir - YENİLƏNİR

Azərbaycan çempionatına yekun vuruldu

Azərbaycanlı vəkil Qətərdə gördüklərindən heyrətə gəlib

Qətərdə 1 bakal pivə neçəyədi?

Rafinya Roy Kinin cavabını verdi

Çempion fərqi artırdı - TURUN ŞƏRHİ

İngiltərə dünya çempionu olsa...

Nazirin nöqteyi-nəzəri

Region Liqasında 3 klub məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir

Addo Qana yığmasından ayrıldı

Oveçkin 1300-ə, Keyn 1200-ə çatdı, “Boston” isə...

Türkiyədə keçirilən turnirdə maraqlı nəticələr qeydə alınır

Yığmanın Avropa çempionatındakı oyunlarının vaxtı bəlli oldu

Prosineçki Azərbaycana qayıdır: Bu dəfə klubda çalışacaq - İDDİA

Roy Kin Braziliyanı tənqid etdi: "Belə olmaz"

Pol Corcun 7 oyunluq hısrəti bitdi

Son 1/4 finalçılar bəlli olur - YENİLƏNİR

Nazir idmançılarla görüşdü

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Bütün xəbərlər