Növbəti mövsümdən premyer-liqada çıxış edən komandalarının sayının artırılacağı ilə bağlı söz-söhbət yenə gündəmi zəbt edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da yanvarın 29-da keçirilən onlayn mətbuat konfransında bu məsələyə münasibət bildirmiş, 10 komandalı çempionatın tərəfdarı olduğunu söyləmişdi. Məlum məsələ gündəmə gələn kimi “diviziondan elitaya hansı komandalar yüksələcək” sualı ətrafında müzakirələr yenidən qızışdı. Əsasən üç komandanın adı çəkilir ki, onlardan ən realı “Turan Tovuz”du. Bugünlərdə Tovuzda yeni bazanın açılışı, stadionda aparılan əsaslı təmir işləri ondan xəbər verir ki, AFFA qərb təmsilçisinin premyer-liqaya yüksəlməsi yolunda “yaşıl işıq yandıracaq”. Qalan bir yerə isə iki komanda – “Zaqatala” və “Kəpəz” iddialıdı. Ancaq şimal-qərb təmsilçisinin Müşahidə Şurasının rəhbəri Musa Qurbanov bugünlərdə qəzetimizə verdiyi müsahibədə indiki durumda “Zaqatala”nın elitada çıxış edəcəyinin inandırıcı görünmədiyini bildirib. Musa bəy bunu maliyyə problemləri ilə əlaqələndirib və onu da əlavə edib ki, bölgədə futbola yatırım etmək istəyən iş adamları yoxdu. Onu da əlavə edib ki, yerli icra strukturları da “Zaqatala”nın premyer-liqada çıxış etməsində maraqlı deyil. Bundan da belə qənaətə gəlmək olar ki, aşağı dəstədən güclülərin çıxış etdiyi liqaya yüksələn ikinci komanda “Kəpəz” olacaq.
Gəncə futbolunun “xaç atası” Mehman Allahverdiyev də mediaya verdiyi açıqlamada kluba sponsor tapdığını bildirib. Onun sözlərinə görə, Şahin adlı iş adamı “sarı-göylər” elitaya yüksələcəyi halda kluba sərmayə qoyacaq. Yeni sponsor komandaya baxmaqla yanaşı, stadionu və bazanı təmir etdirməyi də boynuna götürüb. Ancaq iş adamının bir şərti var ki, bütün bunların qarşılığında “Kəpəz”in prezidenti məhz Mehman bəy olsun. Lakin söylənilənlərə inansaq, AFFA rəhbərliyi sponsorun irəli sürdüyü “prezident postu” şərtiylə razılaşmır. Danışıqların necə davam edəcəyini, yəqin ki, yaxın vaxtlarda biləcəyik. İndiki məqamda hamını “Kəpəz”ə sərmayə yatızdırmaq istəyən iş adamının kimliyi maraqlanıdırır. Kimdi Şahin Şıxlinski, harda yaşayır, nə işlə məşğul olur? Əlaqələrimizi işə salıb Mehman bəyi klub prezidenti postunda görmək istəyən iş adamı barədə müəyyən məlumat əldə etdik ki, onu da sizlərlə bölüşmək istəyirik. Şahin Şıxlinski 1966-cı ilin fevralında Qazaxın İkinci Şıxlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirəndən sonra sovet ordusunda xıdmət edib. 1986-cı ildə Rusiyada “Sverdlovskqrajdanstroy” trestində calışıb, Komsomol Komitəsinin katibi vəzifəsinə secilib. 1990-95-ci illər aralığında Ural Dovlət Hüquq Akademiyasında təhsil alıb. 1995-96-da “E” inşaat şirkətində huquq şobəsinin mudiri vəzifəsində çalışıb.1996-99-cu illərdə “Prestij-Servis” İstehsalat Kommersiya Firmasının prezidenti olub. 2004-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Rayon Şurasının sədri, 2004-ün oktyabrında isə konqresin vitse-prezidenti secilib. 2007-ci il martın 10-da Avropa Azərbaycanlıları Konqresinin 2-ci qurultayında vitse-prezident təyin olunub. Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəridi. 2006-cı il martın 13-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Şıxlinski eyni zamanda Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvüdü.
Mənbəmizin sözlərinə görə, Şahin bəyin Gəncədə də bir sıra ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Şəhərdəki “İmperial” və “Qold İmperial” restoranları ona məxsusdu.
RƏŞAD
Diaspor rəhbəri “Kəpəz”ə sponsorluq etmək istəyir

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Mehman Allahverdiyev “Kəpəz”ə sponsor tapıb
- 08 fev 2021 11:53
AFFA “Kəpəz”in üstündən xətt çəkib?
- 19 yan 2021 04:40
PFL divizionun təqvimini açıqladı
- 12 okt 2020 10:43
PFL divizionun mükafatçılarını AFFA-ya yığdı…
- 20 iy 2020 08:30
“Turan”ın futbolçuları premyer-liqanın həsrətini çəkir
- 13 in 2020 10:11
“Zaqatala” və “Kəpəz” “ağ bayraq qaldırdı”
- 05 in 2020 12:44
Premyer-liqada komanda sayının artması realdı?
- 04 may 2020 09:46
Ramin Musayevin açıqlamasına “Zaqatala”dan reaksiya gəldi
- 20 dek 2019 09:43
Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı
- 19 apr 2019 12:58
Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi
- 16 apr 2019 04:13
“Kəpəz”in yeni rəhbərliyi məlum oldu
- 25 yan 2019 01:51
Növbəti mövsüm divizionda yeni komandalar olacaq
- 30 in 2018 12:27
“Kəpəz”in taleyinə rəhbərliyin iclasında aydınlıq gələcək
- 04 in 2018 01:37
Oqtay Abdullayev şübhələndiyi futbolçuların adlarını AFFA-ya təqdim edib
- 22 dek 2017 11:50
AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib
- 28 in 2017 01:16