Sizin reklam burada

Premyer-liqa oyununa azarkeşlər girib

Title

Premyer-liqanın 14-cü turunun “Keşlə” - “Sumqayıt” matçında maraqlı hadisə baş vermişdi.

Futbol+ xəbər verir ki, hissənin sonlarına yaxın paytaxt təmsilçisinin mühafizə xidmətinin əməkdaşları tribunada əyləşən iki şəxsi stadiondan kənarlaşdırdı.

Bu hadisə ötən sayımızda yer alan “Turdan məqamlar” rubrikasında da yer almışdı. Orda məsələ ilə bağlı ətraflı məlumat almaq üçün kluba müraciət etmişdik. Lakin “Keşlə” rəsmiləri müəyyən araşdırma apardıqdan sonra hadisə ilə bağlı ətraflı məlumat verə biləcəklərini demişdilər. Artıq “qırmızılar” sorğumuza cavab göndərib. Klubun mətbuat xidmətinin rəhbəri Murad Axundov qəzetimizə açıqlamasında məsələ ilə bağlı bunları dedi:

“Koronavirus pandemiyası ilə bağlı premyer-liqanın Nizamnaməsinə edilən dəyişikliyə əsasən oyunlara azarkeşlərin buraxılması qadağandı. “Keşlə” rəhbərliyi olaraq, bu məsələni həmişə diqqətdə saxlayırıq. Çalışırıq ki, qarşılaşmaları ancaq klub nümayəndələri, oyunla əlaqəli şəxslər və jurnalistlər izləsin. Qarşılaşma müddətində mühafizə xidmətimizin əməkdaşları həmin şəxslərə yaxınlaşaraq oyunu izləmək üçün lazımi sənədlərinin olub-olmadığını soruşublar. Onlar da heç bir vəsiqə göstərməyiblər. Məhz bundan sonra əməkdaşlarımız həmin şəxsləri stadiondan uzaqlaşdırıblar. Bir daha qeyd edim ki, klub olaraq bu məsələlərə çox həssas yanaşırıq. Hətta matçlarımızdan birini klubun aşağı yaş qrupu üzrə komandasının məşqçisi izləmək istəyirdi. Onun bu istəyi baş tutmadı. Çünki klub rəsmisi sayılmır və qarşılaşma zamanı tribunaya buraxılması qadağandı”.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.