“Əksər iştirakçılar testi çox yaxşı və ya yaxşı nəticələrlə veriblər”
Bəzi hakim-inspektorlar “oyundankənar vəziyyət”də qalıb. Belə ki, fevralın 3-də keçirilən imtahanda “kəsilən” 4 nəfər növbət qarşılaşmalara təyinat almayacaqlar. Sınaqdan keçə bilməyənlər sırasında ömrünün böyük hissəsini futbola sərf edən beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, sabiq FİFA referisi Fariz Yusifov, həmçinin Feyzulla Feyzullayev və Munis Abdullayevin olduğu deyilir.
Adı çəkilən şəxslər həqiqətən imtahanda “kəsiliblər? Bu sualımızı AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikə ünvanladıq. Qurum rəsmisi məsələ ilə bağlı qəzetimizə açıqlamasında bunları dedi: “Suallarınızla əlaqədar bildirmək istəyirəm ki, hər həftə hakim-inspektorlar və AFFA nümayəndələri ilə iclaslarımız olur. Ötən həftənin iclasında iştirakçılar yazılı test verməliydilər (oyun qaydalarından). Əksər iştirakçılar testi çox yaxşı və ya yaxşı nəticələrlə veriblər. Daha ətraflı məlumat vermək mümkün deyil. Bu, ümumilikdə mənim informasiya siyasətimə uyğundu. Daxili məsələlər dərc edilmir və mətbuata məlumat verilmir”.
Stuxlik imtahanın olduğunu təsdiqləsə də, “kəsilənlər” və cəzalananlar haqda məlumat vermədi. Məsələ ilə bağlı daha ətraflı informasiya əldə etmək istəsək də, cəhdlərimiz baş tutmadı. Adı siyahıda olan Asim Xudiyevlə əlaqə saxladıq. Təcrübəli hakim-inspektor qəzetimizə açıqlamasında bunları dedi: “Bu cür məlumatlar hardan çıxır, bilmirəm. Bəli, bizdə imtahanlar olur. Lakin nəticələri haqda məlumat verilmir. Bu, komitənin əsas şərtlərindəndi. Cavabları müzakirə etmək, mediada dəyərləndirmək olmaz”.
Məsələ ilə bağlı adları siyahıda yer alan digər şəxslərlə də əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. Görünən budu ki, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin xüsusi nizam-intizam qaydalarına əsasən testlər və onun nəticələri ilə bağlı heç bir şəxs danışa bilməz. Məhz bu səbəbdən də “kəsilənlər” və imtahan cavablarına görə təyinat almayanlar mediaya açıqlama vermək istəmirlər.
Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik bəzi futbol mütəxəssislərini cəzalandırıb. Avstriyalı funksioner əvvəlcə aparıcı mütəxəssis olan Şahin Cəfərovu hakim-inspektorluqdan kənarlaşdırıb. O, bu mövsüm heç bir oyuna göndərilməyib. Cəfərov mediaya açıqlamasında ona qarşı haqsızlıq edildiyini söyləyib. Stuxlik Şahin Cəfərovun özəl səbəblər üzündən hakim-inspektorların müvafiq seminarlarına qatılmadığını, hazırda onun təyinatının mümkünsüz olduğunu qeyd edib. Bunu avstriyalı yerli mətbuata açıqlamasında bildirib.
Sabiq FIFA referisi Fariz Yusifov bu mövsüm premyer-liqanın bir oyununa təyinat alıb. Stuxlikin uzaqlaşdırdığı digər futbol adamı hakim-inspektor Ruhulla Kərimov 3 aydı “oyundankənar vəziyyətdədi”. Kərimov əsas çempionatın bir, birinci divizionun iki matçına inspektor kimi təyinat alıb. Avstriyalı funksioner mətbuata açıqlamasında Kərimovun performansının nəzərə alınaraq, hakim-inspektor kimi təyinat almaması barədə Hakimlər Komitəsinin iclasında qərar verildiyini vurğulayıb.
İLKİN SULTANLI
Stuxlik hər həftə AFFA-da iclas keçirir

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Rəhim Həsənov fitnes-testdən “kəsilib”
- 10 dek 2019 12:33
Gülağa Cabbarov Stuxlikə məktub yazdı
- 24 may 2019 05:14
Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu
- 14 mar 2019 11:04
Stuxlik “Sumqayıt”a da baş çəkdi
- 09 fev 2019 02:18
Vassaras hakimlərimizə seminar keçdi
- 19 dek 2018 01:14
Ömər Paşayev fərdi məşqlər edir
- 29 noy 2018 08:02
Stuxlikin komandası hazırdı, ancaq...
- 25 okt 2018 03:36
Stuxlik Xaqani Məmmədovu “kəsib”?
- 16 okt 2018 06:21
Stuxlik hakimlərdən test götürdü
- 14 okt 2018 04:04
FİFA referisi imtahanda zədələnib
- 02 okt 2018 12:02
Stuxlik futzal referilərindən birini “kəsdi”, ikisinə vaxt verdi!
- 30 sen 2018 05:13
Vassarasın Bakıya gəlməsini Stuxlik istəyib
- 30 sen 2018 05:11
Stuxlik Xaqani Məmmədovun otağında oturur
- 20 sen 2018 10:05
AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir
- 14 sen 2018 10:58
Akif Əliyev 60-ı qeyd etdi
- 26 apr 2018 11:12