UEFA “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinə baxıb. Qitə futbol qurumunun saytınn məlumatına görə, Azərbaycan çempionunun müraciəti rədd edilib, Nəzarət, Etika və İntizam Komitəsinin noyabrın 25-dəki qərarı təsdiqlənib.
Xatırladaq ki, UEFA Vətən müharibəsi zamanı “feysbuk” səhifəsindəki paylaşımına görə İbrahimovu futboldan ömürlük kənarlaşdırıb, “Qarabağ”ı isə 100 min avro cərimələyib.
Beləliklə, UEFA yenidən sərt üzünü “Qarabağ”a göstərdi. Bəs Ağdam təmsilçisi problemin həlli üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəkmi? Suallarımızı “köhlən atlar”ın vəkili Qayə Qürur Günala ünvanlasaq da, cavabsız qaldı.
“Qarabağ”ın “Qəbələ” ilə dünənki oyunundan sonra Qurban Qurbanova belə bir sual ünvanladıq:
- UEFA Nurlan İbrahimovla bağlı apellyasiya şikayətinizi təmin etmədi. CAS-a müraciət edəcəksiz? 100 min avro yetərincə yüksək məbləğdi. Bu amil sizə təsir edəcəkmi?