Pandemiyaya görə iki futbolçu U-19-a qoşula bilməyib
Yanvarın 25-dən fevralın 7-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışı oldu. Bu müddət ərzində baş məşqçi Samir Əliyevin sərəncamında 23 fubolçu var idi. U-19 ikihəftəlik toplanış dövründə üç yoxlama oyunu keçirdi. “Qaradağ Lökbatan”ı 3:0 hesabıyla məğlub edən komanda “Neftçi-2”yə uduzdu - 0:1. Samir Əliyevin yetirmələri sonuncu oyunda premyer-liqa təmsilçisi “Sabah”la münasibətləri aydınlaşdırdı ki, qarşılaşma paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitdi.
Toplanışı dəyərləndirməsi üçün dünən Samir Əliyevlə əlaqə saxladıq: “Sərəncamımızda olan futbolçularla toplanış keçdik. Premyer-liqa klublarında çıxış edən 6-7 oyunçu komandaya qoşula bilmədi. Çünki onların komandaları həm çempionatda, həm də kubokda mübarizə aparır. Buna baxmayaraq, toplanış keçə bildik. U-19 liqası keçirilmədiyinə görə bir çox futbolçular hazır deyildi. Əvvəlcə onların fiziki durumunu bərpa etdik. Daha sonra futbolçuları taktiki, praktiki cəhətdən hazırlaşdırdıq. Uzun müddət oyun keçirməmələrinə rəğmən, futbolçulardan razı qaldım. Hər birinin potensialına bələdəm və ağır məşqlərə tab gətirə bildilər. Paytaxtda baş tutan toplanış zamanı 3 yoxlama görüşü planlaşdırmışdıq. Rəqiblərin hər biri divizion təmsilçisi olacaqdı. Daha sonra “Sabah”ın ölkə kubokunda mübarizəni dayandırması bizə imkan verdi ki, onlara qarşı oynayaq. Belə bir təklif etdik və qəbul etdilər. Düzdü, birinci divizion klubları ilə qarşılaşmaq da bizim üçün xeyirlidi. Lakin premyer-liqa komandasının səviyyəsi hər kəsə bəllidi. Belə rəqiblə qarşılaşmaq futbolçularımda özünəinam yaratdı. Onlar bütün rəqiblərlə görüşlərdə istənilən səviyyədə mübarizə apardılar. İlk iki qarşılaşma hazırlıq baxımından bizim üçün yararlı oldu. “Sabah”la görüş isə təcrübə xarakterli idi. Bu da beynəlxalq yarış ərəfəsində bizim üçün əla praktika oldu. Düzdü, arzulayardıq ki, yığma səviyyəli yoldaşlıq oyunları keçirək. Lakin pandemiya bu arzumuzun həyata keçməsinə mane oldu”.
Əliyev Avropa çempionatının seçmə mərhələsindən öncə Bakıda yenidən toplanış olacağını söylədi: “Martın 20-də yola düşəcəyik. Həmin vaxta kimi yenə bir araya gələcəyik. Komandamız seçmə mərhələyə tam hazır olmalıdı. Ümid edirəm ki, həmin vaxt bütün futbolçular sərəncamımda olacaq. Premyer-liqa klublarında çıxış edən oyunçular da bizə qoşulacaq. Düzdü, FIFA-nın tələblərinə uyğun olaraq komandalar oyunçularını düşərgəmizə göndərməyə bilərlər. Lakin ümid edirəm ki, bizdə belə problem yaşanmayacaq. Böyük ehtimalla növbəti toplanışa kimi heyətdə dəyişikliklər olmayacaq. Əslində bu təlim-məşq toplanışı dövründə 2 yeni futbolçu sıralarımıza qoşulacaqdı. Lakin pandemiya səbəbindən onlarla əlaqə saxlaya bilmədik. Ola bilər ki, növbəti toplanışa kimi bu məsələ həll olunsun. Hələ dəqiq heç nə bilinmir. İndidən həmin futbolçuların adını açıqlamaq istəmirəm. Çünki son anda hansısa problem yarana bilər. Razılıq əldə olunacağı təqdirdə toplanışa dəvət alacaqlar. İndi isə əsas hədəfimiz martın 5-dən 20-nə kimi paytaxtda toplanış keçib, seçmə mərhələyə tam hazır olmaqdı”.
İLKİN SULTANLI

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Obradoviçin toplanışı nəyə xidmət edir?
- 19 fev 2020 08:48
U-19 Şimali Makedoniyanı hər iki oyunda yendi
- 29 yan 2020 03:59
Samir Əliyev BƏƏ ilə oyunları dəyərləndirdi
- 28 mar 2019 08:41
Samir Əliyev ərəblərə bata bilmədi
- 27 mar 2019 01:21
U-21 martda 10 günlük toplanış keçəcək
- 14 fev 2019 11:03
“Şahdağ” əvəzedicilərə uduzdu
- 27 yan 2019 01:13
Samir Əliyev ilk qələbəsini qazandı
- 21 yan 2019 09:54
Samir Əliyev U-19-a qarşı
- 13 yan 2019 05:50
Samir Əliyev uqandalı hüçumçuya qovuşdu
- 17 fev 2018 12:08
U-19 toplanışı darmadağınla başa vurdu
- 07 avq 2017 08:31
Samir Abasov yoxlama matçına ehtiyac duymadı
- 07 avq 2017 08:28
Samir Əliyev braziliyalı futbolçunu yoxlayır
- 07 avq 2017 08:27
Samir Əliyev ilk turda “Qarabağ” və ya “Qəbələ” ilə qarşılaşmaq istəyir
- 02 avq 2017 08:39
“Səbail” qələbəyə həsrətdi
- 26 iy 2017 03:30
“Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək
- 17 iy 2017 10:23