Sizin reklam burada

“Əsas məqsədim azərbaycanlı futbolçuların ölkə xaricinə yolunu açmaqdı”

Title
İlqar Qurbanov De Byazi ilə birgə “Ximki” və “Minay”ın oyunlarını izləyəcək
Ötən ilin sonlarında yığmanın skautu vəzifəsinə təyinat alan İlqar Qurbanov hazırda Antalyadadı. Assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 29-da AFFA-nın Konfransından sonra təşkil olunan onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən Qurbanovun Rusiyada top qovan Kamran Əliyevlə danışıq apardığını, ondan başqa bəzi oyunçuları yığmaya cəlb etmək üçün çalışdığını bildirdi. Hazırda durum nə yerdədi? Kamran və adı çəkilməyən futbolçularla danışıqların necə sonuclandığını bilmək üçün yığmanın skautu ilə danışmağa qərar verdik.
- Kamran Əliyevlə danışıqların nəticəsi necə oldu?
- Təxminən 10 gün öncə Cahangir Həsənzadə ilə birlikdə Antalyaya gəlmişik. Kamranın şərəfini qoruduğu “Ximki” hazırda burda təlim-məşq toplanışındadı. Onunla görüşüb söhbətləşdik. Ona Azərbaycan millisində çıxış etməyi təklif etdik. Hələ ki qərarını açıqlamayıb.
- Əliyev sizə hansısa şərtlər irəli sürdü?
- Milli olan yerdə hansı şərtdən söhbət gedə bilər?! Gənc oyunçunun heç bir tələbi yoxdu. Sadəcə, bizdən fikirləşmək üçün vaxt istəyib. Artıq Cahangir Bakıya qayıdıb. Onun əvəzinə yığmanın baş məşqçisi Canni de Byazi Antalyaya gəlib.
- Baş məşqçi ora nə üçün gəlib?
- Məqsəd siyahımızda olan, yığmaya namizəd futbolçuları iş başında izləməkdi. Kamrandan başqa, Ukraynada çıxış edən Aleksandr Nuriyevlə də söhbət etmişik. Bildiyiniz kimi, Nuriyev güclülər dəstəsində çıxış edən “Minay”ın şərəfini qoruyur və onun da Azərbaycanla bağlılığı var. Yaxın günlərdə De Byazi ilə birgə “Ximki” və “Minay”ın yoxlama görüşlərini izləyəcəyik.
- Siyahınızda başqa kimlərin adları var?
(yazını tam halda qəzetin çap variantında oxuya bilərsiz)
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.