Sizin reklam burada

“Qarabağ” zirvəni “Neftçi”dən aldı

Title

20 Qarabağ (Ağdam) - Səbail 4:0 (2:0)

1. Şahruddin Məhəmmədəliyev - 5,5
30. Abbas Hüseynov - 5,5
55. Bədavi Hüseynov - 5,5
4. Rahil Məmmədov - 5,5
5. Maksim Medvedev (k) - 5,5
2. Qara Qarayev - 5,5
6. Patrik Andrade - 5,5
(8. Uroş Matiç, 86) - qiymətsiz
7. Kvabena Ovusu - 6,0
(9. Xayme Romero, 75) - 5,0
27. Toral Bayramov - 5,0
(18. İsmayıl İbrahimli, 63) - 5,0
10. Abdulla Zubir - 5,5
11. Mahir Emreli - 6,5
Ehtiyat oyunçular
12. Emil Balayev
94. Ayhan Arazlı
66. Cavid Bayramov
21. Rauf Hüseynli
99. Hüseyn Hüseynzadə
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Emreli

96. Nikolas Hagen - 4,5
3. Turan Manafov - 4,5
55. Adil Nağıyev - 4,5
16. Peyman Keşavarzi - 4,5
34. Urfan Abbasov - 4,5
14. Rahid Əmirquliyev (k) - 4,0
(5. Vüqar Bəybalayev, 71) - 4,0
77. Ədilxan Qarəhmədov - 5,5
22. Əfran İsmayılov - 5,0
(19. Luka İmnadze, 79) - qiymətsiz
9. Florian Kadriu - 5,0
(20. Ruslan Hacıyev, 79) - qiymətsiz
27. Hendrik Ekşteyn - 5,0
11. Rauf Əliyev - 4,5
Ehtiyat oyunçular
1. Kamran Ağayev
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
17. Elçin Rəhimli
7. Mirsahib Abbasov
28. Məqsəd İsayev
29. Amil Yunanov
99. Bahadur Həziyev
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ədilxan Qarəhmədov

Qollar: K.Ovusu, 18 (1:0). M.Emreli, 25 (2:0, M.Medvedev). P.Andrade, 85 (3:0). M.Emreli, 90+2 (4:0, Q.Qarayev).
Vərəqə: A.Nağıyev, 80 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇIN MƏSİYEV, Elşad Abdullayev, Kamran Bayramov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
28 yanvar. Bakı. Azərsun Arena. Tamaşaçısız.
Yalniz ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.

Premyer-liqanın 5-ci turundan təxirə salınan “Qarabağ” - “Səbail” matçı sakit məcrada başladı. Gözlənildiyi kimi, ağdamlılar ilk dəqiqələrdən oyuna nəzarəti ələ keçirdi. “Köhlən atlar”dan Zubir, Ovusu və Mahir rəqibi daim təhlüklə altında saxlayırdı. 18-ci dəqiqədə qanalı vinger istəyinə çatdı. Yarımmüdafiəçi fərdi bacarığı sayəsində “Səbail”in müdafiəçilərini aldadaraq topu qapıdan keçirdi. Hesab açılandan 7 dəqiqə sonra “Qarabağ” 2-ci qolu vurdu. Maksimin ötürməsindən sonra Emreli fərqləndi. Ağdamlılar sonrakı dəqiqələrdə fərqi artırmağa yaxın olsa da, Hagen etibarlı oyunu ilə diqqəti çəkdi.
Fasilədən sonra “Səbail” iki dəfə fərqlənməyə yaxın oldu. Əvvəlcə Əfran, sonra Ekşteyn əlverişli vəziyyətdən yararlana bilmədi. “Qarabağ” da fərqi artırmağa cəhd edirdi. Qurban Qurbanovun yetirmələri topu özündə daha çox saxlayaraq rəqibin müdafiəsində boşluqlar axtarmağa, “Səbail”i əks-hücumlarda yaxalamağa çalışırdı. “Köhlən atlar” istəyinə 85-ci dəqiqə çatdı. Emreli əks-hücum zamanı Hagenlə üzbəüz qalsa da, topu onun üstünə vurdu. Qayıdan topa özünü çatdıran Andrade “Səbail”i üçüncü dəfə cəzalandırdı. Bu qol da oyunda sonuncu olmalıdı. Hakimin əlavə etdiyi 2-ci dəqiqədə Qara sağ cinahdan Mahirə ideal ötürmə verdi. O isə möhtəşəm daban zərbəsi ilə dubla imza atdı. Beləliklə, oyun 4:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatdı. Ağdamlılar bu nəticə ilə yenidən zirvəni “Neftçi”dən aldı.

İLKİN SULTANLI

1. Qarabağ 14 8 5 1 37-11 29
2. Neftçi 14 8 3 3 18-15 27
3. Zirə 14 6 5 3 18-14 23
4. Sumqayıt 14 5 4 5 17-20 19
5. Qəbələ 14 3 6 5 13-22 15
6. Səbail 14 3 4 7 15-23 13
7. Keşlə 14 3 4 7 13-21 13
8. Sabah 14 4 1 9 14-19 13
Bombardirlər: Mahir Emreli (Qarabağ) – 10, Namiq Ələsgərov (Neftçi) – 8, Filip Ozobiç (Qarabağ) – 7, Əli Qurbani (Sumqayıt), Kvabena Ovusu (Qarabağ) - 6.
***
Gözdən qaçmadı
* 43-cü dəqiqədə Florian Kadriunun sağ cinahdan cərimə meydançasına ötürməsini Bədavi Hüseynov qarşılaya bilmədi. Şahruddin Məhəmmədəliyev cəld tərpənərək topu götürdü. Bu epizodda Qurban Qurbanov Bədavinin topla belə davranmasına olduqca təəccübləndi.
* 63-cü dəqiqədə Qara Qarayev mövqe səhvinə yol verdi. Bu səbəbdən də Abbas Hüseynov topu özündə çox saxladı. Həmin an “Səbail”in futbolçuları pressinq tətbiq etdilər. Bu zaman Abbas topu auta göndərdi. Qurban Qurbanov müdafiəçini dərhal yanına səsləyib, cəld oynamalı olduğunu bildirdi.
***

Aftandil Hacıyev Kamrana şans verəcək
Qurban Qurbanov: “İş orasındadı ki, ancaq Geryenin belə problemləri olur”

Oyunsonrası mətbuat konfransında əvvəlcə qonaqların baş məşqçisi Aftandil Hacıyev iştirak etdi. O, qarşılaşmanı belə şərh etdi:
“Ağır qrafikə giririk. Futbolçular üçün çətindi. Meydan amili də var. Hər dəfə meydanı dəyişəndə futbolçuların köhnə problemləri baş qaldırır. Bizim üçün bir qədər çətindi. Rəqib çempionatın ən yaxşı komandalarındandı. Erkən qollar oyunla bağlı planlarımızı alt-üst etdi. Fasilədən sonra oyunu dəyişmək imkanımız var idi. Qol vəziyyətləri yaratdıq. Bir top vursaydıq, bəlkə də 1 xal qazana bilərdik. Belə məğlubiyyəti gözləmirdik. Müdafiədə istədiklərimi görə bilmirəm. Yalnız iki mərkəz müdafiəçisi ilə davam edirik. Ona görə bizim üçün çətindi. 3-4-cü qollar fərdi səhvlərdən vuruldu. Böyükhesablı məğlubiyyətin səbəbi son dəqiqələrdəki diqqətsizlik oldu. “Qarabağ”ı təbrik edirəm. Növbəti matçlara hazırlaşacağıq. Qarşıda bizi ağır oyunlar gözləyir.

- Komandada heyət yetərsizliyi müşahidə olunur. Qarşıdakı günlərdə transfer gözlənilirmi?
- Gözlənilir. Orta xətt oyunçusu ilə danışıqlarımız yekunlaşmaq üzrədi. Makedoniyalı oyunçudu. Ad açıqlamaq istərdim. Amma sənədləşmə məsələləri çətindi. Ona görə öncədən deyə bilmirəm. Düşünürəm ki, növbəti matça kimi heyətə bir futbolçu qatacağıq. Müdafiənin mərkəzinə oyunçu axtarırıq. Amma istədiyimizi tapa bilmirik. Bəlkə də mövsümün sonuna kimi belə davam edəcəyik.

- Meydan amilini qeyd etdiz. Hər dəfə suni örtükdən təbii örtüyə keçəndə problem yaşayırsız. Buna bir çarə tapmaq mümkündü?
- Bu problem var, əvvəl də olub. İnanıram ki, gələcəkdə bütün meydanlar təbii örtüklü olar. Bu problem var ki, qeyd edirəm. Futbolçular üçün çətindi. Bilmirəm nə fikirləşim ki, futbolçuları 4 gündən bir sağlam şəkildə meydana çıxarım.

- Nikolas Hagenin oyununu necə dəyərləndirirsiz? Kamran Ağayevə şans verməyiniz gözlənilirmi?
- Tək Hagen yox, başqa futbolçular da səhvlər etdi. Qapıçı mövqeyi daha çətindi. Düşünmürəm ki, kobud səhvlərə yol verdi. Yaxın zamanlarda Kamranı meydanda görə bilərik. Bu mövqedə rəqabət var. Hər ikisinə şans verəcəyik.

- Qarşıda “Sumqayıt”la ardıcıl 3 oyununuz var. Düşünmürsüz ki, Avropa Liqası hədəfi üçün həlledici mərhələdi?
- Çempionatın sonuna kimi cəhd edəcəyik. Ancaq bilmirəm, bu məsələ qarşıdakı kubok oyunlarında həll olunacaq, ya yox. Mübarizədən qopmamağa çalışacağıq. Turnir cədvəlində sıxlıqdı.

Daha sonra media mənsublarının önünə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çıxdı. O, əvvəlcə matçı dəyərləndirdi:

“Vacib qələbə idi. Futbolçularda bir qədər həyəcan görünə bilər. Bu rəqblə ilk oyunda heç-heçə olmuşdu. Qələbə bizi 1-ci yerə yüksəldəcəkdi. “Səbail” çox ciddi müqavimət göstərdi. “Neftçi” ilə matçda da rəqibə qarşı layiqli futbol oynamışdılar. Ona görə bəzi epizodlarda çətinliklərimiz oldu. Ümumən komanda qələbə üçün lazım olan hər şeyi etdi. Komandanı təbrik edirəm".

- Ozobiçin durumu nə yerdədi?
- Müalicəsi davam edir. Ayın 5-nə kimi komandaya qoşulmayacaq. Ondan sonra ümumi məşqlərə başlayacağı güman olunur. Ola bilər bir neçə gün də sonraya çəkilsin. Həkimlərin qərarına baxacağıq.

- Geryenin əvəzedici heyətə göndərilməsi hansı müddətə nəzərdə tutulub?
- Hələ tam qəti qərar verməmişəm. Düzünü deyim ki, belə məqamlarda çox sərtəm. Hər bir futbolçunun intizamsızlığının çox müzakirə olunmasını istəmərəm. Amma bunsuz da mümkün deyil. Özünü idarə etməsinə, necə göstərməsinə, cəzaya necə yanaşmasına görə qərar verəcəyik. Yaxın günlərdə əsas komandaya qayıdışı gözlənilmir. Ona ehtiyacımız var. Bu gün Maksimi sol cinahda oynadırdıq, ehtiyatda müdafiəçimiz yox idi. Buna baxmayaraq, belə addım atdım. Dəfələrlə demişəm ki, futbolçu həddən artıq ciddi və məsuliyyətli olmalıdı. Gerye ümumən pis oğlan deyil, amma belə mənfi cəhətləri var və bu onun karyerasına mənfi təsir edir, indiyə qədər də edib. Yaxın zamanda qəti qərar verəcəyik.

- Gerye mətbuata açıqlamasında ABŞ-da başverənlər barədə klubu məlumatlandırdığını, bura gələndən sonra sizinlə danışmadığını və 20 min dollar cərimələndiyini, qərarı ədalətsiz saydığını deyib...
- Qərarın ədalətsizliyinə kimi dediyi bütün şeylər doğrudu. Bəlkə də ən doğru danışdığı məsələlərdi. Klubdan daim onunla maraqlanıblar, məlumat verməməsi mümkün də deyildi. Özünə nə iləsə bəraət qazandırmalıydı. İş orasındadı ki, ancaq Geryenin belə problemləri olur. Bəzən olub ki, hansısa məqamlara göz yummuşam. Müəyyən bir yer var ki, ora qədər güzəşt etmək olar. Amma çempionat başlayıb, o hələ gəlməyib. Bu, kluba hörmətsizlikdi. Bəzi insanlar əllərinə fürsət düşəndə istifadə etməyə çalışırlar. 3-5 gün olar, amma 10-15 gün gecikmək qəbuledilməzdi. Bu ədalətsiz qərar deyil. İntizam kodeksində yazılıb ki, hansı hərəkətə görə nə qədər cərimə edilməlidi. Təəssüf ki, hamı bunu bildi. Halbuki belə şeyləri açıqlamağın tərəfdarı deyiləm.

- Buna görə əlavə cərimə ola bilərmi?
- Yox. Doğruları danışıb.

- Mahir Emreli çempionatda 10 oyuna 10 qol vurub. Adı bu “transfer pəncərəsi”ndə də bir neçə klubla hallandı. Müqaviləsinin müddəti mövsümün sonunda bitir. Bugünlərdə isə yeni menecerlə müqavilə bağlayıb. Demək olarmı ki, Mahirin "Qarabağ"da son mövsümüdü?
- İndi də istəyən komandalar var idi. Danışığımız oldu ki, mövsümün sonuna qədər burda qalsın. Hazırda başqa bir düşüncəmiz olmayacaq. Bütün fikrimizi çempionata cəmləyirik. Yeni menecerlə müqavilə bağlamasından xəbərim yoxdu. Dəfələrlə demişəm ki, futbolçularımız yaxşı klublarda çıxış etsə, buna sevinərik. Yox, daha aşağı səviyyəli klublarda, çempionatda oynasalar, bu, xoş olmaz. Yaxşı komanda olsa, ancaq uğurlar arzulaya bilərik. Ümumən Mahir kimi futbolçunun komandamızda qalmasını istəyərik. Hər şey qarşılıqlı razılıq əsasında olur.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.