FİDE apreldə İddiaçilarin turnirinin ikinci dövrəsini keçirməkdə israrlıdı. Başqa bir variant nəzərdən keçirilmir. Bunu Rusiya mətbuatına açıqlamasında ali şahmat qurumunun prezidenti Arkadi Dvorkoviç deyib: “Həmin müddətə kimi koronavirus epidemiyası ilə bağlı durumun daha da yaxşılaşacağına və yoluxma ehtimalının nəzərəçarpan dərəcədə azalacağına ümid edirik. Vaksinləşmə ilə bağlı qərar şahmatçılara məxsusdu: istəyə də bilərlər, istəməyə də. Bu məsələdə biz tərəfdən məcburiyyət yoxdu. Kimsə bu addımı atsa, bu da riskin azalması anlamına gələcək. Əminəm ki, yarış iştirakçılarının hamısı oynamaq istəyəcək və Rusiyaya gələcək. Ötən ilin payızında çinli qrossmeysterlərlə bağlı problem yaranmışdı. Bundan sonra Çin hökuməti ilə məsələni müzakirə etdik. Onlar bizi əmin etdilər ki, yerli şahmatçıların İddiaçıların turnirinə qatılması üçün bütün mümkün tədbirlər görüləcək”.
Qeyd edək ki, həmyerlimiz Teymur Rəcəbov məhz koronavirus pandemiyasına görə yarışın təxirə salınması xahişi ilə FİDE-yə müraciət etmişdi. Amma ali şahmat qurumu onun istəyini geri çevirdi və əvəzinə fransalı Maksim Vaşye-Laqrava dəvət göndərdi. Bununla belə, turniri başa çatdırmaq mümkün olmadı. FİDE sonradan Rəcəbovun könlünü alaraq, onun növbəti analoji yarışa dəvət olunacağını açıqladı. Onu da əlavə edək ki, hazırkı turnirin qalibi dünya şahmat tacı uğrunda görüşə vəsiqə qazanacaq. Norveçli Maqnus Karlsen noyabr-dekabrda təşkili planlaşdırılan həlledici dueldə rəqibini gözləyir.
FİDE İddiaçılarin turnirini yekunlaşdırmaqda israrlıdı

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
FIDE sentyabra kimi onlayn turnirlərlə kifayətlənəcək
- 03 iy 2020 09:31
FIDE-nin baş direktoru nöqtəni qoydu
- 03 may 2020 12:42
Rəcəbov FİDE ilə razılığa gəlib
- 23 apr 2020 05:49
Elman Rüstəmov Teymura görə FİDE-yə müraciət etdi
- 23 apr 2020 05:47
Vaşye-Laqravın fikrincə, FİDE Rəcəbova güzəşt etməyəcək
- 22 apr 2020 05:27
“FIDE Teymura “wild card” verməlidi”
- 22 apr 2020 05:25
12-ci dünya çempionu Rəcəbovu qınadı
- 14 apr 2020 12:44
Teymur Rəcəbov 100 min dollar ziyana düşüb
- 08 apr 2020 06:12
FIDE Rusiya qanunlarına da məhəl qoymur
- 22 mar 2020 04:22
Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür
- 13 mar 2020 09:15
FİDE rəsmiləri Bakıda bir araya gəldi
- 30 in 2019 11:15
FİDE başqanı Şəmkirə gəldi, Karlseni fərqləndirdi
- 07 apr 2019 02:12
Şəhriyarın məqsədi Karlsenə rəqib olmaqdı
- 25 fev 2018 01:12
Şəhriyar Məmmədyarov şahmat tariximizdə ilkə imza atdı
- 01 dek 2017 03:22
FİDE qadınlar arasında “Qran-pri”ni Bakıda keçirmək istəyir
- 25 okt 2017 01:19