"Səbail"dən yeni transfer

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol+ xəbər verir ki, "dənizçilər" Milovan Petroviçlə münasibətləri rəsmiləşdirib.
Şimali Makedoniya millisinin üzvü keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
"Burada olmağıma şadam. "Səbail" əla təşkilatlanmış klubdur. Komandanın uğurları üçün bütün bacarığımı ortaya qoyacam"