• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mübariz Orucov Ukraynada Zakir Mahmudovun ayaqqabısında gəzib

Layihə

6-02-2021, 09:0

İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idman şahı”na həsr edən adamlarla söhbətləşir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı hazırda U-17 millisində Miloş Velebitin köməkçisi olan, futbol oynadığı dönəmdə Sumqayıt “Xəzər”i, “Viləş”, “Şəmkir”, “Qarabağ” kimi komandaların şərəfini qorumuş Mübariz Orucovdu.
“Mübariz, ayağını qaldır, ayaqqabının altına baxım”
1999/2000 mövsümü idi. Həmin vaxt “Şəmkir”in heyətində çıxış edirdim. Avrokubok çərçivəsində “Krivbass”la oyuna hazırlaşırdıq. Ukrayna səfərindən 3-4 gün əvvəl komanda üzvlərinə yeni geyim dəsti təqdim olundu. Buna idman paltarları ilə yanaşı, mülki kostyum, köynək, qalstuk və ayaqqabı daxil idi. O vaxt da indiki kimi heç kimin ölçüsünü götürmürdülər. Sadəcə, gözəyarı baxıb sifariş edirdilər. Mənə təqdim olunan geyim dəsti – istər idman, istərsə də mülki – tam ölçümə uyğun idi. Yalnız ayaqqabının ölçüsü düz gəlmirdi. Ayaqqabı ölçüm 41 olsa da, payıma “43” düşmüşdü. Bu da məni narahat edirdi. İstər-istəməz böyük ölçülü ayaqqabını geymək narahatlıq yaradırdı. Zakir Mahmudov da komandada köməkçi-məşqçi idi. Onun da ayaq ölçüsü “41” idi və bəxtindən ona uyğun ayaqqabı verilmişdi. Yalan olmasın, 3-4 gün Mahmudova yalvardım ki, 2-3 günlüyə ayaqqablarımızı dəyişək. Zakir müəllim isə razılıq vermirdi və “hər kəsin öz qisməti var” deyib, ayaqqabını otağında saxlayırdı. Səfərə çıxdığımız gün hamı səhər tezdən yuxudan oyanmışdı. Oteldə də Zakir müəllimin qaldığı otaqla bizim qaldığımız otaq üzbəüz idi. Dəhlizə çıxanda gördüm ki, Mahmudov ayaqqabını qəşəng mazlayıb parıldadıb və corabını da içinə qoyub. Tənbəllik etmədim, onun ayaqqabısı ilə özümkünü dəyişdim və corabları yerinə qoydum. Bu minvalla səfərə yollandıq. Gedib-qayıtmağımız təxminən 4-5 gün çəkdi. Bəzi komanda yoldaşlarım mənim etdiyim dəyişiklikdən xəbərdar idi. Bu üzdən Zakir müəllimə xüsusi diqqət ayırırdıq ki, böyük ayaqqabıda özünü necə hiss edir. Yazığın səfərboyu diqqəti ayağında qalmışdı. Nə vaxt baxırdıq, Mahmudovun gözü aşağıda idi. Kim olsa, eyni vəziyyətə düşərdi. Bir gün öncə ayağına oturan ayaqqabı indi 2 ölçü böyük idi. Elə oldu ki, geri qayıdanda təyyarənin trapında onunla dalqabaq düşdük. Həmin an gözləmədiyim halda Zakir müəllim “Mübariz, ayağını qaldır, ayaqqabının altına baxım” dedi. Artıq iş-işdən keçmişdi, hiss etdim ki, köməkçi-məşqçi sirrin üstünü açmağa yaxındı. Ayağımı qaldırmadan “Zakir müəllim, onsuz da ayaqqabı mənə 3 günlük lazım idi, istəyimə çatdım. Evə çatan kimi ayaqqabını özünə verəcəm” dedim.
“Belədə həm siz yatacaqsız, həm də biz”
Çıxış etdiyim komandanın baş məşqçisinin adını çəkmək istəmirəm. Təsəvvür edin, yay ayı, saat 11 və hava da çox isti. Məşqdən öncə məşqçidən soruşduq ki, bu gün nə olacaq? Qayıtdı ki, bu gün filan məsafələrə qaçacağıq, filan maneələri dəf edəcəyik . Bu sözləri eşitmişdik ki, əhvalımız pozuldu, uşaqların sir-sifəti əyildi. Heç bir futbolçu fiziki yükləməni xoşlamır - dədə-babadan belə olub. Toplu çalışmalar heç kimi narazı salmayıb, elə ki fiziki yükləmələr olurdu, hamı çalışırdı müxtəlif bəhanələrlə məşqdən yayınsın. Həmin gün heç kim yaxşı məşq etmədi. İsti bir tərəfdən, məşqin ağırlığını da əvvəlcədən bildiyimizdən heç nə alınmadı. Bunu görən çalışdırıcı məşqi yarımçıq saxladı. Ertəsi gün yığışanda baş məşqçi meydana girməmiş “dünənki məşq heç xoşuma gəlmədi. Gecə səhərə kimi yata bilməmişəm. Uşaqlar, yaxşı bilirsiz ki, siz məşqdə ürəklə iştirak etməyəndə mən gecə yata bilmirəm” söylədi. Mənim də dilim dinc durmadı və qayıtdım ki, “müəllim, siz də elə məşq verin, həm siz gecə yaxşı yatasız, həm də biz. Dünən verdiyiniz tapşırıqları ürəklə yerinə yetirsəydik, ağrıdan səhərə qədər yata bilməyəcəkdik. Çalışın elə proqram tutun ki, hamımızın ürəyincə olsun. Belədə həm siz yatacaqsız, həm də biz”. Bu sözlərimə həm məşqçi, həm də uşaqlar güldülər.
“Bundan sonra sənə sağ tay lazım olmayacaq”
“Viləş”də oynadığım vaxt idi. Sumqayıtlı futbolçulardan Elbrus Məmmədov, Zahir Əsgərov Masallı klubunun uğurları üçün tər tökürdü. Bakıdan da bir neçə futbolçu var idi. Oteldə qalsaq da, yemək üçün bir qədər kənara gedirdik. Bizim üçün 13-14 yerlik “Ford” ayrılmışdı. Gündə 3 dəfə bizi yeməyə aparıb-gətirirdi. Sürücümüz də Fuad adlı yaxşı oğlan idi. Bir gün şam etməyə gedəndə Fuad maşını yolun kənarında saxladı ki, burda yaxşı təndir çörəyi olur, alım, yeyərsiz. O yolu keçəndə bunu maşın vurdu. Tez düşdük, Fuadı xəstəxanaya çatdırdıq. Həkimlər müdaxilə etdilər, sakitləşdirici iynə vurdular. Yavaş-yavaş özünə gələndə məlum oldu ki, bunu əməliyyata götürməlidilər. Biz də bunun başının üstündə dayanmışıq. Özünə gəlib gözünü açmışdı ki, əlimdən tutub, “Mübariz, mənim ayaqqabılarımı görməmisiz” sualını verdi. Ora-bura baxdıq və ayaqqabısının sol tayını tapdıq. Bunu görcək “bəs sağ tayı hardadı” söylədi. Mən də avtomatik, özümdən asılı olmayaraq, zarafatla “ay Fuad, ayaqqabının sağ tayı nəyinə lazımdı? Onsuz da sağ ayağını kəsəcəklər. Bundan sonra sənə sağ tay lazım olmayacaq” dedim. Yazıq Fuad bu sözü eşidən kimi yenidən özündən getdi. Həkimlər məni qınayaraq, onu özünə gətirmək üçün xeyli əziyyət çəkdilər.
“Nə özün oynadın, nə də mənə imkan verdin “11 nömrə”li formanı geyim”
“Qarabağ”la “Birlik kuboku”na yollanmışdıq. Bəxtiyar Musayev də həmin komanda da idi. Birinci oyuna çıxmalıyıq və hələ paltardəyişmə otağındaydıq. Mənə “11 nömrəli” forma düşüb. Bəxtiyarda isə indi dəqiq xatırlamadığım nömrə idi. Musayev mənə yaxınlaşdı ki, “bəlkə “11”i mənə verəsən, həmişə bu formanı geymişəm”. Qayıtdım ki, “Bəxtiyar, 15 dəqiqədən sonra meydana çıxacağıq, artıq protokol da yazılıb, formalarımızı necə dəyişək”. Cavabında “sən ver, qalanı mənlikdi” söylədi. “Qarabağ”da Şaiq müəllim işləyir, bu məsələlərə də o cavabdehlik daşıyır. Bəxtiyar onunla danışıb, inspektorun olduğu otağa yollandı. Nə dedi, nə demədi bilmirəm, hakimləri, inspektoru prokolda dəyişiklik etməyə razı saldılar. Oyun başladı və 10-cu dəqiqədə Bəxtiyar zədələnərək meydanı xərəkdə tərk etdi. Onu aparanda qayıtdım ki, “nə özün oynadın, nə də mənə imkan verdin “11 nömrə”li formanı geyim”. Həmin oyun Musayev üçün turnirdəki birinci və sonuncu oyun oldu.
“Yesli xoçeş, pokaju”
Gənc vaxtlarımız, Sumqayıtda futbol məktəbində oynadığımız illər idi. Zahir Əsgərov, bu gün “Neftçi”də köməkçi-məşqçi işləyən Seymur Rəhimov, İsmayıl Məmmədov və adını çəkmədiyim tanınmış futbolçularla bir yerdə çıxış edirdik. Bir dəfə Moskvaətrafı şəhərlərin birinə turnirə yollanmışdıq. Səfərə çıxmamış məşqçilərimiz bizə başa salmışdılar ki, hakimlər vərəqə göstərsələr, mübahisə etməyin. Onu da bildirmişdilər ki, ola bilər ədalət təmsilçiləri tərəfkeşlik etsinlər, yerli komandalara simpatiya bəsləsinlər. Siz təmkininizi pozmayın və “sarı” alanda deyin ki, bu hal bir daha təkrarlanmayacaq. Hətta onu da bizə başa salmışdılar ki, hakimlərin bəziləri həvəskardı, ola bilər, heç üstlərində vərəqə olmasın. Onlardan kimsə sizə “qırmızı” verərsə, deyin ki, “göstər, çıxım”. İlk görüşdə hakim Zahirə rus dilində “yesli yeşyo raz tak budet, vıqonyu” (bir daha belə olsa, səni qovacam) söylədi. Əsgərov da rus dilini bilmirdi. Elə başa düşdü ki, hakim ona “səni meydandan qovuram” deyir. Məşqçimizin dedikləri Zahirin yadına düşdü və qayıtdı ki, “pokaji, vıydu” (göstər, çıxım). Rus hakim bir ona baxdı, bir bizə və əlini cibinə ataraq, “yesli xoçeş, pokaju” (istəyirsənsə, göstərim) söyləyib, Zahiri meydandan qovdu.
RƏŞAD

Oxunub: 642
Paylaş:
Digər xəbərlər

Layihə

27-03-2021, 12:0

“Kəpəz”in çalışdırıcısının avtobusda söylədikləri sms ilə radioya göndərilib

Layihə

14-02-2021, 00:0

Xaqani Məmmədov İranda rəqibin şortikini çıxarıb

Layihə / Manşet

25-01-2021, 12:0

YADA DÜŞƏR XATİRƏLƏR - AĞAMUSA BAĞIROV

Layihə

10-05-2021, 05:0

“Xəzər”in oyunçusu Qaxda qar topasında itibmiş

Layihə

24-08-2020, 17:0

Əli Abışov toya getmək üçün Mircavadova “yalan satırmış”

Layihə / Manşet

16-01-2021, 15:0

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:49
    ''Liverpul''da nə baş verir?
  • Dünən, 23:30
    Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ
  • Dünən, 23:15
    Azar ''Real''da 18-ci dəfə zədələndi!
  • Dünən, 22:45
    Paytaxt klubunda istefa
  • Dünən, 22:30
    ''Xərçəng''ə qalib gəldikdən sonra ilk qolunu vurdu
  • Dünən, 22:15
    Messi yenə Ronaldonu qabaqladı
  • Dünən, 22:02
    Mütəxəssislər İlqar Qurbanovun fikirlərinə münasibət bildirdi
  • Dünən, 21:50
    "Neftçi"nin ev qələbəsi - VİDEO
  • Dünən, 21:30
    Laurentsiu Regekampf: "Belə sözləri şərh edə bilmərəm"
  • Dünən, 21:15
    Samir Abasov: "Getdikcə daha güclü olacağıq"
  • Dünən, 20:50
    İspaniya futbolunun çirkli tərəfi - TƏHLİL
  • Dünən, 20:32
    “Zirə” - “Qəbələ matçında sülh, “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:15
    İstanbulda kimin seriyası qırılacaq?
  • Dünən, 19:51
    Məsut Özil karyerasını bitirdi?
  • Dünən, 19:29
    Zirədə bərabərlik - VİDEO
  • Dünən, 19:08
    Azarkeşlər söyüş söydü, polis müdaxilə etdi
  • Dünən, 18:55
    Rəşad Sadıqov: "Artıq şərh etmək üçün adam söz tapmağa çətinlik çəkir"
  • Dünən, 18:30
    Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"
  • Dünən, 18:10
    Verrattinin aqibəti məlum oldu
  • Dünən, 17:50
    Beyl qolf karyerasına başladı!
  • Dünən, 17:30
    Messi rəhbərliklə görüşmək istəmədi
  • Dünən, 17:10
    “Yuventus” daha 20 xal itirə bilər
  • Dünən, 16:51
    Heytinqanın təyinatı rəsmiləşdi
  • Dünən, 16:30
    "Lester"dən 17 milyonluq transfer
  • Dünən, 16:15
    "Neftçi"də daha bir itki
  • Dünən, 15:55
    Tete yenə icarəyə verildi
  • Dünən, 15:30
    Dyenqin yerini Vitinya tutdu
  • Dünən, 15:15
    “Sevilya” Xil və Geye ilə gücləndi
  • Dünən, 14:51
    Eşbi gəldi, Darlou getdi, Karius qaldı
  • Dünən, 14:30
    Klubu dəyişsələr də, Londonda qaldılar
  • Dünən, 14:11
    “Barselona”dan Portuqaliyaya yollandı
  • Dünən, 13:54
    “Tottenhem”dən “Atletiko”ya keçdi
  • Dünən, 13:21
    “Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
  • Dünən, 12:55
    İlk peşəkar klubuna döndü
  • Dünən, 12:30
    55 yaşlı Miura 24 ildən sonra Avropaya qayıtdı
Daha çox
Oxunub: 7 145
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 426
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 1 903
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 867
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 732
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 706
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə