Sizin reklam burada

Teymur bu gün başlayır

Title
Teymur Rəcəbov bu gün start götürəcək “Opera Euro Rapid” turnirində iştirak edəcək. Qrossmeyster 16 iştirakçı arasında yer alıb. “Champions Chess Tour” çərçivəsində baş tutacaq turnirin mükafat fondu 100 min ABŞ dollarıdı. Fevralın 14-dək davam edəcək yarışda Levon Aronyan, Maqnus Karlsen, Dinq Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Aniş Giri, Lenyer Dominges, Yan-Kşiştof Duda, Vidit Qudjrati, Sem Şenklend, Daniil Dubov və Mattias Blyubaum da gücünü sınayacaq. Öncə dairəvi sistemlə mübarizə aparacaq şahmatçılardan 8-i pley-offda qalibi müəyyənləşdirəcək. Birinci yerin sahibi 30 min dollar qazanacaq. Rəcəbov sabah Blubaum, Şenklend, Dominges və Duda ilə qatşılaşacaq. Sentyabra qədər davam edəcək “Champions Chess Tour” ümumilikdə 10 turnirdən ibarətdi. Qeyd edək ki, Rəcəbov seriyanın ikinci - “Airthings Masters” turnirinin finalında Aronyanı məğlub edərək qalib adını qazanıb. O, əvvəlki “Skillinq Open”də də erməni rəqibini üstələyib. Həmin yarışın qalibi isə So olub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.