Sizin reklam burada

"Qarabağ" dünyanın ən məşhur klubları ilə bir siyahıda

Title

Sosial şəbəkələrdə dünyanın ən populyar klublarının siyahısı tərtib olunub.

Futbol+ xəbər verir ki, "Deportes&Finanzas" portalının 2020-ci il üçün hazırladığı cədvəldə "Böyük beşlik" liqalarından İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb.

Azərbaycan premyer-liqasından isə yalnız "Qarabağ"ın adı siyahıya düşə bilib.

Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.