Nurlanın yerli klublarla danışıqları müsbət yekunlaşmayıb
Koronavirusun Avropada sürətlə yayılması və uzun müddət davam etməsi ölkə xaricində çıxış edən azsaylı azərbaycanlı futbolçuların da karyerasına təsir edib. Həmin futbolçulardan biri də Nurlan Novruzovdu. Estoniyanın “Narva Trans” klubundan ötən ilin noyabrında ayrılan futbolçu həmin vaxtdan klubsuzdu. Nurlanla əlaqə saxlayıb, təkliflər, karyerası və başqa məsələlər barədə danışdıq.
- İlk növbədə “Narva Trans”dan ayrılmağınla bağlı danışaq. Estoniya klubundan ayrılmağına səbəb nə oldu?
- Estoniyaya gedəndən iki ay sonra ölkədə karantin rejimi başladı. Bu üzdən oyunlar da təxirə salındı. Vizamın vaxtı noyabrda bitirdi. Əslində noyabrın əvvəli bitməliydi, amma oyunların təxirə salınmasına görə uzandı. Mən də ölkəni tərk etməliydim. Çempionat dayandırıldı, sona 2-3 oyun qalmışdı, mən də ordan ayrıldım.
- Təkliflər var?
- Estoniyadan təklif var idi, lakin viza problemi yarandı deyə alınmadı. Hazırda gözləyirəm, yenidən Moldovaya da gedə bilərəm, amma açığı, ölkədə qalmağı üstün tuturam. Gözləyirəm, karantin hər yerdə bitsin, sonra rahat gedim.
- Belə başa düşdüm ki, premyer-liqada çıxış etməyi düşünürsən. Burdakı klublardan maraqlanan olub?
- Bakıya gələndə ilk istəyim burda qalıb oynamaq oldu. Yerli klublardan danışıq apardığım da vardı. Ad çəkmək istəmirəm, onsuz da danışıqlar müsbət yekunlaşmadı. Xeyirlisi nədisə, o olsun.
- Bəs nə düşünürsən, planların nədi?
- Düzü, hazırda ölkə xaricindəki klubdan cavab gözləyirəm. Həm də koronavirusla bağlı vəziyyətin düzəlməsini.
- Ölkə xaricindəki karyeranı necə qiymətləndirirsən?
- Yaxşı qiymətləndirirəm. Mənim üçün gözəl təcrübə oldu. Avropa futbolu mənə çox şey öyrətdi.
- Azərbaycan çempionatı haqda nə düşünürsən?
- Oyunları izləyirəm, maraqlı görüşlər olur. Ötən beş mövsümə nisbətən sanki bu il “Qarabağ”ın çempionluğu qazanması o qədər də asan olmayacaq. Həm “Neftçi”, həm də “Zirə” çətinlik yaradacaq. Məncə, Avropa Liqasına vəsiqə uğrunda “Sumqayıt” başqa komandaları üstələməyi bacarar. Kubok oyunları da maraqlı oldu. “Kəpəz”i təbrik etmək lazımdı. Yaşar Vahabzadənin komandası yaxşı futbol göstərdi. Gənc futbolçularla “Sabah”ı mübarizədən kənarlaşdırdılar. “Keşlə”ylə ilk matçda da yaxşı oynadılar, amma yekunda məğlub oldular. “Zirə” kubokda vacib rəqiblərdən olan “Neftçi”ni kənarlaşdırdı. Məncə, kuboku qazanmağa real namizədlərdən biri məhz “Zirə”di.
- Milli komanda barədə düşüncələrin də maraqlıdı. Canni de Byazinin rəhbərlik etdiyi yığma DÇ-2022-nin seçmə mərhələsində nəyə nail ola bilər?
- İlk növbədə milliyə uğurlar arzulayıram. Mətbuatdan oxudum ki, baş məşqçi komanda üçün futbolçu seçmək məqsədilə Türkiyəyə gedib. Təki gələnlər səviyyəli futbolçular olsun. Yeni gələnlər yerlilərdən fərqlənməyəcəksə, gəlməsin, gətirməyin adı yoxdu. Ən vacibi isə onlar yerli gənc futbolçulara nümunə olmalıdılar. Millinin bu tsikldə uğur qazanacağına inanıram.
AYGÜL

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər