• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

YADA DÜŞƏR XATİRƏLƏR - AZAD MUSTAFAYEV

Layihə / Manşet / Günün xəbəri

31-01-2021, 15:0

İstər karyerasını davam etdirən, istərsə də butslarını mıxdan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun müddət “Futbol+”in Qərb bölgəsi üzrə müxbiri olan, hazırda isə “Kəpəz”in mətbuat katibi postunu tutan Azad Mustafayevdi. Onu da qeyd edək ki, qəzetin daimi oxucuları onu daha çox Azad R.R. imzası ilə tanıyıb.

“30-40 dəqiqəyə həmin badəni zorla içib qurtarır”
“Kəpəz” avrokubok çərçivəsində Avstriyaya yollanmışdı. Orda olduğumuz müddətdə komandanın baş məşqçisi Şahin Diniyev doğum gününü qeyd edirdi. Komanda şəklində tort kəsməklə baş məşqçini təbrik etdik. Sonradan bir neçə nəfər qərara gəldik ki, baş məşqçinin doğum günü ilə bağlı bir kafeyə gedək, onun sağlığına badə qaldıraq. Və belə də etdik. Kafedə ofisiantı çağırıb bizə bir şüşə şərab verməsini istədik. Onun getməyi ilə əliboş geri dönməyi bir oldu. Yenidən nə sifariş edəcəyimiz soruşdu. Təkrar eyni sifarişi verib söhbətimizə davam etdik. Heç üstündən 3 dəqiqə keçməmişdi ki, bu dəfə ofisiantla yanaşı, daha bir nəfər bizə yaxınlaşdı. Özünü kafenin inzibatçısı kimi təqdim edən həmin şəxs “bağışlayın, ofisiant sizin sifarişinizi başa düşməyib, xahiş edirəm, mənə deyin” söyləyincə, üç nəfər bir-birimizin üzünə baxıb, bu dəfə inzibatçıya eyni sözü dedik. Bu dəfə inzibatçı yalan olmasın bir dəqiqəyə yaxın üzümüzə baxıb, sanki nəyisə aydınlaşdırmaq istəyirmiş kimi durdu. Ancaq sonradan “okey, okey” deyib getdi. 5 dəqiqədən sonra masaya bir butulka çaxır gəldi. Bunu içib ikincisini sifariş verəndə inzibatçının bizə təəccüblə baxdığını gördük. 40 dəqiqəyə iki butulka şərabı içib kafedən çıxmaq istəyirdik ki, inzibatçı bizə yaxınlaşdı və təəccüblə baxmasının səbəbini izah etdi: “Avstriyada heç kim butulka ilə şərab sifariş etmir. Hamı badə istəyir və 30-40 dəqiqəyə həmin badəni zorla içib qurtarır. Siz isə 40 dəqiqəyə iki butulka içdiz ki, bu da bizim üçün gözlənilməz oldu” söylədi. Yanımdakı dostlardan biri də alman dilində ona qayıtdı ki “bizdə bu sahə üzrə ixtisaslaşmış elə sənətkarlar var ki, təkbaşına 40 dəqiqəyə 4 butulka içər, “uf” da deməz”. Hiss etdim ki, inzibatçı onun dediklərinə inanmır, ancaq işinin xətrinə “yes, yes” deyib, bizə xoş istirahət arzuladı.

“Bizə nəyə görə aşağı qiymət vermisən?”
Rəhmətlik Arzu Mirzəyev “Kəpəz”i çalışdırdığı dönəm idi. İndiki kimi, onda da “Futbol+”də hər oyundan sonra futbolçuların qiymətləndirməsi var idi. Mən də həmişə çalışırdım ki, “Kəpəz”in heyətində meydana çıxan futbolçuların sərgilədiyi oyunu ədalətli mühakimə edib, onların çıxışını qiymətləndirim. Qardaş, hər ev oyunundan sonra “Kəpəz”in futbolçuları ilə dava etməkdən bezmişdim. Hər dəfə bir neçə nəfər üstümə gəlib “bizə nəyə görə aşağı qiymət vermisən” deyir, az qala məni döymək istəyirdilər. Bu hal dəfələrlə təkrarlandı. Özlüyümdə hər dəfə fikirləşirdim ki, nə yaxşı bizim oyunçular mətbuata bu qədər dəyər verirlər, hər oyundan sonra qiymətləndirməyə diqqət yetirirlər. Hətta sevinirdim ki, Avropada olduğu kimi, Gəncə klubunda top qovan futbolçular da gündəlik mətbuatı izləyir, özlərinin imici haqda düşünürlər. Ancaq bir şey mənə qaranlıq qalmışdı ki, onların narazılığı ancaq qiymət barədə olurdu. Başqa vaxt hansısa futbolçunu tənqid etsəm belə, mənə “gözün üstə qaşın var” deyən olmurdu. Sonradan bildim ki, sən demə, Mirzəyev heç oyunu təhlil etmirmiş, kimin necə oynadığına diqqət yetirmirmiş. Sadəcə, mükafatı bölüşdürmək vaxtı çatanda qəzeti açıb mənim verdiyim qiymətə uyğun futbolçulara pul yazırmış. Oyunçular da məhz buna görə qiymət üstündə mənimlə üz-göz olurmuş.

“Siz Azərbaycandan olsaz da, neftiniz o qədərdi ki, ərəb şeyxlərindən geri qalmırsız”
Avropa Liqasında “Kəpəz”lə birinci mərhələnin cavab oyunu çərçivəsində Moldovaya getmişdik. Matçın yekun nəticəsi bizim üçün yaxşı oldu. Tarixində ilk dəfə Gəncə klubu qitəmiqyaslı turnirlərdə mərhələ adladığına görə hamının əhval-ruhiyyəsi yüksək idi. Klub rəhbərliyi məni yanına çağırıb komanda ilə birgə səfərə çıxan jurnalistlərə şəhər gəzintisi təşkil etməyi tapşırdı. Kişinyov Bakı qədər gözəl şəhər olmasa da, hər halda, maraqlı idi. Təsəvvür edin, gecə saat 4-5 olmasına baxmayaraq, biz orda taksi tapa bilmirdik. Yay vaxtı olduğundan əhali səhərə qədər gəzib-əylənir, istirahət edirdi. Jurnalist dostlarla bir restoranda yemək yeyib, istirahət etdikdən sonra şəhərə gəzməyə çıxdıq. Parkların birində gəzirdik ki, ətrafda olan bir qrup xanımın bizimlə tanış olmaq istədiyini hiss etdik. Özünüz də bilirsiz ki, xaricə yollanan əksər azərbaycanlı kişilər belə münasibətlər qurmağa meyillidilər. Nə isə, elə alındı bunlarla söhbətə başladıq, bizim hardan olduğumuzu soruşanda “Azərbaycandan gəlmişik” dedik. Bunu eşitmişdilər ki “şeyxlər bizim qonağımızdı, siz Moldovaya xoş gəlmisiz” deyib, bizimlə daha mehriban danışmağa başladılar. “Deyəsən, siz səhv başa düşdüz. Biz Ərəbistandan yox, Azərbaycandan gəlmişik, özümüz də idman jurnalistləriyik” demişdim ki, aralarından biri “siz Azərbaycandan olsaz da, neftiniz o qədərdi ki, ərəb şeyxlərindən geri qalmırsız” söylədi. Bir də onda ayıldım ki, artıq məsələ söhbət mərhələsini adlayıb, tanışlığımız fərqli məcraya yönəlir. Vəziyyətdən çıxmaq üçün söhbəti yekunlaşdırıb jurnalistləri də götürüb otelə qayıtdım.

“Bu gün onun sonuncu iş günüdü”
“Futbol+”də işlədiyim dönəm idi. Elə vaxt idi ki, qılıncımın dalı da kəsirdi, qabağı da. Qərb bölgəsindən ən eksklüziv xəbərləri yazıb qəzetə göndərirdim. Bir sözlə, çox məhsuldar işlədiyim illər idi. Onda hər adamda mobil telefon olmurdu deyə, məndən narazı qalan, yazılarımdan şikayətçi olanlar birbaşa evimizə gəlib ya mənə, ya da atama etirazını bildirirdi. Dəfələrlə klub funksionerləri, futbolçular, sponsorların yaxın adamları qapımızı döyüb məni az qala “duel”ə çağırırdılar. Sözün açığı, atam artıq bu söz-söhbətdən, “çağırılmamış qonaqlar”ın əlindən bezmişdi. Hər dəfə də mənə deyirdi ki, qəzetdən çıx, özünə başqa iş tap. Demək olar ki, hər gün bizim evdə bu mövzuda söhbət olurdu. Bir gün qərara aldım ki, özüm başqa adla atama zəng edim. Səsimi dəyişərək “salam, ağsaqqal, nə var, nə yox” dedim. Atam da adətə uyğun “sağ olun, yaxşı olasız” cavabını verdi. Qayıtdım ki “ağsaqqal, mən klub rəsmisiyəm. Sizin oğlunuz bizdən nə istəyir? Nə qədər bizdən yazmaq olar, nə qədər bizi tənqid etmək olar” deyib, sakit durdum. Atam dəstəyin o başında söylədiklərimi səbrlə dinləyib ani pauzadan sonra əsəbi şəkildə “qardaş, narahat olmayın. Bu gün onun sonuncu iş günüdü. O sabahdan “Futbol+”də işləməyəcək” söyləyib dəstəyi asdı. Həmin gün evə gec qayıtdığımdan məni görə bilmədi. Ertəsi qabaqdangəlmişlik edərək “sənə zəng vuran mən idim. Sənin nə cavab verəcəyini öyrənmək istəyirdim” söylədim. Bunu demişdim ki, üzümə tərs-tərs baxıb “bizi hamı ilə düşmən etməsən, işindən əl çəkməyəcəksən” deyib, yan otağa keçdi. Elə tərs baxışdansa, sillə vursaydı, yaxşı olardı.

“100 metrəni də 9 saniyəyə qaçaram”
Bizim Gəncə futbolunun çox sevilən Zahid dayısı var. Çoxları onu “arxiv Zahid” kimi tanıyır. 68 yaşlı qocaman azarkeş ən xoş sözlərə layiqdi. “Kəpəz” üçün lazım olacağı təqdirdə ürəyini verə biləcək insandı. Yaxşı sənətkar olduğundan bəzən bazaya gəlib, lazımi yardımı da edir. Yay günü idi. Mehman Allahverdiyev, mən və bir neçə nəfər bazanın qabağında oturub söhbət edirik. Zahid dayı da orda idi. Söhbət əsnasında Mehman müəllim sovet dönəmindəki futbolçularla indikiləri müqayisə etdi və bildirdi ki, onda oyunçular daha sürətli, daha cəld, çevik idilər. Zahid dayının da 68 yaşı olmasına baxmayaraq, maşallah, canı suludu. Turnikdə dartınır, ağaca dırmaşır, yəni fəal həyat sürür. Allahverdiyevin sözünə qarşılıq olaraq Zahid dayı üzünü ona tutaraq, “mən sizin futbolçulardan daha sürətliyəm” söylədi. Bu azmış kimi, “100 metrəni də 9 saniyəyə qaçaram” dedi. Artıq mən özümü saxlaya bilməyərək “ay dayı, Useyn Bolt heç bunu bacarmır” söylədim. Dayının tərs damarı tutdu və “mən qaçıram” bildirdi. Mehman müəllim də belə mübahisələri çox sevir. Zahid kişi ilə yeyib-içməkdən mərcə girdi. Artıq hamını maraq götürmüşdü. 100 metrəni ölçdük və dayı startda dayandı. İşarə ilə “arxiv Zahid” qaçmağa başladı. Təbii ki, dediyi vaxtda yox, heç yarım dəqiqəyə finişə çatmadı. Bu azmış kimi, şalvarı da ortadan söküldü.

“Gör nə günə qalmışıq, jurnalist stadiona maşınla girir, məni özümkü içəri buraxmır”
“Futbol+”də işlədiyim vaxt idi. Tovuzda “Turan” Bakı komandalarının biri ilə qarşılaşırdı. Mən həmişə Tovuza avtobusla gedirdim. Bu görüşə yollanan gün dostlardan biri məni öz maşını ilə aparacağını bildirdi. Onun avtomobili də ili köhnə sovet istehsalı idi. Tovuz şəhər stadionunun girişində bizim qabağımızda bahalı bir “inomarka” dayanıb mühafizəçi ilə mübahisə edirdi. Yalan olmasın, 10 dəqiqəyə qədər onları gözləməli olduq və sonda həmin maşın geri qayıtdı. Bizim maşın mühafizə postuna yaxınlaşanda “Futbol+”in vəsiqəsini təqdim etdim və mühafizəçi “Azad müəllim, xoş gəlmisiz” deyib, “şlaqbaum”u qaldırdı. Maşını içəri verib düşmüşdüm ki, bir nəfər mülkü geyimdə mənə yaxınlaşıb “qardaş, siz hardan gəlmisiz” sualını verdi. Onda azarkeşlər, kluba yaxın olan insanlar qəzetdə gedən tənqidi materiallara çox həssas yanaşırdılar. Açığı, bir dəqər çəkindim ki, birdən “hansısa yazıma görə məni axtaranlardan biri olar”, - deyə düşündüm. Odu ki, bir neçə addım geri çəkilib “nəyə görə soruşuruz” sualını verdim. Qardaş “sadəcə, mənə maraqlıdı, siz hansı orqandan gəlmisiz? Özüm polis işçisiyəm. Məni də bura göndəriblər. Sənədimi göstərdim, mühafizəçi “icazə olmaz” deyib, maşınımı içəri buraxmadı. Nə rütbəmi, nə də işimi nəzərə aldı. Siz isə köhnə maşında gəlib nəsə vəsiqə göstərib içəri girdiz. Ona görə mənə maraqlı gəldi ki, siz hansı idarəni təmsil edirsiz” söylədi. Başa düşdüm ki, məndən narazı olanlardan deyil, ürəklə “mən jurnalistəm, “Futbol+”in bölgə müxbiriyəm” vurğuladım. Bunu eşidən “uqalovnik” əlini-əlinə vurub, mühafiizəçiyə tərs-tərs baxıb, “gör nə günə qalmışıq, jurnalist stadiona maşınla girir, məni özümkü içəri buraxmır” deyib, hisrli-hirsli tribunya tərəf getdi.

RƏŞAD

Oxunub: 781
Paylaş:
Digər xəbərlər

Layihə

27-03-2021, 12:0

“Kəpəz”in çalışdırıcısının avtobusda söylədikləri sms ilə radioya göndərilib

Layihə / Manşet

16-01-2021, 15:0

YADA DÜŞƏR XATİRƏLƏR - CEYHUN ƏLİYEV

Layihə

17-11-2020, 14:0

PFL-in sabiq rəsmisi Parisdən ac qayıdıb

Layihə

14-02-2021, 00:0

Xaqani Məmmədov İranda rəqibin şortikini çıxarıb

Layihə / Manşet

25-01-2021, 12:0

YADA DÜŞƏR XATİRƏLƏR - AĞAMUSA BAĞIROV

Layihə

31-08-2020, 09:0

Erməni Moskvada bizimkilərə minnətçi düşüb - LAYİHƏ

Aktual
Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
"Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik" - Çu Çunq-Von
“Səbail” azarkeşləri Tovuz səfərinə gecikdiklərinə görə sevinirlər
Aslan Kərimov: “Qarabağ”ı tərk edirsə, daha yaxşı kluba keçməliydi”
“Zirə” azarkeşləri bunu həmişə edir
Son xəbərlər
  • Bu gün, 16:21
    Koman ardıcıl 11 ildi, çempion olur!
  • Bu gün, 15:51
    Messi Ronaldonun rekordunu ələ keçirdi
  • Bu gün, 15:21
    ''İnter''in qələbəsi Türkiyə çempionunun işinə yaradi
  • Bu gün, 14:51
    Kılıçdaroğlu: ''Qalib gəlsəm, oyunlar TRT-də yayımlanacaq''
  • Bu gün, 14:21
    Ronaldo Ərəbistanda ilk mövsümü titulsuz başa vurdu
  • Bu gün, 13:51
    ''Prezident məni yaxın münasibət üçün transfer etmişdi''
  • Bu gün, 13:21
    “Sumqayıt” sabiq qapıçısını qaytarır
  • Bu gün, 12:51
    "Barselona"dan Fati qərarı
  • Bu gün, 12:21
    Rekord ilə premyer-liqaya
  • Bu gün, 11:55
    Messi Alveşə çatdı
  • Bu gün, 11:21
    "Lans" 24 ildən sonra
  • Bu gün, 10:52
    Neveşə iki müştəri
  • Bu gün, 10:06
    “Neftçi” “Sabah”a, “Qarabağ” “Turan Tovuz”a qarşı - YENİLƏNİR
  • Dünən, 23:53
    Sakanın satış qiyməti bəlli deyil
  • Dünən, 23:42
    Salahın aqibəti necə olacaq?
  • Dünən, 23:31
    “Real”ı tərk edəcək
  • Dünən, 23:20
    Para-atletimiz dünya çempionatına lisenziya qazanıb
  • Dünən, 23:09
    "Səbail" "Şamaxı"nı belə məğlub etdi - VİDEO
  • Dünən, 22:58
    "Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm" - Şahin Diniyev
  • Dünən, 22:47
    Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
  • Dünən, 22:36
    "İstəyərdik ki, çempionatda 12 komanda olsun" - Vüqar Əsgərli
  • Dünən, 22:25
    "Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi
  • Dünən, 22:14
    Ağır atletika üzrə ölkə birincilikləri tarixində yeni rekordlar
  • Dünən, 21:53
    "Bu gün qınanılası bir şey yoxdu" - Samir Abasov
  • Dünən, 21:32
    "Zirə"nin "Sumqayıt" üzərində böyükhesablı qələbəsi - VİDEO
  • Dünən, 21:11
    "Qəbələ" avrokuboklara belə vəsiqə qazandı - VİDEO
  • Dünən, 20:50
    "İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdı" - Elmar Baxşıyev
  • Dünən, 20:29
    "Şamaxı" əsas qapıçısını itirdi - FOTO
  • Dünən, 20:18
    "Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu" - Rəşad Sadıqov
  • Dünən, 19:57
    "Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov
  • Dünən, 19:36
    Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı
  • Dünən, 19:05
    Misli premyer-liqasında 36-cı turun son iki oyununun təyinatları
  • Dünən, 18:54
    “Səbail” – “Şamaxı” oyununun heyətləri
  • Dünən, 18:33
    Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
  • Dünən, 18:02
    "Səbail" - "Şamaxı" oyununun hakimi kimin üçün düşərlidi? - STATİSTİKA
Daha çox
Oxunub: 2 835
Şeydayev nə üçün "Qarabağ"dan ayrılmaq eşqinə düşüb?
Oxunub: 2 323
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 022
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 480
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 965
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 552
“Mən olduğum masada heç bir futbolçu milli ilə bağlı pul söhbəti edə bilməz!”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə